Xoşbəxtəm Əlinin şiəsiyəm mən.
Deyirəm,sevincimi bölürəm,
Allaha min şükür edəsiyəm mən.
Şükür edib,bəhrəsini görürəm,
And olsun Allaha deyəsiyəm mən,
Xoşbəxtəm Əlinin şiəsiyəm mən.
Qoy gizlində səcdə edim,ağlayım,
Şeytanların ürəklərin dağlayım.
Dua edim,Allaha bel bağlayım,
Sevincdən qəşş edib,öləsiyəm mən
Xoşbəxtəm Əlinin şiəsiyəm mən.
Atam-anam rəhmət olsun sizlərə,
Huseyn deyib,yaş axıtan gözlərə.
Halal çörək yedirtmisiz bizlərə,
Əhli-beyt yolun gedəsiyəm mən
Xoşbəxtəm Əlinin şiəsiyəm mən.
Məktəbim Kərbəla,şagirdəm özüm,
Müəllimim Əbəlfəzl,dözümlük sözüm.
Doğma aşiqlərə vardı bir sözüm,
Həsəni,Huseyni sevəsiyəm mən
Xoşbəxtəm Əlinin şiəsiyəm mən.
Zahidliyi mən Həsəndən almışam,
Aşiqliyi mən Huseyndən almışam.
Sadiqliyi mən Əbəlfəzldən almışam,
Xoşbəxtəm Əlinin şiəsiyəm mən.
Xanım Zəhra,xanım Zeynəb anamız,
Əli Əkbər, Əli Əsğər Ağamız.
Kərbubəla elimiz,evimiz,
Bir gün öz evimə dönəsiyəm mən
Xoşbəxtəm Əlinin şiəsiyəm mən.