Qara köynəklilər
Nəzər et daima diqqətlə qara köynəyinə,
Qoyma küfrü baxa nifrətlə qara köynəyinə.
Fəxr edirlər bu günü qarə geyənlər özünə,
Baxmadıq çünki münafiq ilə zalim sözünə.
Bu qara köynək ilə oxdu o küfrün gözünə,
Küfr özü baxmadı zillətdi qara köynəyinə.
Gey qara köynəyi meydanı gətir vəl-vələyə,
Salmısan zalımın lövqatını Sən vəl-vələyə.
Zalımın mülkü hədəfdi bu günü zəl-zələyə,
Qoyma əl atsa cəsarətlə qara köynəyinə.
Töhnədirlər ki, geymə qara libası, qaranı,
Gör nələr fikr edirlər oxuyurlar haranı.
Çün libası qara hər vaxtı qopardır yaranı.
Qoymarıq vursa həqarətlə qara köynəyinə.
Qara köynək daş olub düşmüş o zalım başına,
Çünki, qardaşı bu köynəyi geyən qardaşına.
Qurban ollam o qara köynəyinə, göz yaşına,
Baxır eşq əhli məhəbbətlə qara köynəyinə.
Qara köynəklilər hər vaxtı Vətən pərvər olub,
Bu Huseyn bəzmi vətən pərvərə bil səngər olub.
Bizlərin rəhbəri şahi Şühəda Sərvər olub,
Çox mübariz baxar həsrətlə qara köynəyinə.
Geydi Zəhra toxuyan köynəyi Həzrət bədənə,
Ehtiyac yoxdur şəhid olsa məgər bir kəfənə.
Bu çölü döndərərəm qırmızı qanla çəmənə,
Yazmışam adını şəhadətlə qara köynəyimə.