Üçüncü "Хüms”
Dünya malının illik xərcindən artıq qalan hissəsini beşdə birini İmama, əgər qeybdədirsə müctəhidə və yaxud onun nümayəndəsinə çatdırmaq (təqlid etdiyimiz müctəhidin risaləsində yazılmış hökmlərə əməl etməklə).
Allah-taala xüms haqqında olan hökmü Qurani Kərimin, Әnfal surəsinin 41-ci ayəsində bəyan etmişdir.
Dördüncü "Zəkat”
Şəriətdə 9 şeydən (arpa, buğda, xurma, kişmiş, inək, qoyun, dəvə, qızıl, gümüş)-dən risalələrdə yazılmış bir sıra şəraitlə zəkat vermək.
Möhtərəm oxucular! Әgər bu müqəddəs hökm (zəkat hökmü) icra olunarsa, İslam cəmiyyətində heç kəs yoxsulluqdan çətinlik çəkməz. Allah-taala Quranda namazdan sonra zəkat verməyi biz müsəlmanlara əmr edir:
«وَأَقِيمُواْ الصَّلَواةَ وَءَاتُواْ الزَّكَواةَ وَارْكَعُواْ مَعَ الرَّاكِعِينَ»
«Namaz qılın, zəkat verin və ruku edənlərlə birlikdə ruku edin!»
Beşinci: "Həcc”
İmkan olan surətdə, müəyyən şərtlər əsasında ömründə bir dəfə müqəddəs "Kəbə” evinin ziyarətinə getmək.
Allah-taala Quranda belə buyurur:
«فِيهِ ءَايَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ ءَامِنًا وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ»
«Orada [Kəbədə] aydın nişanələr- İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadı. Onun yoluna imkanı olan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar). Әlbəttə, Allah aləmlərdən ehtiyacsızdır!»
Kitabın adı: Bəşəriyyətin nicat yolu
Müəllif: Rüstəm Badkubeyi