Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ön söz
    +4
    Müəllif: Huseynci Medine | 10-03-2015, 15:00 | Baxılıb: 1 047
     
     
    Ön söz 
     
    Bilmirəm İmam Zaman (ə)-ı qeyb dövründə görməyin və hüzuruna nail olmağın mümkünsüzlüyünü deyənlər, hansı dəlillərə istinad edirlər? Nə üçün vücudu adi insanlar kimi ət və sümükdən ibarət olan və insanlar arasında yaşayan bir şəxsin görünməsi qeyri-mümkün olsun? Axı, bu qədər böyük alimlərin, ilahi övliyaların və Həzrətin (ə) sadiq tərəfdarlarının onu gördükləri barədə söylədiklərini belə asanlıqla inkar etmək olarmı?!
    "İmam Zaman (ə)-ı görmək olmaz!” – deyənlər heç bilirlərmi ki, belə yanlış və əsassız iddia ilə onun düşmənlərinə nə böyük kömək etmiş olurlar?! Onlar heç bilirlərmi ki, əgər müsəlman icması Həzrətin (ə) görülməsi mümkünlüyü barədə şəkkə-şübhəyə düşərlərsə, hətta onun mövcudluğunu sübuta yetirən əsaslı dəlillərdən birini əldən vermiş olarlar?!
    Bə`zən deyirlər: "Bir sıra rəvayətlərdə İmam Zaman (ə)-ı görənlərin iddiaları təkzib və inkar olunmuşdur.” Onlardan soruşmaq lazımdır ki, dediyiniz rəvayətlər haradadır? Axı nə üçün biz onları görməmişik?! Nə üçün həmin rəvayətləri yalnız onu görməyə nail olmayan şəxslər görməlidirlər?
    Aparılan araşdırmalar nəticəsində yalnız bir rəvayət, nisbətən diqqəti özünə cəlb edir. Lakin onun da məzmunu qəlbləri kor olanların güman etdikləri kimi deyildir. 
    Bu müqəddəs sətirlər, İmam Zaman (ə)-ın dördüncü naibi Əli ibn Məhəmməd Səmuriyə ölüm ayağında olarkən Həzrət tərəfindən təqdim olunmuşdur:
     «Bağışlayan və rəhm edən Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səmuri! Allah sənin müsibətində şiə qardaşlarının savabını artıq etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini yekunlaşdır və canişinlik məsələsini, artıq kimsəyə vəsiyyət etmə. Çünki, bundan belə böyük qeyb başlanır və Allahın izni olmayınca zühur baş verməyəcək. Bu iş qəlblər daşa döndükdən, yer üzünü zülm və ədalətsizlik bürüdükdən, yə`ni uzun müddətdən sonra baş verəcək.
    Tərəfdarlarımızdan elələri olacaq ki, bizimlə əlaqədə olduqlarını və görüşdüklərini iddia edəcəklər. Bil ki, kim Süfyaninin zühurundan və göydə qopan dəhşətli səsdən əvvəl bizimlə görüşdüyünü iddia edərsə, yalan demiş və iftira söyləmişdir. Və o böyük və əzəmətli Allahdan başqa güc və qüdrət sahibi yoxdur...»
    Bu yazıdan xəbərdar olan şiələr, altı gün sonra – Şaban ayının on beşi Əli ibn Məhəmməd Səmurinin evinə gəlib onu ölüm ayağında görürlər. Elə bir neçə dəqiqədən sonra  da Əli ibn Məhəmməd Səmuri dünyasını dəyişir... Allah ona rəhmət etsin.
    İndi ey insaf əhli! Heç bu mübarək yazının məzmununa və onun xüsusi cəhəti (Əli ibn Məhəmməd Səmurinin naibi-xass məqamını nəzərə alaraq) vurğuladığına diqqət yetirmisinizmi? Məktubdakı "kim İmam Zaman (ə)-ı gördüyünü iddia edərsə” – ibarəti ilə, yalnız İmam Zaman (ə)-ın dörd xüsusi naib və canişinlərindən qeyrilərinin həmin məqamdakı görüş iddiaları rədd edilir. Deməli, həmin andan sonra kimsə Həzrətlə xüsusi naib məqamında görüşdüyünü iddia edə bilməz.
    Lakin, istər təsadüfü olsun, istərsə də təvəssül nəticəsində, İmam Zamanla görüşlər baş vermişdir. Amma təəssüflər olsun ki, hətta bə`zi elm adamları qeyb zamanı İmam Zaman (ə)-ı görməyi və onun hüzurunda olmağı qeyri-mümkün hesab edir! Mərhum Hacı Nuri "Nəcmus-Saqib” kitabında belə nəql edir:
    "Mərhum Seyyid Bəhrul-Ülumun tələbələrindən olan agah və təqvalı axund Molla Zeynəlabidin Səlmasi buyurardı: Bir dəfə Seyyid Bəhrul-Ülumun dərsində olduğum zaman tələbələrdən biri ondan soruşdu: Böyük qeyb zamanı kimsə Sahibəzzəman (ə)-ı görə bilərmi? Seyyid Bəhrul-Ülum susub ona cavab vermədi. Mən onun yaxınlığında oturduğum üçün gördüm ki, başını aşağı salıb asta səslə deyir: Nə cavab verim axı, bir halda ki, elə indi İmam Zaman (ə) məni qucaqlayıb bağrına basmışdır.”
    Bu kitabda həmin əsassız fikri rədd edən, İmam Zaman (ə)-ın hal-hazırda bizim aramızda olduğunu sübuta yetirən dəlillər gətirilməklə siz əziz oxucuları İmam Zamanla (ə) görüşün mümkünlüyünə ümidvar etmək üçün, bu məzmunda nəql olmuş minlərlə əhvalatlardan yalnız e`tibarca qəti və doğruluğunda şübhə olmayanları verilmişdir. Ümidvarıq ki, bu yazılar elə İmam Zaman (ə) tərəfindən bəyənilib qəbul olunacaq.
    Bu əhvalatları nəql etməzdən əvvəl neçə məsələnin aydınlaşdırılması zəruridir:
    1. Şübhəsiz ki, fədası olduğumuz İmam Zaman (ə) hər hansı bir susuzu sirab etmək, səhrada azan hansı bir yolçuya yol göstəmək, hansısa xəstəyə şəfa vermək və hansı bir evsiz-eşiksizə ev vermək üçün yaradılmayıb. "Nüdbə” duasında o həzrətin vücudunun yaradılışı belə qiymətləndirilir: "İlahi! Onu bizim üçün sığınacaq yeri, hidayətçi və günahdan çəkindirəcək bir vasitə yaratdın.”
    2. Kitabda verilən bə`zi görüş və sərgüzəştlər başqa mənbələrdən götürülsə də, əmin olmaq üçün kənarında digər şahidlərdən də istifadə olunub.
    3. Bə`zən əhvalatlarda ixtisara yol verilsə də, lakin mətnlərin məzmunlarına xələl yetirilməmişdir.
    4. İmam Zaman (ə)-ın müqəddəs adının ehtiramını qorumaq üçün bu kitabda o Həzrətin (İmam Zaman) (Sahibəzzaman) kimi məşhur ləqəblərindən istifadə olunub.
    5. İmam Zamanla (ə) görüş və əlaqə dörd cür ola bilər:
    1) Ruhi və mə`nəvi əlaqə.
    Daim mümkün ola bildiyi üçün, demək olar ki, onların arasında ən əhəmiyyətlisi sayılacaqdır.
    2) İmam Zamanı (ə) yuxuda görmək.
    3) İmam Zamanı (ə) mükaşifə aləmində ziyarət etmək.
    4) İmam Zamanla (ə) adi halda görüş.
    Bu kitabda yalnız İmam Zaman (ə)-ın sadiq dost və aşiqlərinin onun mübarək zahiri vücudu ilə görüşdükləri əhvalatlar verilmişdir ki, onun hal-hazırda sağ və bizim aramızda yaşadığı bir daha sübuta yetsin.
    6. "Böyük qeyb”ə hazırlıq "kiçik qeyb”lə başlandığı kimi, Həzrətin zühuru da zühura hazırlıqla müşayiət olunacaqdır. Belə ki, deyilən əlamətlər həyata keçməyincə, zühur baş verməyəcək və bu, bəşərin zühura hazırlığı üçün zəruridir.
    İnşallah, tezliklə o həzrətin (ə) günəş tək parlaq vücudu Məkkə üfüqündən baş qaldıracaq və yer üzünü zülm, haqsızlıq və ədalətsizlik bürüdükdən sonra haqq-ədalətlə yenidən dolduracaqdır. «Biz isə onu yaxın görürük.» 
    7. Bütün əhvalatlar tamamilə doğru və yalnız mö`təbər mənbələrdən götürülmüşdür.
    İmam Zaman (ə)-ın yerinə başqa birisinin ziyarət olunması şübhəsi doğuran nəqllərdən pəhriz olunmuşdur.
    Nəql olunan bütün əhvalatlarda İmam Zamanla (ə) görüşən şəxslərin Həzrəti gördükləri anda və ya bir qədər sonra onu tanıdıqlarına və əksərən qarşılarındakı şəxsin İmam Zaman (ə) olduğunu bildiklərinə işarə olunmuşdur.

    Mö`min şəxs çətinlik, bəla və xəstəliklərlə, qorxu və təhdidlərlə üzləşdiyi vaxt, xüsusilə də şübhələrə, fitnələrə tuş gəldiyi zaman o Həzrətə (ə) pənah aparmalı, Allahın yer üzündəki höccətinə üz tutmalıdır.
    Odur "əl-kəhfil-həsin”, odur "ğiyasəl-müztərril-mustəkin”. Yə`ni Həzrət (ə) yenilməz hasarı olan bir qalaya bənzədilir. O, çətinlikdə, iztirabda olub onun qalasına sığınanları qoruyur, fəryad edib onu köməyə çağıranların dadına yetişir.
    Odur "məfzəul-ibad fid-dahiyətin-nad”. Yə`ni sıxıntılarda pənah aparılacaq yer odur. Buna görə də Həzrətin (ə) şərif ləqəblərindən biri "qövs”dür. "Əl-qövs” dada, fəryada yetən deməkdir. Həzrətin (ə) bu ləqəbi ona aid dualarda, ziyarətnamələrdə çox yad edilir. Həzrətin (ə) digər məşhur ləqəblərindən biri də "Əbu Saleh”dir. Əllamə Nuri deyir: "Ərəblər, məxsusən bədəvilər arasında, həmçinin şe`rlərdə Həzrət (ə) daha çox "Əbu Saleh” ləqəbi ilə yad edilir. Eləcə də təvəssül, istiğasə, nüdbə və şikayətnamələrdə Həzrətə (ə) bu ləqəbi ilə müraciət olunur. Məşhur əhli-beyt şairlərinin çoxusu öz qəsidələrində, mədhnamələrində, mərsiyələrində Həzrəti (ə) mübarək "Əbu Saleh” künyəsi ilə zikr etmişlər.”
    Əbül-Vəya Şirazi aşağıdakı rəvayəti Peyğəmbərdən (s) nəql edərək deyir: "Nə vaxt çıxılmaz vəziyyətə düşsən, vəziyyəti olduqca ağır görsən, Həzrət Höccətə (ə) istiğasə et. O sənin fəryadına yetişəcək, sənə nicat verəcəkdir. O, onu çağıran hər kəsin çağırışına cavab verər, köməyinə yetər.
    Çətin anlarda onu çağıraraq belə deyin: "Ey mövlam, ey Sahibəzzaman! Sənə pənah gətirmişəm.”
    Seyyid ibn Tavus deyir: "Nə vaxt şiddətli narahatçılığa düçar olsan, yolazsan, Həzrəti (ə) həmin adla (Ya Əbu Saleh deyərək) köməyə çağır.”
    Əbu Bəsir İmam Sadiqdən (ə) bu rəvayəti nəql edərək buyurur: "Nə zaman yolu itirsəniz, ona müraciətlə deyin: Ya Saleh yaxud ya Əba Saleh.”
    Ravi Ubeyd ibn Hüseyn Zərəndi nəql edir ki, Əli ibn Əbu Həmzə deyirdi: "Başımıza bir bəla gəldi (yolu azdıq). Bizimlə olanlara göstəriş verdik ki, bizdən bir qədər aralanıb Həzrəti (ə) bu adı ilə (ya Əba Saleh) çağırsınlar. Onlar bizdən uzaqlaşıb Həzrəti (ə) səsləməyə başladılar. Bir müddətdən sonra bizim yanımıza qayıdıb xəbər gətirdilər ki, çox astadan belə bir səs eşidiblər: "Yol sağ tərəfdədir!” Biz həmin səmtə yollandıq və yolu tapdıq.”
    Cənab Şeyx Qasım deyir: "Səfərlərimin birində karvandan dala qalmışdım. Uca səslə fəryad etdim: "Ya Saleh!” Bu adı çağırmaqda məqsədim Seyyid ibn Tavusun "Əl-aman” kitabında göstərdiyi kimi, İmam Zamanı (ə) haraylamaq idi. Seyyid ibn Tavus o kitabda deyir: "Biyabanda yolu itirdiyiniz zaman Həzrəti (ə) bu adı ilə səsləyin.” Beləliklə, o həzrət dadıma çatıb məni xilas etdi.”
    Ümid edirik ki, bununla İmam Zaman (ə)-ın dost və aşiqlərinə dərin sevinc bəxş edə bilək.
     
    Kitabin adi: İmam Zamanla görüşənlər
    Toplayan: İsmayıl Əhmədov 
     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 10 Mart 2015 23:59 | Administrator | Şərh yazdı
    İlahi, bizi İmam Zamanın (ə.f) əsil yolunu gözləyənlərdən qərar ver, onun yolunu imanla gözləyənlərdən et və bizi Ağanı incidənlərdən qərar vermə. Bizlərə etdiyimiz əməllərdə nəzər et, bizlərə kömək ol. Amin ya Rəbbim... Çox sağ ol bacı, yeni kitabdı, xeyirli olsun. Oxuyub faydalanarıq inşAllah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 10 Mart 2015 15:28 | Sayt nəzarətçisi | Şərh yazdı
    Bacım  Allah  sənden razı olsun çoox çooox sağ ol...Bu kitabı çoox sevirem Inşallah  her meqaleni oxuyacam...Mende Ağamı 1 defe yuxuda görmüşəm...Allah her kese  nesib etsin Amin....İlahi! Ağamın zühurun tecili et Amin Amin Amin. Allahummə selli ela Muhammedin&nbs
    p;ve ali Muhammed. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.