Peyğəmbərin (s) qətadənin gözünə şəfa verməsi
+5
Müəllif:
Elya | 21-02-2015, 21:00 | Baxılıb: 721
Peyğəmbərin (s) qətadənin gözünə şəfa verməsi
Qətadə ibni Noman, Bədr və Ühüd döyüşünün iştirakçılarından biri idi. Ühüd döyüşündə bir zərbə nəticəsində gözünün biri yerindən çıxmışdı.O, Peyğəmbərin(s) yanına gəlib dedi: Mənim gözəl bir həyat yoldaşım var. Onu çox istəyirəm və o da məni çox istəyir. Bir neçə gündür evlənmişik. Çox narahatam ki, məni belə halda görsün.
Peyğəmbər(s) onun gözünü yerinə qoyub dedi: İlahi! Ona gözəllik paltarı geyindir!
Qətadənin gözü şəfa tapıb, əvvəlkindən də gözəl oldu. Heç vaxt gözü ağrımadı. Amma o biri gözü bəzi vaxtlar ağrıyırdı.
Kitabın adı: 14 Məsumlardan möcüzələr
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.