Yaşıl ipi biləngindən açma!
Höccətül-islam Xətib Fərzanə və hacı seyyid Hüseyn Mö`təmidi Kaşani, Ne`mətullah Əşhəri Qumsəri oğlu Möhsindən belə nəql edirlər:
Əsgərliyimin son vaxtında Tehran dəmir yol vağzalına gətirilmişdik. Mənim ora çatmağım İraq əsirlərinin və yaralılarının qatarla gətirilməsi gününə təsadüf etmişdir.
Ordan bir əsiri xaric etdilər. Biləklərinə yaşıl ip bağlamışdı. Onunla müsahibə apardılar. Müsahibə arasında ondan soruşdular:
Bilənginizdə yaşıl ip bağlamaqda seyyidsinizmi? Xeyr ‒ deyə cavab verdi.
Bir neçə gün bundan əvvəl Səddamın əmrilə məni zorla iranlılara qarşı döyüşə aparırdılar. Döyüşə yola düşməmişdən əvvəl anam məni həzrət Əbul-Fəzl Abbasınb(əleyhissalam) hərəminə apardı. Oranın xidmətçilərindən birindən yaşıl rəngli ip alıb bir ucunu mənim qoluma digər ucunu həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) zirehinə bağlayıb ağlamağa başladı. Ağlaya-ağlaya həzrətə and verib dedi: Bu uşağımı zorla cəbhyə aparmaq istəyirlər. Mən onun yaralanmasından və əsir olmağından qorxmuram. Amma, istəmirəm ki, öldürsünlər. Ya Əbul-Fəzl Abbas! Buna bir nəzər sal! Uşağımın başına nə gəlirsə gəlsin, lakin ölməsin, mənim yanıma qayıtsın. Sonra mənə dedi: İpi qolundan açma. Mən həzrət Əbul-Fəzl Abbasdan (əleyhissalam) istəmişəm ki, səni mənə qaytarsın. Cəbhəyə gələndə bir neçə nəfərlə iranlılara hücum etdik. İranlılar bizi mühasirəyə aldılar. Çox çətin vəziyyətdə idik. Dörd tərəfdən atəşə tutulmuşduq. Dostlarımdan bir neçəsi yanımdaca öldülər. Lakin mən əllərimi başıma qoyub həzrət Əbul-Fəzl Abbasın (əleyhissalam) köməyi ilə iranlılara təslim oldum və sağ qaldım.
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali