Elmi sübutlarla hədislərdə uzun və qısa ömürlülüyün faktorları
Rəvayətlərdə ömrün uzun olmasının amilləri
Rəvayətlərdə ömrün uzanmasına səbəb olan bir neçə amilin adı çəkilib. Onlardan bəzilərinə qısa şəkildə işarə edirik. Qeyd etmək lazımdır ki, öz məhdud elimimiz səviyyəsində onların bir sıra elmi dəlillərinə işarə edirik. Elmi dəlillər hələ kəşf olunmayan onlardan digərlərinə isə toxunmuruq, amma bu hissənin sonunda bu barədə söz açacağıq. Rəvayətlərdə ömrün uzun olmasının amilləri aşağıdakılardan ibarətdir:
1- Səhər yeməyinin tez yeyilməsi
Doktor Şəhid Paknejad yazır: "Qidaşünaslıq kitablarında çox təəcüblü mətləblər görürəm. Sanki, 14 əsr bundan əvvəl İslamdan köçürülüb. (Misal üçün, yazılır ki,) Acmamış yemək yeməyin və doymamış əlinizi yeməkdən çəkin. Yatdıqdan və istirahət etdikdən sonra yaxşı yeyin. Yedikdən sonra isə yorğan-döşəyə tərəf getməyin.
Ən üstün yeməyiniz səhər yeməyi üçün seçib sübh tezdən yeyin və s.
Çazçucil adlı dieoloqun "Səhər yeməyi mühüm qidalardandır" - sözü düzgün fikirdir. Siz sübh çağı yaxşıca yeməyə adət etməmişsinizsə öz sağlamlığınızı və iş həcminizi təhlükəyə almış olursunuz. Səhər yeməyini az yeyənlər və ya ümumiyyətlə yeməyənlər karans (vitamin çatışmazlığı) xəstəliyinə başqalarından daha çox məruz qalır, öz işlərində çox səhvə yol verir və təhsildə az müvəffəq olurlar. Diqqət etməli məsələlərdən biri də budur ki, dietologiya üzrə mütəxəssislər yetərincə istirahətdən sonra yeyilən yeməyi çox faydalı bilirlər.
2- Münasib ayaqqabı
Görəsən ideal ayaqqabı seçməyin şad və uzun ömür yaratmaqda nə kimi təsiri var ki, İmam onun qida maddələrindən sonra son dərəcə əhəmiyyətli olduğunu bildirib?
Bu sualın cavabında demək lazımdır ki, bədənin müvazinətini qoruyan onurğa sütunudur. Onurğa sütununun əyilməsi bağırsaqların pozulması və narahatlıqlarına gətirib çıxarır. Bunların hamısı ayaqqabı seçimindən irəli gəlir. Bu halda yaxşı ayaqqabının təsirini biləcəksiniz. Başqa məsələlərdə, o cümlədən: ayaqqabının şadlığa səbəb olacaq rənginə, çəkisinə, havasını dəyişmək üçün ayaqqabının açıqlığına, dabanına, pəncəsinə və sair kimi işlərə diqqət etmək lazımdır. Narahat ayaqqabıların törətdiyi zərərlərlə yaxından tanış olmaq üçün, onlardan bəzisinə işarə edirik.
Dar uclu ayaqqabılar
İndiki zamanda kişilərin saçları nə qədər çox pırtlaşırsa (mod üçün) qadınların ayaqqabılarının ucları bir o qədər daralır. Səbəbini soruşanda, bütün təqsirləri "mod" adlı sözün üzərinə atırlar. Bunuda qeyd etmək lazımdır ki, kişilərin ayaqqabıları heç də qadınların ayaqqabılarından geri qalmır. Get-gedə də ayaqqabıların ucu, quşların dimdiklərinə bənzəyir. Sanki, kişilərlə qadınların geyim tərzini müəyyənləşdirmək "dəbin" üzərinə qoyulmuşdur. Tərslikdən modelyerlər heç də insanların sağlamlıqları barəsində düşünmürlər. Beləliklə bunların zərərini çəkmək, belə geyimlərdən istifadə edən insanların üzərinə düşür.
Bu cür ayaqqabılardan istifadə edən bəzi insanların dəlilləri budur: "Bəs necə ola bilər, bu qədər insanlar belə ayaqqabıları geyinirlər, amma xəstələnmirlər"? Hansı ki, bu cür insanların özlərindən soruşsanız, çoxlu acı xatirələr danışa bilərlər. Misal üçün, həmin xatirələrdən biri belədir: "Burunu dar ayaqqabılar yeni moda düşmüşdü. Mən də gedib onlardan birini alaraq bütün günü geyib gəzdim və özümü göstərdim. Sabahsı gün yenidən ayaqqabımı geymək istəyəndə baş barmağımda güclü ağrı hiss etdim. İlk önsə çoxda əhəmiyyət vermədim. Amma gördüm dözə bilmirəm. Ayağıma baxanda qızardığını gördüm. Ev ayaqqabısıyla həkimə getməyə məcbur oldum. Həkim, dırnağımın ətin arasına girdiyini və onu hökmən çıxarmaq lazım olduğunu dedi".
Dar uclu ayaqqabıların zərərləri
1- Dırnağın ətin arasına girməsi
Bu dar ayaqqabıların geyilməsindən irəli gəlir. Bu da baş barmaqda yayılmış zərərlərdəndir. Bu xəstəlik də fiziki sıxıntılar səbəbindən adətən dırnaqkənarı toxuma sıxılır və dırnaq, toxumalara daxil olur. Adətən bu ağrı şiddətli olur və get-gedə infeksiya edir. Bunun qarşısını almaq üçün dırnaqları düzgün tərzdə kəsmək və dar ayaqqabılardan çəkimək lazımdır.
2- Baş barmağı həmişəlik ikinci barmağa tərəf əyilməsi
Bu çatışmazlıq "Elqus" və "Halus" adlanır.
Səudiyyə Ərəbistanı alimləri tərəfindən aparılmış axtarışlar göstərib ki, qadınlar arasında Halus və Elqus xəstəliyi həmişə ucu dar ayaqqabı geyinmək nəticəsində yaranır.
Beləliklə də deyəcəksiniz ki, uclu ayaqqabı geyinənlər məgər neçə nəfər Halus və Elqus xəstəliyinə tutulub ki, bu qədər onun barəsində səs-küy qalxıb?
Bu sualın cavabında Səudiyyə Ərəbistanı ər-Riyaz şəhərinin "Məlik Səud" unversitetinin müəllimi Əbdülvəhhab deyir: "Uzun müddət ucu dar ayaqqabı geyinən insanların təxminən 81 faizi sonda Elqus və Halus xəstəliyinə tutulurlar.
3- Ayaq döynəyi, qabar və barmaqların əyilməsi belə ayaqqabıların ziyanlarındandır.
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri