![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Məsələ 996: Bütün vacib və müstəhəb namazlarda ikinci rəkətin rükusundan öncə qunut tutmaq müstəhəbdir. Amma ehtiyat budur ki, şəf’ namazında qunut tutulmasın. Amma bir rəkətlik vətr namazında rükudan öncə qunut tutmaq müstəhəbdir.
Məsələ 997: Ayat namazının beş qunutu, fitr və qurban bayramları namazının birinci rəkətində beş, ikinci rəkətində dörd qunut var.
Məsələ 998: Qunutda xüsusi bir zikr demək, dua oxumaq şərt deyil. Əlləri qaldırmaq da zəruri sayılmır. Amma yaxşı olar ki, əllər üz müqabilində qaldırılsın. Belə ki, əllərin içi üzü səmaya olsun. Qunutda əllər bir-birinə yapışdırılır, zikr deyilir, dua oxunur. Qunutda istənilən bir zikri söyləmək olar. Hətta bir dəfə "Sübhanəllah” demək bəs edər. Amma yaxşı olar ki, qunutda bə’zi dualar oxunsun.
Məsələn:
لاَ إِلهَ إِلاّ اللهُ الحَلِيمُ الكَرِيمُ لاَ إِلهَ إِلاّ اللهُ العَلِىُّ العَظِيمُ سُبحانَ اللهِ رَبِّ السَّمَاواَتِ السَّبعِ وَرَبِّ الأرَضِينَ السَّبعِ وَمَا فِيهِنَّ وَمَابَينَهُنَّ وَرَبِّ العَرشِ العَظِيمِ وَالحَمدُ لِلّهِ رَبِّ العَالَمِينَ
"La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Sübhanəllahi rəbbis-səmavati səb’i və rəbbil ərəzinəs-səb’i və ma fihinnə və ma bənyəhunnə və rəbbil-ərşil-əzim vəl həmdulillahi rəbbil aləmin.”
Qunutda dünya və axirət ehtiyaclarını istəmək olar.
Məsələ 999: Qunutu bir qədər ucadan demək müstəhəbdir. Amma cəmiyyət namazında imam-camaat iqtida edənin qunutunun səsini eşitməməlidir.
Məsələ 1000: Əgər bilərəkdən qunut tərk edilsə, onun qəzası yoxdur. Əgər yaddan çıxsa, rüku həddinədək əyilməmiş xatırlayanda qalxıb qunut demək müstəhəbdir. Əgər rükuda yada düşsə, rükudan sonra onu demək olar. Əgər səcdədə yadına düşsə namazın salamından sonra qəzasını demək olar.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |