400. Tərəzi
1813.Əməl tərəzisi.
Qur‘an:
«O gün əməllərin çəkilməsi haqqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər edənlərdir.»
Həmçinin müraciət et: Kəhf 105; Muminun 102, 103; Qariə 6-11.
Hədis:
6498.Allahın Peyğəmbəri (s): «Qiyamət günü Allah (Həzrət) Adəmə buyuracaq: «Tərəzinin yanında dayan və onların əməllərindən sənə tərəf qalxanlara bax. Onlardan kimin yaxşılıqları pisliklərindən zərrə qədər ağır gəlsə, Cənnət onundur. Bu, Mənim onların heç birini nahaq yerə zülm səbəbindən Cəhənnəmə aparmadığımı bilməyin üçündür.»
6499.İmam Baqir (ə): «Allah yaxşı işi dünya əhalisinə ağır edib, necə ki, (bu) onların qiyamət tərəzilərində də ağırdır. Həmçinin, Allah pisliyi dünya əhalisinə yüngül edib, necə ki, o, onların qiyamət tərəzilərində də yüngüldür.»
6500.İmam Sadiq (ə) (dinsiz bir kişinin «məgər əməllər çəkilməyəcək?» sualının cavabında buyurmuşdur): «Xeyr, əməllər cism deyil, bəlkə o, əslində camaatın yerinə yetirdiyi işin sifətidir. Sonra (da ki,) bir şeyi çəkməyə onun sayını və çəkisini bilməyən şəxs möhtacdır. Lakin Allaha heç nə gizli deyil.»
Həmin dinsiz kişi dedi: «Bəs mizan və tərəzinin mə‘nası nədir?» Həzrət buyurdu: «Ədalət.»
Kişi dedi: «Bəs onda Allahın Öz kitabında buyurduğu «tərəziləri ağır gələn…» ayəsinin mə‘nası nədir?» Həzrət buyurdu: «Yəni əməli ağır gələn şəxs.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild