Sual 61-70
Sual 61: Nə üçün insanlar fərqli yaradılıb?
Cavab: Əlinə qələm götürmüş yazıçı əgər bütün səhifələrdə hərfləri eyni ardıcıllıqla düzsə, onun yazdığına heç kim kitab deməz, onunla maraqlanmaz. Əgər sözlər, cümlələr, səhifələr bir-birindən fərqlənirsə bunu zülm adlandırmaq olmaz. "T” hərfi deyə bilməz ki, nə üçün mən ayaq üstə qalmışam, amma "ş” oturub!Qab-qacaq sexində müxtəlif ölçülü qablar hazırlansa da, kimsə sex rəisini bu fərqə görə ittiham etmir. Çünki, hər ölçüdə olan boşqabın öz tə`yinatı var.İnsanların fərqli yaradılması zülm yox hikmətdir. Hər bir insan ona verilmiş imkanlar həddində cavabdehdir. Ömür boyu korları məsxərəyə qoyub, özü naməhrəmə baxmaqdan çəkinməyən insan qiyamət əzabı ilə qarşılaşacağı vaxt −"kaş kor olaydım” deyə təəssüf edəcək.
Sual 62: İnsanın əməl naməsi nə vaxt bağlanır?
Cavab:Bir şəxs kiməsə siqaret çəkməyi öyrədirsə, ikinci şəxs üçüncüyə, üçüncü dördüncüyə bu pis vərdişi ötürürsə, birinci şəxs bütün sonrakıların günahına şərikdir.Hədisdə oxuyuruq ki, valideyn övladın, yaxşı işlərinə ibtidai sinif müəllimi şagirdin sonrakı dövrlərdə müvəffəqiyyətlərinə şərik olur.
Sual 63: Nə üçün Qur`anda başqalarının qeybətini etmək qardaş meyitinin ətini yeməyə bənzədilir?
Cavab: "Hucurat” surəsinin 12-ci ayəsi əki bu bənzətmənin müxtəlif səbəbləri var:
1. Ölü özünü müdafiə edə bilmədiyi kimi, qeybəti olunan şəxs də söhbətdə iştirak etmədiyindən özünü müdafiə edə bilmir.
2. Ölüyə vurulan yara sağalmadığı kimi, qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq da mümkünsüzdür. İnsana vurulan maddi ziyanı ödəmək olur, amma açılmış eybi yenidən örtmək qeyri-mümkündür. İstər ciddi, istərsə zarafata edilən qeybət günahdır.
3. Bədəndəki ət tədricən artdığı kimi, insanın hörməti də zərrə-zərrə artır. Hər hansı bir insanın bu sayaq çətinliklə qazandığı hörməti onun qeybətini etməklə bada vermək necə də böyük cinayətdir!
Sual 64: Tövbə nədir?
Cavab: Yolu səhv salmış sürücü əvvəlcə geri qayıtmalı, sonra yoluna davam etməlidir. Amma səhv yolu davam edərək yalnız dildə "səhv etmişəm” desə heç vaxt mənzilə çata bilməz.Tövbə səhv yoldan qayıtmaqdır. Getdiyi səhv yolu geri qayıdanı Allah sevir və onun tövbəsini qəbul edir.Tövbəkar yediyi haqları sahibinə qaytarmalıdır. Oğurlanmış məbləğ qaytarılmazsa və ya həmin şəxsdən halallıq alınmazsa, tövbənin qəbul olması qeyri-mümkündür. Qəsb etdiyi məbləği qaytarmağa utanan şəxs bu işi özünü tanıtmadan da görə bilər. Hansı yolla olur olsun, həmin məbləğ sahibinə çatdırılmalıdır.
Tövbəkar incitdiyi adamdan üzr istəməli, qılmadığı namazların qəzasını qılmalı, gizlətdiyi həqiqəti açıqlamalı, səhvlərini islah etməlidir. Qur`anda "tövbə və "islah” kəlmələri, adətən yanaşı işlənir.Tövbə yubandırılmamalıdır. Çünki üst-üstə yığılmış günahları yumaq çətin olur. Paltarın üzərinə qonmuş tozu təmizləmək asandırsa, qat kəsmiş palçığı təmizləmək çətindir
Sual 65: İnsanları yaxşılığa necə də`vət edək?
Cavab: İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olar:
1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas də`vət yollarından biri sözlə (dillə) də`vətdir.
2. Əməli də`vət. Qur`an "libasını təmizlə” buyurur. Yə`ni insan əvvəlcə özünü təmizləməlidir.
3. Birbaşa də`vət. Qur`an "xoş danışın, namaz qılın, zəkat verin”, deyə əmr edir. İnsanları birbaşa da haqqa çağırmaq olar.
4. Dolayı də`vət. İnsanlara Qur`andan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.
5. Ümumi də`vət. Allah öz peyğəmbərinə bütün xalqı də`vət etməyi buyurmuşdur.
6. Xüsusi də`vət. Peyğəmbərlər öz ailələrini doğru yola də`vət edirdilər.
7. Qohumları də`vət.
8. Həmvətənləri də`vət.
9. Bəşəriyyəti də`vət.
Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır.
Sual 66: Nə üçün irsdən kişinin payı qadından ikiqat çoxdur
Cavab: Günəmuzd işləyən fəhlənin maaşı rəsmi işçinin maaşından çox olur. Bu o demək deyil ki, fəhlə işçidən daha şəxsiyyətlidir. Sadəcə günəmuzd fəhlədən fərqli olaraq rəsmi işçi mə`zuniyyətə çıxır, təqaüd alır, idarənin verdiyi başqa hüquqlardan istifadə edir.İslamda qadının irs payı az olsa da, ailənin bütün xərcləri kişinin boynundadır. Qadın bütün xərcini ərdən alır, irs payını və mehriyyəsini yalnız özünə sərf edir.
Sual 67: Qadın nə üçün hakim (qazı) ola bilməz?
Cavab: Allah qadını övlad tərbiyəsi üçün yaratdığından onun qəlbində xüsusi bir mərhəmət, mehribanlıq, canıyananlıq qoymuşdur. Bu mərhəmət və sevgi ədalətli mühakimə üçün problem yaradır. Hakim elə cinayətkarlarla görüşür ki, bu cinayətkarlar öz yalanları ilə insanı ovsunlayırlar. Prinsipiallığı olmayan hakim saxta göz yaşlarına aldanır, qəti qərar çıxarmaqda çətinlik çəkir.Əslində hakimlik çox ağır məs`uliyyət tələb etdiyindən kişi üçün imtiyaz sayılmamalıdır. Qadın zərif məxluq olduğundan belə bir məs`uliyyətdən azad edilmişdir.
Sual 68: Nə üçün qadının diyəsi (qanbaha) kişidən iki dəfə azdır?
Cavab: Diyə insanın qiyməti yox, dəymiş zərərin əvəzidir. Bir şəxs kişini öldürürsə, bütöv bir ailənin maddi tə`minatı üçün problem yaradır. Ona görə də kişinin qanbahası daha çoxdur.Əgər diyə şəxsiyyətdən asılı olsaydı, onda alimi öldürənlər daha böyük qanbahası ödəməli olardılar. Hansı ki, bütün kişilərin diyəsi eynidir.İslam hüququ nöqtəyi-nəzərindən həzrət Əlinin ibn Mülcəmlə heç bir fərqi yoxdur. Ona görə də həzrət Əli (ə) öz qatili haqqında belə buyurdu: "O mənə bir zərbə vurdu, siz də ona bir zərbə vurun”. Əgər diyə şəxsiyyətdən asılı olsaydı, dünyanın var-dövləti həzrət Əlinin (ə) diyəsini ödəməzdi.
Sual 69: Nə üçün bə`zilərinin aqibəti çox pis olur?
Cavab: Məsələn, siqaret çəkmək kimi zahirən kiçik eyiblər bə`zən o qədər üst-üstə yığılır ki, ürəyin fəaliyyəti dayanır.Qur`anda buyurulur ki, daim xırda-xırda pis iş görənlər, nəhayət bir gün Allahı inkar edir və əzaba düçar olurlar.
Sual 70: İnsanın ölümü Allahın, yoxsa Əzrailin əlindədir?
Cavab: Allah Qur`anda bə`zən bir işi həm özünə, həm də bir başqasına aid edir. Bə`zən insanların canının öz tərəfindən, bə`zən isə Əzrail tərəfindən alındığını bildirir. Elə ayələr də var ki, insanın canının mələklər tərəfindən alındığı bəyan olunur.[66] Əslində hər üç tə`bir məqbuldur. "Açar qapını açdı”, "əlim qapını açdı; özüm qapını açdım” tə`birləri arasında ciddi bir fərq yoxdur. Çünki açar əlin, əl isə mənim ixtiyarımdadır.Mümkündür ki, mələklər canı çıxarıb Əzrailə, Əzrail isə Allaha təhvil verir. Belə də ola bilər ki, adi insanların canını mələklər, yaxşı insanların canını Əzrail, övliyaların canını isə Allah alır.
Kitabın adı: Məsəllər
Müəllif: Möhsin Qəraəti