Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
«Mö'min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey mö'minlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız» (Qur'ani Kərim, Nur surəsi 31-ci ayə). «Ya peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan rəhm edəndir»
(əzhab, 59).
Yalan: Başımı örtmək istəyirəm, amma qabaqcadan buna əmin olmalıyam.
Cavab: Quranda bu haqda qəti əmir var, məgər bu, səni qanə etmir?
Yalan: Örtünməli olduğumu bilirəm, ancaq gələcəyimi dədüşünməliyəm.
Cavab: Gələcək ölümdür, heç onu düşündünmü?
Yalan: Allah məni başı açıq olsam belə, yenə sevəcək.
Cavab: Səni sevsə də, sənə günahkar qulum deyəcək və sən Onun yanında günahkar bir bəndə olaraq qalacaqsan
Yalan: Bası örtülüyəm, ancaq ailəm məktəbə getməyim üçün başımı açmağımı istəyir.
Cavab: Unutma! Ailən səni cəhənnəm atəşindən xilas edə bilməyəcək.
Yalan: Heç gənc yaşda da insan başın örtərmi? Yaşlananda örtərəm.
Cavab: Sabah ölməyəcəyinə dair əlində bir sənədin varmı?
Yalan: Yenidən başımı açacağımdan qorxduğum üçün örtünmürəm.
Cavab: Əvvəl örtün, sonra bu haqda fikirləşərsən.
Yalan: Sərbəstliyimin əlimdən alınacağından qorxduğum üçün başımı örtmək istəmirəm.
Cavab: Allahın hüzurunda sərbəst ola biləcəksənmi?
Yalan: Gözəlliyimi hamı görsün deyə, örtünmək istəməmişdim.
Cavab: Kaş ki, bu gözəlliyini öz həyat yoldaşına nümayiş etdirəydin!
Yalan: Başımın açıq olması məni dindən çıxartmır.
Cavab: Dindən çıxmasan da, günahkarsan. Üzərində israr edilən günah isə sahibini daha da uçuruma yuvarlayar.
Yalan: Qismət! Bir gün görərsən, biz də başımızı bağlamışıq.
Cavab: InşaAllah! Amma tələs. Unutma ki, ölüm gözləmədiyin bir anda səni yaxalayacaq.
Yalan: Məktəb və universitetdə tələbə yoldaşlarıma dini təbliğ etməli olduğum üçün başımı açmalıyam. Bununla da dinimə xidmət edəcəyəm (Bu hal hicaba vurulan zərbələrin ən təhlükəlisidir!)
Cavab: Deməli, özünə xidmət etmək istəmirsən
Yalan: Başı örtülü qızlar istənilən səviyyədə başqalarına nümunə ola bilmirlər.
Cavab: Sən ört və onlara nümunə ol!.
Yuxarıda qeyd olunan bəhanələrdən başqa səbəbin var? Atan icazə vermir? Anan icazə vermir? Ərin və ya qardaşın icazə vermir? Əgər hər hansı bir çətinliyin varsa və ya qərar verə bilmirsənsə şərh yaza bilərsiz. Ümidvaram ki şərhlərdə Hicablı bacılar nə lazım olsa sizlərə dəstək olacaq.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |