» » Məsəllər: Sual 1-10


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məsəllər: Sual 1-10
    +10
    Müəllif: Musulmanka313 | 1-10-2014, 15:00 | Baxılıb: 1 007
     
     
     Sual 1-10
    Sual 1: Nə üçün Allah yaranışa əl qatıb, bir bu qədər mövcudu, eləcə də, insanı yaradıb? 
    Cavab: Əgər gözəl nitqi olan bir alim danışarsa, ondan nə üçün danışdığı soruşulmamalıdır. Çünki malik olduğu elm və natiqlik onu öz biliklərinin bəyanına vadar edir. Əgər o susub, elmini gizlədərsə, bu iş sual doğura bilər.
    Qadir, həkim və mehriban Allah torpaqdan buğda, buğdadan nütfə, nütfədən kamil insan yarada bildiyi halda, nə üçün də yaratmamalıdır?!
    Sual 2: Allaha inam insanın həyatında nə rol oynayır?
    Cavab: Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur.
    Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.
    Sual 3: Üzümüzü Kə`bəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı?
    Cavab: Hamı evini üzügünəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər.
    Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər. Qur`anın "İbrahim” surəsinin 8-ci ayəsində buyurulur: «Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə tə`sir etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır.»
    Sual 4: Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır?
    Cavab: Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. "Haqqə” surəsinin 44-45-ci ayələrində buyurulur: "Əgər peyğəmbər bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq.”
    Mö`minlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. Günahkarlara isə əvvəlcə möhlət verilir, möhlət başa çatdıqdan sonra onlar əzaba düçar olurlar. İslahına ümid olmayan kafirlərə qiyamət gününədək möhlət verilir ki, günahlarını daha da artırsınlar. Əgər eynəyinizin şüşəsinə bir damla çay sıçrasa, onu dərhal silirsiniz. Bu çay damlası paltarınıza düşsə, səbr edir, evdə paltarınızı dəyişirsiniz. Amma bu damla döşəməyə sərdiyiniz xalının üzərinə düşsə xalını yumaq qalır novruz bayramına.Allah da hər kəslə onun şəffaflığına uyğun rəftar edir.
    Sual 5: Nə üçün bütün əməllərin qəbulu namazın qəbulundan asılıdır?
    Cavab: Yol polisi bir maşını saxladığı vaxt ondan sürücülük vəsiqəsi tələb edir. Nə şəxsiyyət vəsiqəsi, nə partiya bileti, nə ev kitabçası, nə idman dərəcəsi sürücülük vəsiqəsini əvəz edə bilmir. Bu vəsiqə yoxdursa avtomobil saxlanılır. Qiyamətdə məqsədə çatmaq üçün isə namaz qəbul olmalıdır. Namaz qəbul deyilsə, heç bir əməl qəbul deyil.
    Sual 6: Necə olur ki, bə`zi əməllərə görə saysız hesabsız mükafat verilir?
    Cavab: Rəvayətə görə, camaat namazında namaz qılanların sayı çox olduqca qılınan namazın savabı da çox olur. Bu say on nəfərə çatarsa, namazın savabı hesaba gəlməz.
    İnsan bir barmağı ilə telefon nömrəsi yığa bilirsə, iki barmağı ilə bir çimdik duz görürə bilir, üç barmaqla qələmi tutmaq mümkün olur. Amma on barmaqla görüləsi mümkün olan işlər saysız-hesabsızdır.
    Sual 7: Qur`anda bə`zi insanların heyvana bənzədilməsi təhqir deyilmi?
    Cavab: Heyvanların faydası və bə`zi insanların əməlləri nəzərdən keçirilsə Qur`anın "onlar heyvan kimidirlər, bəlkə, daha çox zəlalətdədirlər” bənzətməsinin məntiqə uyğun olduğunu görərik.Ən qiymətli libas ipəkqurdunun hazırladığı ipəkdən istehsal olunur. Ən mühüm qidalar heyvanlardan alınan ət, yağ, süd, qatıq, bal və sair ne`mətlərdir. Heyvanlar nəqliyyat vasitəsi kimi istifadə olunur, onların köməyi isə torpaqlar basdırılmış minalardan təmizlənir. İnsanlar bir çox biliklərini heyvanlardan əxz etmişlər. Adəm övladı ölünün dəfnini qarğadan öyrəndi, şanapipik səba xalqından Süleymana xəbər gətirdi, hörümçək öz toru ilə İslam peyğəmbərini qorudu. Heyvanlar əhilləşmək qabiliyyətinə malikdirlər. Məsələn, tə`lim görmüş itin etdiyi ov halaldır. İlan kimi bir zərər verici yalnız ona yaxınlaşanları çalır.Amma elə insanlar var ki, atom bombası ataraq bəşəriyyətin məhvinə fərman verir. İlan belələrindən üstün deyilmi?! Gecə-gündüz insanların maddi və mə`nəvi varlığını məhv etmək üçün ölkələrə təcavüz edənlər, məzlum xalqların qanını axıdanlar, azadlıq pərdəsi altında əxlaqsızlıq təbliğ edənlər heyvandan pis deyilmi?!
    Sual 8: Həqiqəti olduğu kimi görə bilərikmi?
    Cavab: "Bəqərə” surəsinin 282-ci ayəsində buyurulur:”Allahdan çəkinin ki, o sizə həqiqəti öyrətsin”. Təqva bütün pisliklərdən və çirkinliklərdən uzaq olmaqdır. Günahkar insan bir çox həqiqətləri dərk etməkdə acizdir. Öz irqinin, millətinin, partiyasının mənafeyini hər şeydən üstün tutan insan gözünə qırmızı şüşəli eynək taxıb, portoğalı pomidora oxşadan adam kimidir.
    Yalnız hamar güzgü hər şeyi olduğu kimi göstərir. Çökək güzgü hər şeyi kiçildir, qabarıq güzgü hər şeyi böyüdür. İnsanınqəlb aynası da hamar olmalıdır. İstənilən bir günah ona ləkə salır. Günah göz qarşısındakı mənzərələri dalğalandıran
    ilğım kimidir.
    Sual 9: Bütün müsəlmanlar mö`mindir, yoxsa müsəlmanla mö`min arasında fərq var?
    Cavab: "Nəsr” surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. "Hucurat” surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, "hələ ki, iman sizin qəlbinizə daxil olmayıb.” Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mö’min olmaq arasında fərq var.
    Dindarlığın mərhələləri var: qızma, qaynama və bişmə. Həm isti, həm də qaynayan şey soyuya bilər. Amma bişmiş şey yenidən çiy ola bilməz.
    Dinə daxil olmaq asandır. "Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” deyən şəxs müsəlman olur. Bu qızma mərhələsidir.
    Peyğəmbərin səhabələri qaynar bir eşqlə cəbhəyə gedər və haqq yolunda canlarından keçərdilər. Bu, qaynama mərhələsi idi. Amma Qur`an bu insanlara buyurur: "Ələ keçirdiyiniz qənimətin beşdə birini xüms ödəyin.” "Onların öz Rəbbi yanında dərəcələri vardır.” "İman gətirmədikləri halda "Allaha və qiyamət gününə iman gətirdik” deyənlər var.”
    Bəli, şəhadət kəlmələrini deyənlər, hətta peyğəmbərlə çiyin-çiyinə vuruşanlar üçün qarşıda həqiqi imana aparan yol var. Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir.
    Sual 10: İnsanların islahı (əmr be mə`ruf və nəhy əz münkər) ilə məşğul olmaq bütün müsəlmanlar üçün, yoxsa xüsusi bir qrup üçün vəzifədir?
    Cavab: Əgər birtərəfli yolda bir maşın hərəkətin əksinə şütüyərsə, ona həm yoldakı maşınlar xəbərdarlıq etməli, həm də polis bu maşını saxlamalıdır.Allah insanların doğru yola də`vətini və pis yoldan çəkindirməsini bütün müsəlmanlara əmr edir: "Siz ən xeyirli ümmətsiniz. İnsanlara yaxşı işlər görməyi əmr edir və pis əməllərə qadağa qoyursunuz.”
    Bu surənin 104-cü ayəsində oxuyuruq: "Aranızda xeyirli işlər görməyi əmr edən və pis əməllərə qadağa qoyan bir dəstə olsun.”

    Kitabın adı: Məsəllər
    Müəllif: Möhsin Qəraəti

     
     
    Bölmə: Suallar
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 1 Ekim 2014 19:34 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM ÇOX MARAQLIDI ELLERİN VAR OLSUN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 1 Ekim 2014 15:33 | İstifadəçi | Şərh yazdı
    COx gozel ve basa dusulen cavablar, ALLAH Ayetullah Mohsin Qiraetini hifz elesin, dahi wexsiyyetdir/. ellerine sagliq bacim, ALLAH komeyun olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.