» » Evlər qibləyə tərəf tikilməlidir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Evlər qibləyə tərəf tikilməlidir
+5
Müəllif: Yusifi Zehra | 20-02-2015, 13:00 | Baxılıb: 840
 
 
Evlər qibləyə tərəf tikilməlidir

Rəhman və Rəhim olan Alllah insanlara əcr və savab bəxş etmək üçün, demək olar, bir bəhanə axtarır. Belə ki, biz niyyətimizi saflaşıdırmaqla gündəlik əməllərimzidə Tanrının razılığını qazana bilərik. Məsələn, "islam təmizliyi sevir” düsturuna əsasən paltarlarımızı yumağımız və ya qüvvət əldə edib, yaxşı işlər görmək üçün bütün yeyib, içdiklərimiz ibadət sayıla bilər. Belə əməllərdən biri də evlərin qibləyə tərəf tikilməsidir. Çünki, namaz qılındığı zaman insan üzü qibləyə tərəf dayandığı üçün, evlərin də qibləyə tərəf tikilməsi böyük əhəmiyyətə malikdir. Allah Qurani-kərimdə buyurur:
وَأَوْحَيْنَا إِلَى مُوسَى وَأَخِيهِ أَن تَبَوَّءَا لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُواْ بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُواْ الصّلوةَ وَبَشِّرِ الْمُؤْمِنِينَ
"Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və mö’minləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik”("Yunus”, 87.).
Çalışaq hər bir işi Onun göstərişinə əsasən həyata keçirərək zəfər və cənnətlə müjdələnək.
Namaz qılanların məqamları
Hər şeyin yaxşı və düzgün icra edilməsi üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Allah yanında böyük əhəmiyyətə malik olan namazın dəqiq şəkildə qılınması üçün də bir çox şəriət hökmləri qeyd edilmişdir. Hansı ki, namaz qılan şəxs bu dini hökmlərə, ədəb qaydalarına riayət etməlidir. Namazın düzgün şəkildə qılınması haqqında "Şəriət hökmlərinin izahı” kitablarında geniş məlumat verilmişdir. Bu bölümdə isə yalnız namazın ədəb qaydaları haqqında qısa məlumat verməyi məqsədəuyğun sayırıq.
Namazı xüşu halında qılmaq
Allah-taalla Qurani-kərimdə namazını xüşu ilə qılan möminləri nicat tapanlar hesab edərək buyurur:
الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
"O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”(Möminin”:2.)
Təvazö və ədəb mənasında olan "xüşu” böyük şəxsiyyətlərin qarşısında insanın ruh və cismində meydana gələn hala deyilir. Yuxarıda qeyd edilən ayədə təkcə namaz yox, namazı xüşu ilə, hər şeyi unudaraq, ruhən qılınması möminlərin nişanəsi sayılır. Belə ki, möminlərin namazları ruhsuz və yalnız quru sözlərdən ibarət deyil, əksinə namaz qıldıqda elə bir hala düşürlər ki, sanki bütün vücudları ilə Allahı dərk edir, onun qüdrət və əzəmətindən başqa heç nəyin fərqində olmurlar.
Ümumiyyətlə, hər bir şəxs Mütəal Allah qarşısında özünün acizliyini, tam mənada heç nəyə malik olmadığını, uca Tanrının isə hər şeyə qadir və sonsuz qüdrət sahibi olduğunu dərk etdiyi zaman onda xüşu və təvazö halı yaranar. Allah Quranda buyurur:
إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ
"Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın yeganəliyini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (mö’minləri) bağışlayandır!”("Fatir”, 28.).
Bu baxımdan, din öndərləri həm Allahın əzəmətini, həm də özlərinin aciz olmalarını dərk etdikləri üçün daha çox xüşu, təvazö əhli olmuşlar. Belə ki, Rəsuli-əkrəm (s) namaz qıldığı halda dünya dağılsaydı belə ona təsir etməzdi("Şəmailun-nəbi”, səh. 157.). Həzrət Əli (ə) namaz qıldığı zaman özünü elə unudurdu ki, ayağından oxu çıxartdıqda xəbəri olmurdu("Əsrarul-hukəm”, c. 2, səh. 527.). Şərih deyir: "Peyğəmbərin (s) məscidinə daxil olanda gördüm ki, İmam Hüseyn (ə) səcdə halında üzünü torpağa qoyaraq münacat edir:
"Ey mənim mövlam, əgər məni günahkarlarla birgə cəhənnəmə göndərsən onlara deyərəm ki, mən Səni çox istəyirəm”("Səhifətul-hüseyn”, səh. 62.). Məhəmməd Şakiri deyir: "İmam Həsən Əsgəri (ə) mehrabda oturub, səcdəyə gedərdi. Mən yatıb oyandıqdan sonra da onu səcdədə görərdim”("Namaz”, Hüseyn Səburi.).
İmam Sadiq (ə) buyurur: "Mənim bir hacətim var idi. Dəstamaz alıb, hacətimin hasil olması üçün namaza başladım. Namazdan o qədər (mənəvi) ləzzət aldım ki, öz hacətimi unutdum”("Beheşte-cavidan”, səh. 214.).
Aşağıda qeyd edilən göstərişlərə əməl etmək insanda xüşu və xüzunun yaranmasına səbəb olur:
1. Kimin qabağında dayandığımızın, kiminlə söhbət etdiyimizin fərqinə varaq. Edilən qiyam, rüku və səcdələrdən məqsədin nə olduğunu bilək?
2. Namazın mənasına diqqət yetirmək.
3. Surələri aram və vüqarla qiraət etməyin qəlbin hüzurunda böyük rolu var.
4. Qəlbimizə gələn fikirləri tez özümüzdən uzaqlaşdıraq. Əks təqdirdə müxtəlif fikirlər bizi əsl namaz qılmaq səadətindən məhrum edəcək.
5. Gözümüzü ətrafa baxmaqdan yayındıraraq, yalnız möhur və səcdə yerinə diqqət yetirək.
6. Yorğun, yuxulu və hansısa bir bədən üzvünün ağrıdığı vaxtlarda namaz qılmayaq.
Namaz qılan zaman bəzənmək
Hər bir şəxs məhəbbət bəslədiyi, möhtərəm sandığı bir şəxsin görüşünə getdikdə özünü səhmana salır, ən gözəl, təmiz paltarını geyinir, ətirlənir və s. Ən böyük məhəbbətə, ehtirama layiq olan uca Allahdır. Demək, onunla görüşə getdikdə - namaz qıldıqda özümüzü səhmana salıb, ən səliqəli paltarlarımızdan istifadə edib, ətirlənməyimiz lazımdır.
"Əraf” surəsində oxuyuruq:
يَا بَنِي آدَمَ خُذُواْ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ
"Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin…”("Əraf”, 31.)
Quran şərhçiləri məlum ayədə qeyd edilən "zinət” sözünü açıqlayarkən yazırlar: "Bu, həm cismani zinətlər - gözəl və təmiz geyinmək, saçı daramaq, ətirlənmək və s., həm də mənəvi zinət - bütün əxlaqi sərvətlərə malik olmaq mənasındadır”.
Bu ayənin şərhində İmam Sadiq (ə) belə buyurur: "Saçı daramaq ruzinin cəlb olunmasına, insanın gözəlləşməsinə, ehtiyaclarının ödənilməsinə səbəb olur”("Xisal”, səh..268. ).
İmam Səccad (ə) haqqında nəql edilir: "Namaz qılmağa başladığı vaxtlarda cənamazın yanına qoyduğu ətirlə ətirləniridi”("Təhlile əz zendeganiye İmam Səccad”).
İmam Sadiq (ə) isə buyurur: "Ətirli halda qılınan bir rükət namaz ətirsiz halda qılınan yetmiş rükət namazdan üstündür”("Əsrar əs-səlat”, Məliki Təbrizi.).
İslam peyğəmbərindən (s) nəql olunduğuna görə, o, qadınların zinətsiz halda namaz qılmalarını xoşlamırdı("Dəaimul İslam”, c. 1, səh. 177.).
İslam Peyğəmbəri (s) mənəvi gözəlliyi hər şeydən üstün tutaraq buyurur:
"Əgər Allah bir şəxsi xeyirli zinətlərlə bəzəmək istəsə ona daxili paklıq bəxş edər”("Tənbih əl-xəvatir”, c. 2, səh. 229.).
İmam Əli (ə) gözəllik haqqında buyurur:
"Kişinin gözəlliyi səbr, möminin gözəlliyi təqva, bəndənin gözəlliyi itaət, elmin gözəlliyi isə onu başqalarına çatdırmaqdır...” ("Ğürəru əl- hikəm”, c. 1, səh. 370.).
 
Kitabın adı: Quranda namaz
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 4
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 20 Şubat 2015 22:22 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun.Allah her daim yar ve yardimçiniz olsun inşAllah.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 20 Şubat 2015 20:52 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 20 Şubat 2015 17:59 | Administrator | Şərh yazdı
"Ey mənim mövlam, əgər məni günahkarlarla birgə cəhənnəmə göndərsən onlara deyərəm ki, mən Səni çox istəyirəm”Əhsən,əhsən,əhsən.Allah razı olsun

Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 20 Şubat 2015 13:18 | İstifadəçi | Şərh yazdı
Leylam Əllərine saglıq gulum! Allah razı olsun her kesden emeyi kecenlerden. İnsan her bir addımnı Allahla başlayıb Allahla bitirmeli hemcininde evleri tikdikde üzü qibleye tikilməlidir

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.