Diqqət və ayıqlıq ictimai həyatın zərurətidir
Diqqət və ayıqlıq ictimai həyatın zərurətidir
Təcrübə göstərdi ki, qapalı mühitdə yaşamış, ictimai hadisələrdən
yetərincə xəbər tutmamış, ailələri də lazımınca agah olmayan qızlar həyat
yoldaşı seçimində mə`lumatsız və sadəlövh addım atırlar. Bu addım onlar üçün
qarşıda xeyli problem yaradır. Gözünü və qəlbini təqva və paklıqla bəzəmiş pak
xarakterli qızlar həyat yoldaşı seçimində ailələri və gözüaçıq yaxınları ilə məsləhətləşməlidirlər.
Onlar bu məsələyə sadəlövhlüklə yanaşmaqdan ciddi çəkinməlidirlər. Çünki pak
insanlar, adətən, hamını özləri kimi pak bilirlər. Belə bir yanaşma insanı öz
seçimində yanlışlığa apara bilər. Bu səbəbdən dinimizdə diqqət və ayıqlıq məsələsi
önə çəkilmiş, pak və imanlı insanların riyakar şəxslərə aldanmamasına sə`y göstərilmişdir.
İmanlı insanlar saxta fərdlərin məkr və qurğusuna düçar olmamalıdır. Məşhur bir
hədisdə həzrət Peyğəmbər (s) buyurmuşdur:"Mö`min agahlıq sahibidir.”
Övladları sağlam mühitdə tərbiyə almış və təbii şəkildə
ictimai rabitələrdə məhdudiyyətlə üzləşmiş pak və nəcib ailələr övladlarını
hökmən vaxtında zəruri bilgilər və ictimai gerçəkliklərlə tanış etməlidirlər.
İmkan vermək olmaz ki, övladlar gözü-qulağı bağlı qalıb, asanlıqla hiyləgərlərin
toruna düşələr və həyatda uğursuzluğa düçar olalar.
Ardi var..
Kitabin adi: Gənc ailələr ücün göstərişlər
Müəllif: Məhəmməd Əli Sadat
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.