Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Sual 74: Misir padşahı, Yusifə eşq elan etmiş arvadını nə üçün cəzalandırmadı?
Cavab: Qurani-kərimdə buyurulduğu kimi, qardaşları Yusifi səhraya aparıb, orada onu bir quyuya atdılar. Yoldan keçən karvan əhli Yusifi tapıb, Misir padşahının vəzirinə satdı. Nəhayət, padşahın evində yerləşən Yusif, onun arvadının xəyanətkar hərəkətləri ilə üzləşdi. Yusifə meyl salmış qadın, onu yoldan çıxara bilmədiyini görüb, böhtana əl atdı. Lakin Misir padşahı Yusifin günahsızlığını və arvadının xəyanətkarlığını gözəl anlayırdı. Bununla belə, arvadını cəzalandırmaqdan vaz keçib, Yusifi zindana saldırdı.
Padşahın arvadının xəyanətkarlığı bütün ətrafdakılara məlum olduğu halda, ixtiyar sahibi olan ərinin onu cəzalandırmaması ilk baxışdan təəccüb doğurur. Belə böyük bir xəyanət qarşısında Misir padşahı bir cümlə deməklə kifayətlənir: «Ey arvad, bağışlanmanı dilə, çünki, həqiqətən, günah edənlərdənsən»
Bəzi təfsirçilər padşahın rüsvay olmaq qorxusundan bu xəyanəti açıb-ağartmadığını səbəb göstərsələr də, əksər təfsirçilərin göstərdiyi ikinci səbəb, daha məntiqə uyğundur. Onların fikirincə, axirət dünyasına etiqadsız zalım başçılar, zahirdə özlərini qeyrətli-namuslu göstərsələr də, əsl həqiqətdə, onların xarakterində belə xüsusiyyətlər yoxdur. Dünya nemətlərinə görə millətə zülm edən, millətin qızlarının iffətini düşünməyən başçıların qeyrətli olduğunu zənn etməyə heç bir əsas yoxdur!
Züleyxa gözəl idi və Misir padşahı onun xəyanətini gözəlliyinə bağışlamışdı. Məhz onun bu rəftarı səbəbindən, Züleyxa hətta xəyanəti açıldıqdan sonra belə, Misirin varlı qadınlarına öz eşqi barədə açıq-aşkar danışırdı.Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |