» » Şiəlik monqol hakimiyyəti dönəmində


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Şiəlik monqol hakimiyyəti dönəmində
+5
Müəllif: Ewqi_Kerbela | 10-11-2014, 09:00 | Baxılıb: 1 084
 
Şiəlik monqol hakimiyyəti dönəmində

Monqolların hakimiyyəti h. q. 650-ci ildə İranda Hülaku xan tərəfindən təsis edildi (Elxanilər dövləti) və h. q. 736-cı ildə Sultan Əbu Səidin ölümü ilə sona yetdi. Hülaku xan İraqa ikinci hücumda Bəni-Abbas hakimiyyətini məğlub etdi. Bütün məzhəblərə öz ayinlərini keçirməkdə, məzhəblərini təbliğ etməkdə sərbəstlik və elm adamlarına dəyər verdi. Başqa sözlə desək, Hülaku xanın qarətləri, törətdiyi qətllər dini və ya məzhəbi məqsəd daşımırdı. Elə buna görə də ələ keçirdiyi bölgələrdə dini və məzhəbi fəaliyyətlərə tam azadlıq verirdi.Hülaku xanın İslamı qəbul edib-etməməsi haqqında fikir ayrılığı mövcuddur. Bəziləri onun, hətta şiə olduğunu iddia etmişlər. Amma dörd monqol sultanının İslamı qəbul etdiyi sübut olunmuşdur. Bunlar Əhməd xan, Qazan (Mahmud) xan, Sultan Məhəmməd Xudabəndə və Bahadur xandır. Əhməd xanın hakimiyyəti uzun sürmədi. Qazan xanın isə şiə olduğuna tarixi dəlillər var. Sultan Məhəmməd Xudabəndə öncə hənəfi məzhəbində idi. Amma əhli-sünnə alimlərinin ən bilicisi olan Nizam əd-din Əbd əl-Məlik Şafeini baş qazı vəzifəsinə təyin etdi və o, elmi mübahisələr zamanı Hənəfi alimlərinə üstün gəldiyinə görə, Şafei məzhəbini qəbul etdi. Sonda belə elmi mübahisələrdən biri də Əllamə Hilli (vəfat-726 h. q.) və Nizam əd-Din arasında baş verdi. Əllamə Hilli ona üstün gəldi. Nəticədə Sultan Xudabəndə şiə məzhəbini seçdi və onun hakimiyyəti altında olan bütün bölgələrdə İmamiyyə ayinlərinin icra edilməsini əmr etdi. Onun xahişi ilə Əllamə Hilli məşhur kitabı "Nəhc əl-həqq və kəşf əs-sidq”i qələmə aldı. Ondan sonra oğlu sonuncu monqol sultanı Bahadur da şiə olaraq qaldı.H. q. yeddinci və səkkizinci əsrdə monqol sultanları dönəmində böyük şiə alimləri yetişdi. "Şərai əl-İslam” əsərinin müəllifi Mühəqqiq Hilli (vəfat-676), Yəhya ibn Səid (vəfat-689), "əl-Cami əş-şərai” kitabının müəlifi Əllamə Hilli (vəfat-726), atası Sədid əd-din Hilli, oğlu Fəxr əl-mühəqqiqin (vəfat-771), Seyid Rəzi əd-din Tavus (vəfat-664), Seyid Qiyas əd-din ibn Tavus (vəfat-693), İbn Meysəm Bəhrani (vəfat-679 və ya 699) Xacə Nəsir əd-din Tusi (vəfat-672), Qütb əd-din Razi (vəfat-766) və başqaları bu qəbildəndirlər.Bu dönəmdə diqqət çəkən məsələlərdən biri də Əllamə Hillinin təklifi ilə Sultan Xudabəndə tərəfindən təsis edilən "gəzərgi (səyyar) mədrəsə” idi. Monqol sultanlarının adətinə görə, onlar isti fəsilləri Marağa və Sultaniyyədə, soyuq fəsilləri isə Bağdadda keçirirdilər. Sultan bu səfərlərə böyük elm xadimlərini də aparırdı. Əllamə Hilliyə sonsuz rəğbətindən, ona da onu müşayiət etməsini təklif etmişdi. Bir tərəfdən əllamə bu təklifi rədd etməyi məsləhət görmürdü. Çünki ona kin bəsləyən müxalif və düşmən qüvvələr bu rədd cavabdan onun əleyhinə istifadə edə bilərdilər. Digər tərəfdən də o, tam olaraq özünü sultanın ixtiyarına verib elmi fəaliyyətindən qalmaq istəmirdi. Bütün bunları nəzərə alıb sultana "gəzərgi mədrəsə” təsis etməsini təklif etdi. Sultan bu təklifi bəyənib həyata keçirdi və beləcə Əllamə Hilli şiə etiqadını, İslam maariffini təbliğ etməyə, tələbələr yetişdirməyə davam etdi.
 
Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.