» » Məlum hadisələrin Abdullah ibn Səbaya aid edilməsində məqsəd nədir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Məlum hadisələrin Abdullah ibn Səbaya aid edilməsində məqsəd nədir?
+15
Müəllif: Ewqi_Kerbela | 25-11-2014, 13:00 | Baxılıb: 1 858

Məlum hadisələrin Abdullah ibn Səbaya aid edilməsində məqsəd nədir?

Şübhəsiz ki, bütün bu hadisələrlə bağlı Abdullah ibn Səbanın adını hallandıranlar bundan nə isə bir məqsəd güdürlər. Aşağıda onların məlum hədisləri hansı məqsədlərlə uydurub yaydıqlarına nəzər salaq:
1. Osman, Aişə, Təlhə, Zübeyr və Osman tərəfindən təyin edilmiş valiləri müdafiə etmək, onların tutduğu mövqeyə haqq qazandırmaq;
2. Dolayı yolla Əliyə (ə) etiraz etmək;
3. Osman və valilərini tənqid edənlərin yəhudilər tərəfindən təhrik edildiyini önə çəkərək bu tənqidin təsirini azaltmaq;
4. Şiə qaynaqlarında Osman, Təlhə, Zübeyr və Aişə haqqında mövcud olan hədislərə qarşılıq vermək və bu hədislərin tam əksini uydurmaq;
5. Müsəlmanların Osmanın evini mühasirəyə almalarının və onu öldürmələrinin əsl səbəblərini ört-basdır etmək; Çünki tarixçilər Osman tərəfindən təyin olunmuş Bəni-Üməyyə əsilli valilərin zülm və fəsada böyük yer verdiklərini qeyd edirlər. Müsəlmanlar Osmandan onları ədalətli valilərlə əvəz etməsini tələb edirdilər. O, xalqın tələbinə müsbət cavab vermədiyi üçün ona qarşı üsyan edib evində qətlə yetirdilər. Qərəzli tarixçilər İbn Səba və bu kimi digər hadisələri qondararaq tarixi həqiqətlərin üstünü ört-basdır etməyə çalışmışlar.
6. Digər bir məqsəd isə şamlıları açıqca mədh etmək, dolayısı ilə Müaviyəni dahiləşdirməkdir; Bu məqsədlə onlar Abdullah ibn Səbanın şamlılara təsir göstərə bilməməsini önə çəkirlər. Guya şamlılar onun qərəzli mövqeyini anlamış və Şamdan qovmuşlar.Təbəri özünəməxsus sənədlə Seyf ibn Ömərdən, o da Yezid Fəqəsidən nəql edir: "Abdullah ibn Səba sənalı yəhudi idi. Anası Səvda (qaradərili) idi. O, İslamı Osman dönəmində qəbul etdi və müsəlmanları yoldan çıxarmaq üçün müsəlman ölkələrinə səfərə çıxdı. O, səfərinə Hicazdan başladı, sonra Kufə və Şama getdi. Lakin şamlılara təsir göstərə bilmədi. Ona görə də şamlılar onu Şamdan qovdular.
7. Düzgün etiqadlarını yanlış kimi göstərmək;Buraya rəcət, Əlinin (ə) vəsi olması, onun xəlifəliyə Osmandan daha layiq olması və s. daxildir. Onlar bu etiqadi məsələləri insanları yoldan çıxarmağı qarşısına məqsəd qoyan Abdullah ibn Səbaya aid edib müsəlmanlarda onlara qarşı pis fikir oyatmaq məqsədi güdürlər. 

Abdullah ibn Səba Əmmardırmı?

Doktor Əli Verdi və bu kimi tarixçilər Abdullah ibn Səbanın Əmmar ibn Yasir olduğunu iddia etmiş və bunu aşağıdakı şəkildə əsaslandırmışlar:
1. Abdullah ibn Səba İbn əs-Səvda kimi tanınır. İbn əs-Səvda Əmmarın künyəsidir.
2. Əmmar Yəmənin Səba qəbiləsindəndir.
3. O, Əliyə (ə) hədsiz məhəbbət bəsləmiş və xalqı ona beyət etməyə dəvət etmişdir.
4. Əmmar xalqı Misirdə xəlifənin əleyhinə üsyan etmək üçün təhrik edirdi. Uyğun fəaliyyət Abdullah ibn Səba haqqında da qeyd edilir.
5. Nəql olunduğuna görə, Abdullah ibn Səba Osmanı həqiqi xəlifə hesab etmir, bunun Əlinin (ə) haqqı olduğunu düşünürdü. Bu Əmmar haqqında da qeyd edilir.Doktor Əli Verdi digər dəlillər də göstərərək Abdullah ibn Səbanın məşhur səhabə Əmmardan qeyrisi ola bilməyəcəyi qənaətinə gəlir. Çünki Qüreyş Əmmarı Osman əleyhinə üsyan edənlərin sərkərdəsi hesab edirdi. Lakin öncədən bunu onun adı ilə bağlamaq istəmir, Abdullah ibn Səba şərti adını göstərirdilər. Doktor Kamil Mustafa Şeybi "əs-Silə beyn ət-təsəvvüf vət-təşəyyö" əsərində bu fikirlə razılaşır, göstərilən dəlilləri qaneedici və məntiqli hesab edir.Doktor Əli Sami Nişarın da sözlərindən bu versiyaya meylli olduğu anlaşılır. O, "Nəşə əl-fikr əl-fəlsəfi fi əl-İslam" kitabında yazır: "Çox güman ki, Abdullah ibn Səba qondarma və ya Əmmar ibn Yasirə aid şərti addır”. Cavab: Bu versiyanın qaneedici dəlili yoxdur. Lakin bunu rədd edən çoxsaylı dəlillərimiz var. Belə dəlillərdən bir neçəsinə nəzər salaq:
1. Bu ehtimal yalnız Abdullah ibn Səba haqqındakı rəvayətlər doğru olduğu zaman keçərli hesab edilə bilər. Bir halda ki, bu növ rəvayətlərin təxəyyüldən başqa bir şey olmadığını sübut etdik.
2. Tarixçilər Əmmarın Osmana qarşı mövqeyini açıqca yazmışlar. Belə olan halda şərti ada ehtiyac yoxdur.
3. Tarixçilər Abdullah ibn Səbanın yəhudi olub, fəqət Osman dönəmində iman gətirdiyini qeyd edirlər. Bir halda ki, Əmmar İslamı hələ Peyğəmbər (s) dönəmində qəbul etmişdi.
4. Tarixçilərə görə, Əli (ə), İbn Səbanı tövbə etmədiyi üçün yandırdı və ya Mədainə sürgün etdi. Bir halda ki, Əmmar ibn Yasir Siffeyn döyüşündə şəhid oldu.
5. Təbəriyə görə, Əmmar Abdullah ibn Səbanın təsiri altına düşmüş və ona kütləni xəlifəyə qarşı təhrik etməkdə kömək etmişdi. Bütün bunlar göstərir ki, Əmmar ibn Yasir Abdullah ibn Səba deyil.

 İbn Səba Abdullah ibn Vəhəbdirmi?

Bəzi tarixi qaynaqlarda Abdullah ibn Səbanın Abdullah ibn Vəhəb Rasibi olduğu qeyd edilir. Abdullah ibn Vəhəb Rasibi Nəhrəvanda Əliyə (ə) qarşı döyüşən xəvaricin öndə gedənlərindən idi. Səd ibn Abdullah Əşəri yazır: "Səbaiyyə Abdullah ibn Səbanın tərəfdarlarına deyilir. O, Abdullah ibn Vəhəb Rasibi Həmdanidir”. Bəlazuri yazır: "Hücr ibn Ədi Kindi, Əmr ibn Həmiq Xüzai, Həbbə ibn Cüveyn Bəcəli və İbn Səba adlanan Abdullah ibn Vəhəb Həmdani Əlinin (ə) yanına gəlib ondan Əbu Bəkr və Ömər haqqında soruşdular". Fikrimizcə, bu iki şəxs arasında oxşarlıq, tarixçilərin onların eyni adam olduqlarını güman etmələrinə gətirib çıxarmışdır. Çünki hər ikisinin adı Abdullahdır; hər ikisi yəmənlidir və hər ikisi İbn əs-Səvda kimi məşhurdur. Bu ehtimalın meydana gəlməsində bəzi rəvayətlər də təsirsiz olmamışdır. Lakin onları bir-biri ilə müqayisə etdikdə görürük ki, bu iki şəxs eyni adam deyil. Aralarında oxşar cəhətlərin olmasına baxmayaraq, fərqli cəhətlər də çoxdur. Buna görə də onların eyni adam olması mümkün deyil. Bu iki şəxs arasındakı bir neçə fərqli cəhətə nəzər salaq:
1. Abdullah ibn Səba zöhd və ibadət anlayışları ilə vəsf edilməmişdir. Lakin Abdullah ibn Vəhəb məlum fəzilətlərlə vəsf edilmişdir. Belə ki, İbn Həcər onun haqqında yazır: "İnsan onun ibadətlərindən heyrətə düşür. Belə ki, onu "qabarlı" adlandırmışlar. Çünki çox səcdə etdiyindən alnı və dizləri dəvə (dizi) kimi qabar bağlayırdı”.
2. Tarixçilərə görə, Abdullah ibn Səba yəhudi olmuş və Osman dönəmində İslamı qəbul etmişdir. Abdullah ibn Vəhəb isə Ömər ibn Xəttab dönəmindəki fəthlərdə iştirak etmişdir. İbn Həcər onun haqqında yazır: "O, Səd ibn Əbu Vəqqasla birgə İraqın alınmasının şahidi olmuşdur".
3. Abdullah ibn Səba Əli (ə) haqqında "qülüv" etmiş, onu ilahiləşdirərək Allah həddinə yüksəltmiş, Seyf ibn Ömərin rəvayətinə görə isə onu (ə) digər xəlifələrdən üstün hesab etmişdir. Bir halda ki, Abdullah ibn Vəhəb Rasibi Əlini (ə) kafirlikdə ittiham etmişdir.
4. Abdullah ibn Vəhəb xəvaricin sərkərdəsi idi. Abdullah ibn Səba isə ümumiyyətlə xəvaricdən deyildi.
5. Abdullah ibn Səbanı Əli (ə) yandırmış və ya Mədainə sürgün etmiş və Əlinin (ə) şəhadət xəbərini eşidənədək orada qalmışdır. Abdullah ibn Vəhəb isə tarixçilərin yekdil rəyinə görə, Nəhrəvan döyüşündə qətlə yetirilmişdir. İbn Həcər yazır: "Abdullah ibn Vəhəb Rasibi Həruriyyə sərkərdələrindəndir. Bəziləri onu zəiflər sırasında qeyd etmişlər. O, Nəhrəvanda xəvaricin öndərlərindən idi. Əli (ə) onlarla döyüşəndə o, qətlə yetirildi”. 

Abdullah ibn Səbanın soykökü 

Şiə və əhli-sünnə qaynaqlarına görə, onun adı Abdullah ibn Səbadır. Lakin Səbanın onun atası və ya əksər Yəmən qəbilələrinin də mənsub olduğu Səba ibn Yəşcüb ibn Yərub ibn Qəhtan olduğu məlum deyil. Bəlazuri "Ənsab əl-əşraf", Zəhəbi "əl-Müştəbəh", Məqrizi "əl-Xütət" əsərində onun Abdullah ibn Vəhəb Səbai olduğu qənaətinə gəlmişlər. Lakin göründüyü kimi bu tarixçilər Abdullah ibn Səba və Abdullah ibn Vəhəb Rasibi Səbainin eyni şəxs olduğunu güman etmişlər. Çünki onların adı oxşardır.Tarixi qaynaqlarda və hədislərdə onun ailəsi haqqında hər hansı bir məlumat yoxdur. Lakin Səduq "əl-Etiqadat" əsərində Zürarənin İmam Sadiqə (ə) belə dediyini nəql edir: "Abdullah ibn Səbanın övladlarından bir kişi "təfviz" əqidəsini qəbul edir”. Tarixçilərin böyük əksəriyyəti onun Yəməndən, Səba qəbiləsindən olduğunu qeyd edirlər. Lakin ibn Həzm onun Hümeyr, Bəlazuri və Səd ibn Abdullah Əşəri isə Həmdan qəbiləsindən olduğu qənaətində olmuşlar. Təbəri "Tarix" əsərində onu Yəmən yəhudisi hesab etmişdir. Lakin Süleyman Övdə "əl-Fərq beyn əl-firəq" kitabında Bağdadidən onun, İraqın Hirə məntəqəsində yaşayan yəhudilərdən olduğunu nəql etmişdir. Lakin bu, doğru deyil. Çünki onun sözlərini diqqətlə nəzərdən keçirdikdə İbn əs-Səvda dedikdə Abdullah ibn Səbanın nəzərdə tutulmadığını görürük. O, yazır:"İbn əs-Səvda əslən Hirə yəhudilərindən idi”.Abdullah ibn Səbanın yəhudi olduğunu göstərən doğru, səhih məlumat yoxdur. Bu yalnız Seyf ibn Ömərin nəql etdiyi rəvayətlərdə özünü göstərir. Hansı ki, onlara əsaslanmaq olmaz. 
İBN ƏS-SƏVDA KİMDİR?
Seyf ibn Ömər rəvayətlərində Abdullah ibn Səbanın bəzən bu adla, bəzən İbn əs-Səvda, bəzən də Abdullah ibn əs-Səvda adı ilə anmışdır. Ondan sonra əlinə qələm alanlar da eyni ibarələri ondan nəql etmişlər. Burada belə bir sual yaranır: İbn əs-Səvdada məqsəd Abdullah ibn Səbadırmı?İbn əs-Səvda adı şiə və əhli-sünnə qaynaqlarında çox işlədilmiş, bir çox səhabələr və qeyri-səhabələr bu adla məzəmmət edilmişlər. Bu ad yalnız Seyf ibn Ömərin rəvayətlərində Abdullah ibn Səba haqqında işlədilmişdir.
a) Şiə qaynaqları; Şiə qaynaqlarında bir çoxları bu adla məzəmmət olunmuşlar. Buna aşağadakıları misal göstərmək olar:
1. Əbuzər (adı məlum olmayan) bir səhabəni bu adla məzəmmət etmişdir.
2. Kim olduğu məlum olmayan bir şəxs bu adla məzəmmət olunmuşdur.
3. Xəvaric sərkərdələrindən Abdullah ibn Vəhəb Rasibi.
4. Əmr ibn Osman Əffan, Üsamə ibn Zeydi İbn əs-Səvda adı ilə məzəmmət etmişdir.
5. Osman Əmmar ibn Yasiri İbn əs-Səvda adlandıraraq məzəmmət etmişdir.
b) Əhli-sünnə qaynaqları;1. Əmmar ibn Yasir Osman tərəfindən bu adla məzəmmət edilmişdir.
2. Bilal ibn Rəbah Əbuzər tərəfindən bu adla məzəmmət edilmişdir.
3 Əli (ə) dönəmində bir kişi həzrət tərəfindən bu adla məzəmmət edilmişdir.
4. Təbərinin "Tarix" əsərində Seyf ibn Ömərdən iqtibas etdiyi rəvayətlərdə Abdullah ibn Səba İbn əs-Səvda kimi göstərilmişdi. Bu araşdırmadan alınan nəticəyə görə, Təbəridən başqa heç kim tarix və hədis kitablarında Abdullah ibn Səbanı bu adla təqdim etməmişdir. Ziyad ibn Əbihin Müaviyəyə ünvanladığı və "səbaiyyə” sözü də qeyd edilən məktubu ehtiva edən rəvayət isə "mürsəl"dir. Çox güman ki, bu rəvayət Əbu Mixnəfə aiddir. Çünki ondan öncəki rəvayətlər hamısı ondan nəql edilmişdir və təbii ki, o, zəif rəvayətçidir. Nəticə etibarı ilə, tarixdə Səbaiyyə adlı qruplaşma olmamışdır. Abdullah İbn Səba şİə qaynaqlarındaŞiə qaynaqlarında Əhli-beyt (ə) yolu ilə Abdullah ibn Səba haqqında nəql edilən rəvaytlər iki hissəyə bölünür:
1. Əlinin (ə) dönəmində Abdullah ibn Səba adlı bir şəxsin yaşadığını göstərən hədislər;Belə rəvayətlərdən birinə nəzər salaq: Şeyx Tusi və Səduq Əbu Bəsirdən, o da İmam Sadiqdən (ə) (ataları vasitəsi ilə) Əlinin (ə) belə buyurduğunu nəql edir: "Sizin hər hansı biriniz namazı qurtardığı vaxt əllərini səmaya doğru açsın və dua oxuyarkən üzünün önünə tutsun". Bu zaman İbn Səba soruşdu: "Allah hər yerdə mövcud deyilmi?” Həzrət (ə) dedi:- Bəli.- Bəs nə üçün əlimizi səmaya doğru açaq?- Yaradan Allahın nə buyurduğunu oxumamısanmı? Allah-Taala Quranda buyurur: "Göydə də ruziniz və vəd olunduğunuz şey vardır!” ("Zariyat”, 22)Əlbəttə, bu rəvayətin sənəd silsiləsində Həsən ibn Raşidin olduğu üçün, o, zəif hesab olunur. Çünki onun "siqə” (etimadlı) olması sübuta yetməmişdir. Digər bir ehtimala görə isə hədisdə adı çəkilən İbn Səbada məqsəd Abdullah ibn Vəhəb Rasibi Səbaidir.
2. Onun, Əlinin (ə) Allah olduğunu iddia etdiyini göstərən rəvayətlər. Bu rəvayətlərə görə, Əli (ə) onu yandırmışdır. Belə rəvayətlərdən bir neçəsinə nəzər salaq:a) Kəşşi Rical əsərində özünəməxsus sənədlə İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: "Həqiqətən, Abdullah ibn Səba peyğəmbərlik iddiası edirdi. O, güman edirdi ki, Əli (ə) Allahdır. Əli (ə) bunu eşitdikdə onu çağırtdırdı. Ondan bu məsələ haqqında soruşdu. O, deyilənlərin düz olduğunu etiraf edib dedi: "Sən mən deyən adamsan. Mənim qəlbim sənin Allah olduğunu deyir. Mən də sənin peyğəmbərinəm”. Əli (ə) ona buyurdu: "Vay olsun sənə! Şeytan səni təsiri altına salmışdır. Anan sənin üçün əza saxlasın! Tövbə et”. O, tövbə etməkdən imtina etdi. Həzrət (ə) onu həbs etdi və tövbə etməsi üçün üç gün vaxt verdi. Lakin o, yenə tövbə etmədiyi halda həzrət (ə) onu yandırdı və buyurdu: "Həqiqətən, şeytan onu özünə cəlb etmişdir. Elə buna görə də onu təsiri altına alır və bu sözləri dilə gətirir”. Lakin bu rəvayət zəif hesab olunur. Çünki onun sənəd silsiləsində Məhəmməd ibn Osman Əbdi və Abdullah ibn Səbanın atası Sənan kimi zəif rəvayətçilər var.
b) Kəşşi özünəməxsus sənədlə Abdullahdan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Peyğəmbərin (s) adından yalan danışan, onu təkzib etməyə çalışan, Allah adına yalan danışan Abdullah ibn Səba idi". Bu rəvayət də sənəd silsiləsində Məhəmməd ibn Xalidin olduğu üçün zəif hesab edilir. Çünki o, rical kitablarında "siqə” (etibarlı) rəvayətçi kimi göstərilməmişdir.
c) Kəşşi özünəməxsus sənədlə Hişam ibn Salimdən İmam Sadiqin (ə) Abdullah ibn Səbanın Əli (ə) haqqında Allahlıq iddiası etməsi ilə bağlı söhbət edərkən belə buyurduğunu nəql edir: "O, Əli (ə) haqqında belə iddia etdikdə həzrət (ə) onu çağırtdırıb tövbə etməsini tələb etdi. İmtina etdikdə isə yandırdı".
d) Kəşşi özünəməxsus sənədlə Əban ibn Osmandan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Allah Abdullah ibn Səbaya lənət etsin! O, Əlinin Allah olduğunu iddia edirdi. And olsun Allaha! Əli (ə) Allahın müti bəndəsi idi. Haqqında yalan söyləyənlərə vay olsun! Bəziləri bizim haqqımızda özümüzün demədiyimiz sözləri deyirlər. Onlardan Allaha pənah aparırıq!"
e) Kəşşi özünəməxsus sənədlə Əbu Həmzə Sümalidən Əli (ə) ibn Hüseynin (ə) belə buyurduğunu nəql edir. Allah haqqımızda yalan danışanlara lənət etsin! Mən Abdullah ibn Səbanı xatırladım və məni heyrət bürüdü. O, çox böyük iddia etmişdir. Allah ona lənət etsin! And olsun Allaha! Əli (ə) Allahın əməlisaleh bəndəsi və Peyğəmbərin (s) qardaşı idi. Əli (ə) yalnız Allaha və rəsuluna (s) itaəti nəticəsində kəramət sahibi olmuşdur. Peyğəmbər (s) də yalnız Allaha itaəti nəticəsində kəramət sahibi olmuşdur”. Son üç rəvayət sənəd baxımından səhihdir və tarixdə həqiqətən də Abdullah ibn Səba adlı bir şəxsin olduğunu və Əli (ə) haqqında "qülüv" etdiyini göstərir. Lakin bu rəvayətlərdə onun yəhudi olması, Osmanın qətlində iştirak etməsi göstərilmir. Əgər bütün bunlar doğru olsaydı, İmam (ə) onu məzəmmət edərkən onlardan da söhbət edərdi.
ə) Məclisi də nəql etdiyi geniş bir rəvayətdə Əlinin (ə) Abdullah ibn Səbanın yandırılmasına toxunduğunu qeyd edir. Lakin bu rəvayət, məzmunundan əlavə, sənəd silsiləsində Musa ibn Ətiyyə və Həsən ibn Əhməd Əzrəqin olduğu üçün zəifdir. Çünki bu iki rəvayətçinin kimliyi məlum deyil. Rical kitablarında onlar haqqında hər hansı bir məlumat verilməmişdir. Bundan başqa, hədisin sənəd silsiləsində "siqə" olduğu sübuta yetməyən Abbas ibn Fəzl də mövcuddur. Bu hədisi Əmmar Sabati heç bir vasitə olmadan imamdan (ə) nəql etmişdir. Rəvayətin sənədi Əmmar Sabatidən sonra davam etmədiyi üçün ona əsaslanmaq olmaz. İbn Həcərdən bİr neçə sözİbn Həcər yazır: "Səhih sənədli rəvayətlərdən məlum olur ki, Əli (ə), haqqında Allahlıq iddiası edənləri yandırdı. Çox güman ki, Səbaiyyə də buradan meydana gəlmişdir".O, "Fəth əl-bari" kitabında yazır: "Əbu əl-Müzəffər Əsfərani "əl-Miləl vən-nihəl" əsərində Əlinin (ə) haqqında Allahlıq iddiası etdikləri üçün yandırdıqlarının rafizilər olduğunu güman etmişdir. Onlar, yəhudi olub İslamı qəbul etmiş Abdullah ibn Səbanın başçılıq etdiyi Səbaiyyə idilər. Bunu İbn Səba bidət olaraq önə çəkmişdir. Çox güman ki, bu bizim Əbu Tahirdən nəql etdiyimiz hədisdir. Biz onu Abdullah ibn Şüreyk Amiri və əcdadı vasitəsilə nəql etmişik. Hədisdə deyilir: "Əliyə (ə), bir dəstə insanın məscidin qapısı önünə toplaşaraq onun pərvərdigar olduğunu iddia etdikləri xəbər verildi...”. Bu hədis sənəd baxımından "həsən"dir”. İbn Həcərin sözlərindən göründüyü kimi o, İbn Səbanı şiələrin qəbul etdiyi şəkildə qəbul edir. İbn Səbanın yandırılmasıBir çox alimlərin fikrincə, Abdullah ibn Səba Əli (ə) haqqında Allahlıq iddiası etdiyi və imamın (ə) tövbə tələbini rədd etdiyi üçün yandırıldı.Əllamə Hilli yazır: "Abdullah ibn Səba "qülüv" edən və məlundur. O, Əli (ə) tərəfindən yandırılmışdır. O, Əlinin (ə) Allah, özünün isə peyğəmbər olduğunu güman edirdi". Əbu Əmr Kəşşi yazır: "O, peyğəmbərlik iddiası edir və deyirdi: "Əli (ə) Allahdır. Əli (ə) ona tövbə etməsi üçün üç gün möhlət verdi. Lakin o, tövbə etmədi. Buna görə də Əli (ə) Abdullah ibn Səbanı onunla həmfikir olan yetmiş nəfərlə birgə öldürdü”. Şeyx Yusif Bəhrani yazır: "İbn Səba Əlinin (ə) Allah olduğunu güman edirdi. Həzrət (ə) ona tövbə etməsi üçün üç gün vaxt verdi. Tövbə etmədikdə isə yandırdı”. İbn Həzm Əndəlusi yazır: "Allahdan başqasının allahlığına etiqad bəsləyən ilk ifratçı firqə Abdullah ibn Səba Hümeyrinin tərəfdarları olmuşdur. Onlar Əlinin (ə) yanına gəlib dedilər:- Sən həmin adamsan.- Kim?- Sən Allahsan.Bu söz həzrəti (ə) narahat etdi. Od qalanmasını əmr etdi və onları oda atdı. Onlar oda atıldıqda deyirdilər: "İndi Əlinin (ə) Allah olduğu daha da aydın oldu. Çünki odun yaradıcısından başqa heç kim odla əzab verə bilməz".
5. Zəhəbi "Mizan əl-etidal" əsərində yazır: "Abdullah ibn Səba "qülüv" edənlərdən idi. O, özü yolunu azmışdı, digərlərini də yoldan çıxarırdı. Zənnimcə, Əli (ə) onu yandırmışdır". Qeyd olunanlardan göründüyü kimi, onun yəhudi olduğuna, Osmanın xilafəti dönəmində iman gətirməsinə, Osman əleyhinə üsyanlarda rolu olmasına heç bir eyham belə yoxdur. Bundan başqa, onun şiəliyin təsisçisi olmasına da heç bir işarə vurulmur. Burada yalnız onun Əli (ə) haqqında Allahlıq iddiası etməsi, buna görə də yandırılması qeyd edilir.Fikrimizcə, Abdullah ibn Səba və tərəfdarlarının yandırılması məsələsi yanlışdır. Biz onun sürgün edilməsi versiyasına üstünlük veririk. Çünki şiə və əhli-sünnə fəqihləri bu hədislərə əsaslanıb mürtədin yandırılması haqqında fətva verməmişlər. Əksinə, bu rəvayətlərlə ziddiyyət təşkil edən hədislərə əsaslanmış və mürtədin öldürülməsi haqqında fətva vermişlər.İbn Rüşd yazır: "Alimlərin yekdil rəyinə görə, mürtəd kişi olduğu halda ələ keçərsə, öldürülməlidir. Çünki Peyğəmbər (s) buyurmuşdur: "Dinini dəyişəni öldürün". Şeyx Küleyni və Şeyx Tusi özünəməxsus sənədlə İmam Sadiqdən (ə) Əlinin (ə) belə buyurduğunu nəql edir: "Mürtədin həyat yoldaşı ondan uzaqlaşmalı, onun kəsdiyi heyvan yeyilməməlidir. Ona tövbə etməsi üçün üç gün vaxt verilməlidir. Tövbə etməzsə, dördüncü gün öldürülməlidir". İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql etdikləri hədisdə deyilir: "Mürtədə tövbə üçün möhlət verilir. Tövbə etmədiyi təqdirdə öldürülür. Qadın İslamdan çıxarsa, ona da tövbə üçün vaxt verilir. Əgər tövbə etməzsə, ömürlük həbs, ağır dustaqxana həyatına məhkum edilir”. Bir hədisdə İmam Rzadan (ə) müsəlman kimi doğulmuş, sonra kafir və ya müşrik olmuş, İslamdan çıxmış bir kişiyə tövbə üçün möhlət verilib-verilməyəcəyi haqqında soruşulduqda həzrət (ə) buyurdu: "Öldürülməlidir”. Bildiyimiz kimi, bu rəvayətdə öldürməkdə məqsəd qılınc, nizə, daş, ağac və ya zəhərlə öldürməkdir. Bu, odda yandırmaq və ya dar ağacından asmaq xaricində olan qətl metodlarına uyğundur.

Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: huseyin asiqi | Status: | 25 Kasım 2014 16:11 | Qonaq | Şərh yazdı
ALLAH RAZI OLSUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: huseyin asiqi | Status: | 25 Kasım 2014 16:10 | Qonaq | Şərh yazdı
ALLAH RAZI OLSUN 
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.