46-cı dərs: Riyakarlıq
Riya ən pis əxlaq və insanı həlaka sürükləyən xüsusiyyətdir. Qurani-Kərim və hədislər bu sifəti daim pisləmiş və bunun sahibinə Cəhənnəm vəd olunduğunu bəyan etmişdir. ("Camius-səadət" c. 2, səh.373, "Əxlaq" Seyid Abdullah Şübbər, səh. 188)
Rəsulullah (s)-dan nəql edilən bir rəvayətdə buyurulur:
"Azacıq riya belə şirkdir". ("Məcməul-beyza" c. 6, riya fəsli)
Həmçinin, nəql edilən rəvayətdə Rəsulullah (s)-ha sual verirlər:
"Ya Rəsulullah! Sabah nicat nədədir?
Rəsulullah (s) buyurur: Allahı aldatmağa çalışmayın, yoxsa Allah sizi aldadar. Allahı aldatmağa çalışanı Allah aldadar, onun iman paltarını cırar. Həqiqətdə isə o hiss etmədən özü-özünü aldadır. Dedilər: Allahı necə aldadar? Rəsulullah (s) buyurur: Allahın əmrini yerinə yetirər, lakin bundan başqa məqsəd üçün istifadə edər. Allaha təqvalı olun. Riyadan çəkinin, çünki riya Allaha şərik qoşmaqdır. Riyakarlıq edən Qiyamət günü 4 adla çağırılacaq: Ey kafir, ey zalım, ey ziyana uğramış və ey əhdinə vəfasız! Əməllərin puç və mükafatın batil oldu. Sənin üçün bu gün qurtuluş yoxdur. Etdiyin əmələr görə hesabını al! " ("Təfsiru Məani" c. 1, səh. 283, 295-ci hədis, "Camius-səadat" c. 2, səh. 376)
Həmçinin, Rəsulullah (s)-dan nəql edilən digər bir rəvayətdə buyurulur:
"Cənnət dil açaraq deyər: Mən bütün paxıl və riyakarlara haram olmuşam" ("Mustədrəkul Vəsail" c. 1, səh. 107, 11-ci bab, 13-cü hədis)
Riyakarlığı pisləyən hədislər çoxdur. Riyanın əməlləri batil etməsi onun xəbis olduğuna bariz nümunədir. ("Usulul-kafi" c. 2, səh. 222, "Mişkətul-ənvar" Təbərsi, səh. 317, "Camius-səadət" c. 2, səh. 373)
Bunun üçün də bütün fəqihlər riyakarın əməllərinin qəbul olunmayacağını bildirmişlər.
Bəzi alimlər deyirlər: Cahillər belə zənn edirlər ki, şəhidlərin ağası İmam Hüseyn (ə)-ın əzadarlığı zamanı ixlasa ehtiyac yoxdur.
Dərrakələri az olduğu üçün Allaha və Onun Rəsuluna (s) iftira edir və İmam Hüseyn (ə)-ın əzadarlığına riyakarlıq edirlər. Həmçinin, zənn edirlər ki, İmam Hüseyn (ə)-ın əzadarlığı zamanı ixlasla ağlamaq mümkün olmadıqda riyakarlıqla ağlamaq caizdir. Onlar bunu İmam Hüseyn (ə)-ın xüsusi fəzilətə sahib olduğu üçün hər növ ağlamaq ibadətdir, lakin onlar anlamaq istəmirlər ki, ibadətdə riyakarlıq dəlillərdə qiyas və alış-verişdə riba (sələm) etməyə bərabərdir ("Camius-səadət" c. 2, səh. 375)
Hər ağıl sahibi İmam Hüseyn (ə)-ın kiçik şirk hesab edən riya kimi böyük bir günahı necə "caiz" bildiyini düşünər? Halbuki, İmam Hüseyn (ə) İslam dinini bidətdən qorumaq, dini məsələləri dərindən mənimsəmək, haqqın sözünü yüksəltmək və Allahın müqəddəs zatını tövhid əsaslarını sübut etmək üçün bütün müsibətlərə sinə gəlmişdir. Beləliklə, cahillərin bu iddiası yalnız: "...planlaşdırılmış bir şeydir ". ("Sad" surəsi, ayə 7)
Kitabın adı: Əxlaq elmində 50 dərs
Müəllif: Şeyx Abbas Qummi