İmam Əliyyən-Nəqi əleyhissəlamın mövqeyi
Əsl İslami əqidəyə rəhbərlik edən məsum İmamlar bu cür fikri mübahisələr qarşısında sükut etməyib bu kimi azğın fikirlərin üstündən qırmızı xətt çəkərək həqiqəti olduğu kimi təyin edir öz həqiqi və hidayətedici əqidəsini bəyan etməklə müsəlmanları bu cür boş və faydasız mübahisələrdən uzaq olmağa çağırırdılar. Rəyyan ibn Silət İmam Riza əleyhissəlama deyir: "Quran barədə sizin fikriniz nədir?” O Həzrət buyurur: "Quran Allah kəlamıdır vəssəlam. Bu barədə bundan artıq bəhs etməyin yoxsa yolunuzu azarsınız!”
İmam Əliyyən-Nəqi əleyhissəlamın bu barədə buyurduğu ifadə daha geniş və aydın məfhuma malikdir. O Həzrət Bağdad şiələrindən birinin sualına cavab olaraq yazır: "Bismillahir-rəhmanir-rəhim. Allah bizi və səni bu fitnəyə düçar olmaqdan qorusun! Belə olarsa onda O (Allah) bizə ən böyük nemət bəxş etmiş olar. Əks təqdirdə azğınlaşıb həlak olarıq. Bizim fikrimizcə Quran barədə (onun məxluq yoxsa əzəli olması barədə) sual etmək bir bidətdir. Bu günahda həm sual verən həm də cavab verən şərikdir. Çünki sual verən səlahiyyəti çatmadığı bir şey haqqında soruşur cavab verən isə heç özünün başa düşmədiyi əbəs bir şey haqqında düşünür.
Yaradan məhz Allahdır və Ondan başqa hamı məxluqdur (yaranmışdır). Quran da Allah kəlamıdır. Özündən onun üçün başqa bir ad çıxarma yoxsa yolunu azarsan. Allah bizi və səni "O kəslərdən ötrü ki onlar öz Rəbbindən Onu görmədikləri halda qorxar və Qiyamətdən lərzəyə gələrlər” - deyə buyurduğu şəxslərin sırasına qatsın.”
İmamların belə bir mövqedə durması şiələrin bu cür boş və mənasız mübahisələrdən uzaq olub bidətə və azğınçılığa düşməməsinə səbəb olur.
Mənbə: "İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı" kitabı
İmam Əliyyən-Nəqi əleyhissəlamın şagirdləri
İmam Əliyyən-Nəqi əleyhissəlamın dövrünün çox sıxıcı və pis dövrə təsadüf etməsinə o Həzrətin maarif təbliğ etməsi üçün geniş şəkildə azad olmamasına və o Həzrətin yaşadığı dövrün İmam Baqir (əleyhissəlam) xüsüsən də, İmam Sadiq əleyhissəlamın dövrü ilə müqayisədə böyük təfavütə malik olmasına baxmayaraq, o Həzrət belə bir pis şəraitdə İslam maarif və mədəniyyətini elmi müzakirə və bəhslər məktublar müşkülatı həll etmək suallara cavab vermək və azğın məzhəblər qarşısında düzgün fikri aşkar etməklə yanaşı, bir sıra şiə rəvayətçi alim və ziyalılar yetişdirərək onlara İslam maarifini öyrətmişdir. Onlar da öz növbəsində bu böyük maarif mirasını sonrakı nəsillərə ötürmüşlər. İslam dünyasının tanınmış alimi Şeyx Tusi o Həzrətin müxtəlif İslami elmlər sahəsindəki şagirdlərinin sayının yüz səksən beş nəfər olduğunu qeyd etmişdir.83 Bu şagirdlər arasında Fəzl ibn Şazan Hüseyn ibn Səid Əhvazi Əyyub ibn Nuh Əbu Əli (Həsən ibn Əli), Həsən ibn Əli Nasir Kəbir Əbdüləzim Həsəni və Osman ibn Səid Əhvazi kimi parlaq elmi və mənəvi simalar olmuşdur. Bunlardan bəziləri müxtəlif İslami elmlər sahəsində bir sıra əsərlər yazmış onların yazdığı əsərlər göstərdiyi xidmətlər tarix səhifələrində qeydə alınmışdır.