![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Sual 85: «Təvəkkül» nədir?
Cavab: «İbrahim» surəsinin 11 və 12-ci ayələrində buyurulur: «Möminlər yalnız Allaha təvəkkül etsinlər. Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?!».
«Təvəkkül» «vəkalət» kəlməsindəndir və vəkil seçmək mənasını verir. Yaxşı vəkildə dörd sifətin olması zəruridir: agahlıq, düzlük, qüdrət, mərhəmət.
Vəkilə o zaman ehtiyac yaranır ki, insan özünü müdafiə etməyə qadir olmur və qarşısına çıxan çətinliyi başqa birinin köməyi ilə aradan qaldırmaq istəyir.
Mömin insanın nəzərində bütün qüdrətlərin fövqündə duran Allah-təala, istənilən hadisə və çətinlik zamanı yeganə etibarlı vəkildir. Allaha təvəkkül edən mömin fəaliyyətsiz dayanmır. Hətta qüvvəsi çatan işdə də, əsl səbəbkar Allahı bilir.
Allaha təvəkkül, çətinliklər zamanı insanın müqavimətini artırır. Qurani-kərimin müxtəlif ayələrində belə müqavimətin nümunələri ilə rastlaşırıq:
«Allaha təvəkkül, cihad meydanında iki vuruşqan tayfanın süstlüyünün qarşısını aldı»
«...İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə, Allaha təvəkkül et»
«O şəxslər şeytana müqavimət göstərib, onun təsirindən çıxa bilərlər ki, iman və təvəkkülə malik olsunlar»
Allaha təvəkkülün təbii gedişatla zidd olduğunu düşünənlər yanılırlar. Təbii səbəbləri Allahın iradəsindən ayrı bilmək, şirk hesab olunur. Şirk isə, cəhənnəm odu vəd edilmiş günahlardandır.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









