Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
BİRİNCİ DƏRS
Həzrəti Peyğəmbər (s) buyurub: "Sizin ən yaxşınız Quranı öyrənib,başqalarına öyrədəndir”.
ƏRƏB ƏLİFBASI HAQQINDA
ÜMUMİ MƏLUMAT
Ərəb əlifbasında 28 hərf vardır.Ərəb əlifbasındakı hərflər yalnız samit səsləri bildirir. Sait səslər isə "hərəkə” adlanan xüsusi işarələrlə ifadə olunur.
Hər dildə olduğu kimi ərəb əlifbası hərflərinin özünəxas yazılışı, adı və tələffüzü vardır. Ərəb dilində oxumağı və yazmağı öyrənənlər ərəb hərflərinin düzgün yazılışına və tələffüzünə xüsusi diqqət yetirməlidirlər. Ərəb hərfləri bizim hərflərdən fərqli olaraq sağdan-sola yazılır və oxunur. Ərəb hərfləri böyük və kiçik hərflərə bölünmür. Sözlər hərflərin birləşməsi ilə əmələ gəlir və ərəb hərfləri birləşərkən onun birləşən forması sərbəst formasından bir qədər fərqlənir. Buna görə də hərflərin təlimində hərfin həm sərbəst, həmdə birləşən forması göstərilmişdir. Bu dilin müxtəlifliyindən biri odur ki, bəzən eyni samitlər 2, 3 və hətta 4 müxtəlif şəkildə yazılır. ƏRƏB ƏLİFBASININ TƏLİMİ
1-ci hərf- " Əlif ”. Əlif hərfi 2 cür yazılır. Bu hərf özündən sonrakına birləşmir, o zaman müstəqil yazılır. Özündən əvvəlkinə isə ortada olan forması ilə birləşir.
Adı - ƏLİF Səsi- İşarə qoyulmadıqda heç bir səs vermir. Tipi- 2 cürə yazılır 2-ci hərf- " Bə ”. Bə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz. Hərfi sağdan sola doğru qələmi götürmədən yazın. Adı - Bə Səsi- B Tipi- 4 cürə yazılır 3-cü hərf- " Tə ”. Tə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz. Hərfi sağdan sola doğru qələmi götürmədən yazın Adı - Tə Səsi- T Tipi- 4 cürə yazılır 4-cü hərf- " Sə ”. Sə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Bu hərfi ifadə etmək üçün dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.Şəkildə siz bu hərfin hər formasını görürsünüz. Hərfi sağdan sola doğru qələmi götürmədən yazın Adı - Sə Səsi- pəltək S (dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.) Tipi- 4 cürə yazılır HƏRF BİRLƏŞMƏLƏRİ Keçdiyimiz hərflərin yazılış və tələffüz qaydaları |
İltimasi dua. |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |