Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Səcdənin hökmləri
    0
    Müəllif: Qonaq | 12-09-2014, 00:19 | Baxılıb: 1 180
     
     

    Səcdənin hökmləri

    Məsələ 947: Səcdə zamanı bədən səcdənin zikri deyilən həddə aram qalmalıdır. Hətta müstəhəb zikr zamanı da bu zikr səcdə üçün göstəriş verilmiş zikr məqsədi ilə deyilirsə, bədənin aram qalması lazımdır. Amma sırf zikr məqsədi ilə namazın istənilən bir yerində bədənin tərpənməsinin eybi yoxdur.

    Məsələ 948: Bədən aramlaşmamış səcdənin zikrinə başlanılsa namaz batildir. Zikrin bir hissəsi bədən səcdədən qalxan zaman deyilərsə, səhvən olduqda eybi yoxdur. Başı səcdədən qaldırmamış bunu hiss edən şəxs zikri yenidən deməlidir.

    Məsələ 949: Zikrə məşğul olmadığı vaxt alın istisna olmaqla o biri üzvləri yerdən qaldırmaq, yerini dəyişmək olar. Amma zikr zamanı buna icazə verilmir.

    Məsələ 950: Birinci səcdədən sonra bədən aramlaşanadək oturmalı, sonra ikinci səcdəyə getməlidir.

    Məsələ 951: Vacib ehtiyata əsasən, namaz qılanın alnı dizlərini qoyduğu yerdən dörd bükülü barmaqdan artıq aşağı və ya yuxarı olmamalıdır. Alının da qoyulduğu yer dizlərin qoyulduğu yerdən dörd bağlı barmaqdan artıq yuxarı və ya aşağı olmamalıdır. Eləcə də, alının qoyulduğu yer ayaq barmaqların qoyulduğu yerdən bir o qədər fərqlənməməlidir. Bu halda yerin mailli olmasının fərqi yoxdur.

    Məsələ 952: Əgər bilmədən alın elə bir yerə qoyularsa ki, dizlərin və ya ayaq barmaqların səviyyəsindən dörd bağlı barmaqdan çox fərqlənsin, bu fərq səbəbindən namaz qılanın səcdədə olmadığı söylənilərsə, başını qaldırmalı və dörd  bağlı barmaqdan az fərqli yerə qoymalıdır. Amma əgər bu hal səcdə sayılsa, alını həmin yerdən fərqi az olan yerə çəkmək lazımdır. Alnı çəkmək mümkün olmadıqda ehtiyat budur ki, namazı bitirib yenidən qılsın.

    Məsələ 953: Alın elə bir yerə qoyulmalıdır ki, həmin yerə səcdə etmək düzgün sayılsın. Bu barədə qarşıdakı Məsələlərdə danışılacaq. Əgər alınla səcdə yeri arasında saç və ya möhürün çirki kimi bir maneə yaransa, alın möhürün özünə çatmasa, səcdə batildir. Amma möhürün rənginin dəyişməsinin eybi yoxdur.

    Məsələ 954: Əgər əllərinin içini yerə qoya bilməsə, onların arxasını yerə qoymalıdır. Əgər bu da mümkün olmasa dirsəklərini yerə qoya bilər. Bu da mümkün olmadıqda biləklər yerə qoyulur.

    Məsələ 955: Vacib ehtiyata əsasən, səcdə zamanı ayaqların böyük barmaqlarının başı yerə qoyulmalıdır. O biri  barmaqların qoyulması bəs etmir. Hətta dırnaq uzun olduğundan barmaq yerə dəyməsə bunun eybi var.

    Məsələ 956: Bir şəxsin baş barmağı kəsilmişsə, onun qalan hissəsini yerə qoymalıdır. Əgər bir şey qalmamışsa, o biri barmağını yerə qoya bilər. Əgər ayağında barmaq yoxsa ayağının qalan hissəsini yerə qoysun.

    Məsələ 957: Əgər deyilməyən şəkildə səcdə etsə, məsələn yerə uzansa və bədənin yeddi üzvü yerə yapışmasa, səcdəsi batildir.

    Məsələ 958: Əgər alında çiban və bu kimi başqa bir yara olsa, alnını möhürə qoya bilmədikdə alnının başqa bir tərəfini möhürə qoya bilər, ya da iki tərəfə möhür qoyub yaranı bu möhürlərin arasına sala bilər.  bir şərtlə ki, bu hündürlük dörd bağlı barmaqdan çox olmasın. Əgər yara bütün alnı əhatə edərsə, alının iki kənar tərəfindən biri ilə səcdə etmək olar. Bu da mümkün olmasa çənəni möhürə qoymaq olar. Bu da mümkün olmadıqda üzün istənilən bir yerini möhürə qoymaq mümkündür. Üzün heç bir hissəsini möhürə qoymaq mümkün deyilsə, əyilmək bəs edər.

    Məsələ 959: Alnını yerə qoya bilməyən şəxs bacardığı qədər əyilməli, möhür və ya səcdə ediləsi başqa bir şeyi hündür bir yerə qoymalıdır ki,  alnı ona çatsın. Əllərinin içini, dizlərini və ayaq barmaqlarını adi halda yerə qoymalıdır. Əgər əyilə bilməsə başı ilə işarə verməlidir. Başı ilə də işarə verə bilməsə gözləri ilə işarə etməlidir. Səcdə niyyəti ilə göz yumulur, səcdədən qalxmaq niyyəti ilə göz açılır. Hər halda vacib ehtiyat budur ki, möhürü qaldırıb alnına qoysun. Bütün bunlar mümkün olmadıqda ehtiyat budur ki, qəlbində səcdə niyyət etsin.

    Məsələ 960: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa və qayıtsa, bir səcdə hesab olunur. Səcdənin zikrini deyib-deməməsinin fərqi yoxdur. Amma ixtiyari olaraq başını qaldırsa, zikrdən öncə və bilərəkdən olsa, namazı batildir. Əks təqdirdə, eybi yoxdur.

    Məsələ 961: Təqiyyə (əqidəni gizlətmək) məqsədi ilə xalça və bu kimi şeylərə səcdə edə bilər. Möhürə səcdə məqsədi ilə başqa yerə getmək lazım deyil. Amma həmin yerdə daş və həsir kimi şeylərə səcdə etmək mümkün olsa bu iş vacibdir.

    Məsələ 962: Əgər bir şeyin üzərində bədən aramlaşmırsa, həmin şeyə səcdə edilməsinə irad var. Amma öncə qeyd etdiyimiz kimi, gəmi və qatar kimi yerlərdə namazın vacib şərtlərini yerinə yetirmək mümkünsə, namaz düzgündür. Əgər bir şeyə (məsələn, balışa) səcdə etdikdə bədən əvvəlcə aramlaşmırsa, sonra aramlıq tapırsa, səcdə etmək olar.

    Məsələ 963: Əgər yer palçıq olarsa və səcdə zamanı bədən, libas bulaşarsa, ayaq üstə namaz qılmaq və səcdə üçün işarə etmək olar.

    Məsələ 964: İkinci səcdədən sonra təşəhhüd vacib olmadıqda, yaxşı olar ki, bir qədər otursun, sonra növbəti rəkət üçün qalxsın.

     


     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.