Onanizm
İslam dinində böyük günahlardan sayılan əməllərdən biri də onanizm – fərdin süni yolla özündən sperma xaric etməsidir . İnsan sağlamlığına son dərəcə zərərli olan bu işin bəzi ziyanlarına toxunuruq.
Onanizmin cismi təhlükələri
Tibb elmində xəstəliklərin inkişafını tanıma yollarından biri də, xəstəliyin müxtəlif mərhələlərdəki əlamətlərini göstərməkdir. Buna əsasən, onanizm xəstəliyinə yoluxmuş şəxsdə yaranmış narahatlıqları üç mərhələdə göstərmək olar.
1. Problem yaradıcı mərhələ
Yeni onanizmə düçar olmuş şəxslərdə, bu xəstəlikdən qaynaqlanan ən tez təsir bağışlayan narahatlıqlar bunlardır:
A) Yorğunluq və əzginlik
B) Diqqətini mərkəzləşdirə bilməmək (fikri yayınma)
C) Yaddaş zəifliyi
D) Təşviş, iztirab və stress
2. Ciddi təhlükə ilə üzləşmə mərhələsi
Xəstəliyə düçar olmuş şəxsdə aşağıdakı əlamətlərin zahir olması, fərdin xəstəliyinin güclənməsi və ya müddətinin birinci mərhələdən çox olmasını göstərir və nəticədə daha şiddətli narahatlıqlar yaranmağa başlayır:
A) Yorğunluq və əzginlik
B) Xasiyyət tərəddüdlüyü və ya sürətli xarakter dəyişikliyi
C) Hədsiz həssaslıq və tezinciklik
D) Bel ağrısı
İ ) Tüklərin nazikləşməsi
F) Cavanlıqda vaxtsız cinsi zəiflik
J) Yuxusuzluq, rahat yata bilməmə və buna bənzər problemlər
3. Nəhayət dərəcədə giriftarçılıq və ya vərdiş (adət) mərhələsi
A) Yorğunluq və əzginlik
B) Tüklərin sürətlə tökülməsi
C) Gözlərin tutqunlaşması, qaranlıq gətirməsi
D) Qulaq vızıltısı
İ) Qeyri-iradi, vaxtsız və ya damcı-damcı şəklində sperma ixracı
F) Qasıq və nahiyə ağrısı
J) Boyun nahiyəsində və ombada qulunc sancıları
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri