Atacan! Sənin vəfatından sonra böyük və çox çətin hadisələr baş verdi ki,ə gər sən onun şahidi olsaydın,bu müsibətlər bizim üçün böyük görsənməzdi.
Biz,çoxlu yağışı əldən vermiş torpaq kimi, Səni əldən verdik və Sənin qövmün yollarını azdılar. Bəs onların şahidi ol! Qeybdə olma! Hər kəsin Allah yanında başqa qohumlara üstünlüyü vardır.
O zaman ki,sən getdin, bizim və sənin aranda torpaq fasilə saldı, bir dəstə insan bizə qarşı kinlərini aşkar etdilər .İndi ki, sən bizim aramızdan getmisən bütün torpaqlarımız qəsb olunub, camaat bizimlə yaxşı rəftar etmir və biz xar olmuşuq. Tezliklə qiyamət günündə bizim ailəyə olan zülmün səbəbkarları başa düşəcəklər ki, hara qayıdacaqlar.
Sən 14 günlük ay kimi idin. Sənin nurundan istifadə olunurdu. Allah tərəfindən sənə asimani-kitablar nazil olurdu.
Cəbrail İlahi ayələr gətirirdi. Bizimlə çox mehriban idi. Sənin getməyinlə bütün xeyrlərin qapıları bağlandı.
Mənim bu qədər geniş olan şəhərim mənə darısqal gəlir. Sənin iki nəvən (Həsən və Hüseyn) xar olmuşdur. Bu mənim üçün böyük bəladır.
Kaş sən dünyadan getməmiş, ölüm bizim sorağımıza gələrdi. Sən bizim yanımızadan gedən zaman,biz böyün bir müsibətə düçar olduq. Elə bir müsibətə düçar olduq ki, ərəb və qeyri-ərəb belə bir müsibətə düçar olmamışdı. Nə qədər bu dünyada yaşayırıq və gözlərimiz yerindədir sənin üçün həmişə ağlayacağıq.
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı