Zeynəbin (s.ə) vəfatı
Tutub üz sahati-Pərvərdigara,
Dedi mən neyləmişdim ruzigara,
Qalıb həsrət üzüm el-təbara,
Gələn yoxdur mülaqatıma, ya Rəbb,
Tək evdə can verir məzlumə Zeynəb.
Gəlib şura Hüseyn eşqi başımda,
Əsər vardı yəqinən göz yaşımda,
Gözüm var hamıdan çox qardaşımda,
Sərəfraz et məni sal yada, qardaş,
Çətin vaxtımda gəl fəryadə, qardaş.
Nə müddətdir çəkər göz intizarın,
Mülaqatı şirindi yara-yarın,
Köməksizd qəribi-biqərarın,
Bu həsrətdə axır əşkim üzara,
Özün gəl Zeynəbi tapşır məzara.
Bir ömür oldu sənə Zeynəb tüfeyli,
Əzizim, gəlməsən ollam gileyli,
Dalınca yolladım mən əşki-seyli,
Əliləm, bimüinəm, başsızam mən,
Görən fikr eləyir qardaşsızam mən?