66-cı xütbə
İmam Əli əleyhis-salamın Ənsarın (xilafət barədə) iddiası haqda kəlamlarındandır.
Belə deyilir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) in vəfatından sonra Səqifə xəbərləri Əmirəl-möminin əleyhis-salama çatdı.185 Həzrət buyurdu: «Ənsarlar nə dedi?» Cavab verdilər ki, Ənsarlar dedilər ki, bizdən bir, sizdən də bir əmir olsun. Həzrət buyurdu ki, Rəsulullahın (səlləllahu əleyhi və alih) onların yaxşılarına yaxşılıq edilməsi və pis əməl sahiblərinə güzəşt olunması barədə vəsiyyətini niyə dəlil, sübut gətirmədiniz? Dedilər: «Bu cümlə Ənsarlılar üçün necə dəlil və sübut ola bilər?» Buyurdu: «Əmirlik onların işi olsaydı, (xəlifəliyə layiq olsaydılar), onlar barədə tövsiyyəyə ehtiyac qalmazdı» (onlara başqaları barədə tapşırılardı). Daha sonra buyurdu: «Qüreyş (Ənsarların sübutları müqabilində) nə dedi?» Cavab verdilər ki, Qüreyş Peyğəmbərin şəcərəsindən (bir əsil-nəsəbdən olduqlarını və xəlifəliyə daha layiqli) olmalarını sübut gətirdilər. Buyurdu: «Ağacı dəlil göstərib meyvələrini zay etdilər».
Kitabın adı: Nəhcül-bəlağə (xütbələr)
Müəllif: Seyyid Rəzi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.