50-ci xütbə
İmam Əli əleyhis-salamın (fitnə-fəsadın səbəblərinin izahı haqqında) xütbələrindəndir.
(Camaat arasında) fitnə-fəsadın mənşəyi nəfsi istəklərə tabe olmaqda və şəriətə zidd çıxarılmış hökmlərdədir. Allahın kitabı (Qurani-Kərim) belə istək və hökmlərin əleyhinə olmuşdur. (Eyni zamanda fitnə-fəsad vasitələrindən biri də budur ki,) camaatın bir hissəsi dinə zidd istək və hökmlərdə başqalarına yardım edir, onların ardınca gedir. (Haqla batili bir-birinə qatdıqlarına görə fitnə-fəsad yaranır.) Deməli, batil haqqa qarışmasaydı haqqın yolu onu istəyənlərə bağlanmazdı. Haqq batilin içində gizlənməsəydi, düşmənlər (heç vaxt) onun haqqında pis danışa bilməzdilər. Lakin bir hissə haqdan, bir hissə isə batildən qarışdığına görə şeytan öz dostlarına hakim kəsilir. Allahın lütfünə şamil olan insanlar isə (şeytanın azğınlığından) xilas olurlar (haqqın batilə qarışmasından şübhəyə düşmürlər).
Kitabın adı: Nəhcül-bəlağə (xütbələr)
Müəllif: Seyyid Rəzi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.