İlk mənzil - ölüm
Ölümün həqiqəti-ruhun bədənlə əlaqəsinin qırılmasıdır. Ruhun bədənlə əlaqəsini çox şeyə oxşatmışlar. Bə᾽ziləri bu əlaqəni gəmi və gəminin sükançısının əlaqəsi ilə müqayisə etmişlər ki, ölüm gəmini gəmiçinin ixtiyarından çıxarır. Deyirik, "mənim ayağım”, "mənim əlim”, "mənim gözlərim.” Amma əsl "mən” ayaq deyil, əl deyil, göz deyil, qulaq deyil. (Yə”ni, insan ayağını, əlini itirməklə "mən”i itməz-red.) "Getdim” deyəndə, düzdür ki, sən gedirsən, amma ayağınla gedirsən. "Sən” ayaqdan qeyri bir şeysən. Gördüm, eşitdim, dedim, hər biri vahid şəxsə qayıdır. Bu şəxs şərif ruhdur ki, həmin üzvlərlə zühur edir. Görən, eşidən ruhdur. Amma görəsən qulaq və gözdən eşidib görürmü? Deməli görən ruhdur. Göz, qulaq isə yalnız ruhun görüb, eşitməsi üçün çatlardır. Deməli, göz yalnız ruhun görmə alətidir, ruh isə görəndir. Ruh cismin, bədənin zülmətini işıqlandıran çıraq kimidir və göz, qulaq və digər hiss üzvlərinin məcrasından işıqlıq verir.
Ölüm, yə”ni bu çırağın yerini dəyişmək. Məsələn, fərz edin bir neçə deşiyi olan daxmaya çıraq daxil edirik. Görəcəyik ki, həmin dəliklərdən işıq verir. Elə ki, çırağı daxmadan çıxartdıq, zülmətə bürünür. Ölüm, yə”ni bədəndən həmin çırağın (ruhun) çıxarılması.
Kitabın adı: Məad