48-ci dərs: Razılıq
Razılıqdan məqsəd batində və zahirdə, sözdə və əməldə İlahi müqəddaratla etiraz etməyi tərk etməkdir. ("Ovsaful-əşraf" Nəsrəddin Tusi, səh. 90)
Bu sifət sahibi daim ləzzət, sevinc və rahatlıq içində olar.
Bu şəxsdə fəqir və dövlətli, rahatlıq və əziyyət, izzət və zillət, xəstəlik və sağlamlıq arasında fərq olmaz. Çünki o, bütün bunların Allah tərəfindən bəxş edildiyini görən, qəlbində yuva salan haqq sevgisi və məşuqun bəxş etdiyi hər bir şeyə razı qalmaqdan irəli gələn Allahın bütün fellərinə olan bir eşqin bariz nümunəsidir.
Deməli, səbr etmək və razı qalmaq bütün itaətlərin açarıdır. ("Usulul-kafi" c.2, səh. 49, hədis.1)
Allah-Təala hədisi-qüdsidə buyurur:
"Hər kəs Mənim hökmümdən razı qalmasa, nemətlərimə şükür etməsə, göndərdiyim bəlalara səbr etməsə, o zaman özünə Məndən başqa bir Rəbb seçsin" (Camius-səadət" c.2)
İmam Sadiq (ə)-dan nəql olunan rəvayətlərdə buyurulur:
"Təəccüb edirəm bir müsəlmana ki, Allah onun üçün xeyrindən başqa bir hökm vermir, ancaq yenə də razı qalmır. Allahın hökmü ilə borclansa və ya yer üzünün şərqinə və qəlbinə sahib olarsa bu onun üçün xeyirlidir". ("Usulul-kafi" c. 2, səh. 52, hədis 8)
Bil ki, razılığın mərtəbəsi Allaha məhəbbətin səmərəsindən irəli gəlir. Bu səmərənin hasil etməyin yolu davamlı olaraq zikr etmək, düşünmək və İlahi məhəbbəti gücləndirən bu kimi əməllər vasitəsilə İlahi məhəbbəti qazanmaq üçün səy göstərməkdir. ("Əxlaq" Seyid Abdullah Şübbər, səh. 267)
Lakin narazı qalmaq haqqında düşünməyin nəticəsi olmadığı kimi Allahın hökmünə biganə yanaşmağın da nəticəsi yoxdur.
Deməli, Allahın hökümlərindən razı qalmağa görə nə qəza və qədər, nə də qəlbi rahatlaşdırmaq üçün yaradılış formasının xüsusiyyətləri dəyişməyəcəkdir. Həmçinin, Allahın hökmündən razı qalmaq və ya narahat olmaq ömrü hədər etmək və vaxtın bərəkətinin itirilməsindən başqa bir şey deyildir.
Razılıq mərtəbəsini tələb edən şəxs bəlalara səbr edən insanların uca məqamı və əzəməti haqda söhbət açan Quran və hədislərdə müraciət edə bilər. ("Usulul-kafi" c.2, səh. 196)
Həmçinin, bilməlidir ki, hər bir əziyyət xəzinədir və hər bir çətinlikdən sonra rahatlıq vardır. Deməli, o şəxs Allah savabı arzusu ilə yanaşmalı, sanki cərrayiyyə əməliyyatına, amputasiya və acı dərman içməyə ehtiyac duyduğu bir xəstə kimi bu yolun müsibətlərini səbr qədəmləri ilə aşmalıdır.
Bil ki, dua etmək Allahdan razı qalmağa zidd deyildir. Bizə dua etmək əmr olunub. Belə ki, Allah-Təala Qurani-Kərimdə buyurur:
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ
Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! " ("Ğafir" 60)
Dua səadət açarı və hacətlərin əldə olunmasıdır, lakin bəzi alimlərin söylədiyi "dua Allahın hökmünə olan razılığa ziddir" sözlərin əsası yoxdur.
Kitabın adı: Əxlaq elmində 50 dərs
Müəllid: Şeyx Abbas Qummi