» » 34-cü xütbə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
34-cü xütbə
+5
Müəllif: Fatimə Nuri Xuda | 27-09-2014, 22:00 | Baxılıb: 853
 
 
34-cü xütbə

İmam Əli əleyhis-salamın öz səhabələrinə Şam əhalisi ilə döyüşməyi əmr etdiyi vaxt buyurduğu xütbələrindəndir:
Mən sizlərdən bezmişəm və narahatam. Sizi danlamaqdan əziyyət çəkirəm. Əbədi həyatın əvəzinə dünyanın müvəqqəti həyatından şadsınız? İzzət və başıucalığın yerinə rəzalət və alçaqlığa boyun əymisiniz? Sizləri düşmənlə müharibəyə çağıranda gözlərinizi döyürsünüz (həyəcanlanırsınız). Çətinliklə can verirmiş, huşsuzluqdan əziyyət çəkirmiş kimi mənimlə danışmaq üçün diliniz tutulur, qulaqlarınız bağlanır, sözlərimin müqabilində mat-məəttəl qalırsınız, elə bil ağlınızı itirib dəli olmusunuz (doğru yolu səhv yoldan, yaxşını pisdən, izzəti zillətdən seçə bilmirsiniz) və başa düşmürsünüz. Heç vaxt sizlərdən əmin olmadım və sizləri düz əməl sahibləri saymadım (sizə etimad etmədim və indi də inanmıram). Nə (düşməni dəf etmək üçün) meyl salınası ordu, nə də ehtiyac duyulası güclü dostlarsınız. Siz, bir tərəfdən yığdıqda, digər tərəfdən dağılan sarvansız dəvələr kimisiniz. Allaha and olsun, siz müharibə atəşini alovlandırmaq üçün pis camaatsınız. (Çünki) Sizə qarşı hiylə və məkr işlədirlər, siz isə hiylə işlətmirsiniz. Sizin şəhərləri tuturlar, siz isə qəzəblənmirsiniz (müdafiə olunmağı düşünmürsünüz). Düşmən yuxulamır, sizi isə qəflət yuxusu aparıb və unutqansınız. Allaha and olsun, (düşmənin irəliləməsinin qarşısını almaq üçün) bir-biri ilə yoldaşlıq etməyənlər məğlubdurlar. Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və ölüm, qətl atəşi alovlansa, sizlər baş bədəndən ayrılan kimi Əbu Talibin oğlundan (onun yanından) ayrılarsınız. (Belə xof və qorxaqlığınızla ikinci dəfə mənim ətrafıma yığışmağınız mümkün deyil.) Allaha and olsun ki, ətini sümükdə heç nə qalmayana qədər gəmirən, sümüyünü sındıran və dərisini soyacaq həddə düşməni özünə hakim kəsən (yəni, onun varlığını, canını, malını, arvad-uşağını ələ keçirən düşmənin qarşısını almayan) kimsənin acizliyi və qeyrətsizliyi hədsiz, ürəyi və ya onun sinə tərəfdən ürəyini əhatə edənləri zəifdir. Ey eşidən, sən də acizlikdə və qeyrətsizlikdə bu kişi kimi olmaq istəyirsənsə, ol. Amma mən, and olsun Allaha, düşmənə bu fürsət və imkanı verməzdən əvvəl Məşrəfi qılınclarla (Məşarif bu qılıncların hazırlandığı kəndin adıdır) onu elə vuracağam ki, başının sümüyünün xıncımları göyə sovrulsun və qolları, qıçları kəsilsin. Mənim səylərimdən sonra fəth və qələbənin ixtiyarı Allahın əlindədir.
Ey camaat! Mənim sizin üstünüzdə, sizin də mənim üstümdə haqqınız var: Sizin mənim üstümdə olan haqqınız sizə nəsihət vermək (bəyənilmiş əxlaqa təşviq etmək və nalayiq söz və əməllərdən çəkindirmək), qənimət və hüquqları bütünlüklə (israf edilməyə qoymadan, müsəlmanların beytülmalından) sizə çatdırmaq, nadan qalmamanız üçün (kitab və sünnədən bilmədiklərinizi) sizlərə öyrətmək, öyrənənə qədər də (şəriət qaydalarını öyrənib ona uyğun rəftar etməniz üçün) tərbiyə etməkdir. Mənim sizin üzərinizdə olan haqqım isə beyəti saxlamanız, gizlində və aşkarda ixlas və dostluğunuz, sizi çağırdığım an cavab verməniz və sizə əmr etdiklərimə itaət etmənizdir. 
 
Kitabın adı: Nəhcül-bəlağə (xütbələr)
Müəllif: Seyyid Rəzi

 
 
Bölmə: Nəhcül Bəlağə
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.