![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Sual 83: Alın yazısını pozmaq olarmı?
Cavab: Qurani-kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır»
«Əsl kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar»
Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir. |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









