» » «İki minlik qəbz»


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    «İki minlik qəbz»
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 11-09-2014, 23:20 | Baxılıb: 811

     «İki minlik qəbz»

    Şəban ayının ortalarına yaxın, Həmədanın qarlı-boranlı qış günlərindən birində şəhərin kasıb camaatı Molla Əli Həmədaninin evinin qarşısına toplaşıb ondan kömək istəyirdilər. Soyuq məntəqələrdən sayılan Həmədanın həmin il qışı keçən illərə nisbətdə olduqca sərt başlamışdı. 
    Molla Əli imam payından xərclikdə olduqca ehtiyat edirdi. Bu dəfə də tərəddüd keçirirdi ki, həmin paydan qapıya toplaşmış kasıb camaata versin ya yox?
    Qəti qərara gələ bilmədikdə yad edilən tövsiyəyə əməl edir. (Həmin tövsiyə "Feyzin kitabı daha yaxşıdır” hekayəsində yad edilir.) Amma dişini çəkdirdiyi üçün oruc tuta bilmir. Yuxuda görür ehtiyacı olan camaat küçənin qırağında toplaşıb kömək gözləyirlər. Birdən hər yerdən "Ya Kərim” sədası göyə ucalır.
    Molla Əli deyir: 
    Gördüm şeyx Əbdülkərim Hairidir, deyir: Haqqını qaytaracağım adam çoxdur. Hələlik iki min tümən qəbzim var. Kasıb camaat acından öləsi deyil ki?
    Yuxudan ayıldım, gözlədim qəbz gəlsin. Gün batana qədər gözlədim, bir xəbər çıxmadı. Əlacsız qalıb gedib qayınatam doktor Cavad Maqsuddan iki min tümən alıb fəqirlərə verdim.
    Bu hadisədən iyirmi gün keçmiş, təqribən ramazan ayının beşi Bavə-Əli adlı məntəqədən bir nəfər kürd qapıya gəldi və uca səslə hay salıb dedi:
    Axund Molla Əlinin evi budur? Dedim: 
    Buyurun içəri.
    Nökəri də yanında, birlikdə içəri keçdilər. Yanında gətirdiyi çantanı açıb ordan bir kağız çıxartdı. Gördüm vəsiyyətnamədir. Vəsiyyətnaməni mənə uzatdı ki, oxuyum. Gördüm vəsiyyətnamədə qeyd edilən məsələlərdən biri də budur ki, iki min tümən axund Molla Əliyə verərsiniz. Vəsiyyətnamənin tarixinə nəzər saldım, gördüm mənim zikrə başladığım həmin günün tarixidir.
    Molla Əli əlavə edib deyir: 
    Göstərilən əməli tapşırığa kamil əməl edə bilmədiyim üçün, yəni şərt olunan orucu tuta bilmədiyimə görə, şeyx Əbdülkərim Hairinin vasitəçiliyi ilə, qeyri-müstəqim tərəddüdüm yəqinə çevrildi.

     «Ya ölüm, ya bilim!» 

    Hacı Sədrəddin Hairi Şirazi deyirdi: Mən öz qayınım Höccətül-islam Həsənağa Pəhlivani Nəməki Tehranidən eşitdim ki, Əllamə Təbatəbai barədə deyirdi: 
    Əllamə Təbatəbainin uşaqlıqda zehni zəif işləyirdi, müəllimin dediklərini başa düşə bilmirdi. Axırı cana yığılıb çöllü-biyabana üz tutur və xəlvət bir yerdə səcdəyə düşüb Allaha deyir:
    Ya ölüm, ya da fəhm!
    Mən çalışırdım münasib bir vaxtda bu məsələni Əllamə Təbatəbainin özündən bir yolla soruşum; elə olsun ki, həm sualıma cavab alam, həm də məsələ onun zehni zəifliyindən getdiyi üçün bu sualım onun xətirinə dəyməsin və mənim tərəfimdən ədəbsizlik kimi çıxmasın.
    Nəhayət, bir gün Əllamə Təbatəbai kürəkəni cənab Qüddusi ilə Şiraza gəlməli olur.
    Ara xəlvət olan günlərin birində, belə ki, hətta cənab Qüddusi də otaqda yox idi − yan otaqda namaz qılırdı − mən yavaş-yavaş söhbəti həmin əhvalatdan salıb dedim: Əgər sizdən bir sual soruşsam, cavab verməyə hazırsınızmı?
    Əllamə buyurur: 
    Nə ziyanı var? Əgər bilsəm deyərəm. Mən dedim: 
     Sualım sizin özünüzlə əlaqədardır. Əgər sualıma cavab verə biləcəksinizsə soruşum, yox, əgər məsləhət bilməsəniz mən fikrimdən daşınım.
    Əllamə dedi: 
    Buyurun, əgər bilsəm deyərəm. Mən ərz etdim: 
    Belə eşitmişəm ki, kiçik yaşlarınızda dərsləri yaxşı dərk etmirdiniz, sonra nəsə bir səcdə edəndən sonra Allah sizə inəyət etmişdir və o gündən bəri ən çətin elmi məsələləri asanlıqla həll edirsiniz; bu düzdürmü?
    Elə ki, mən bu sözləri dedim, gördüm Əllamənin halı dəyişdi, üzü qızardı. Mən özüm də verdiyim sualdan xəcalət çəkdim. Sözlərimin ona bu cür təsir bağışlayacağını düşünmürdüm.
    Bu halda dedi: 
    İndi ki, söz açılıb deyim: Mən Təbrizdə "Siyuti” (ərəb dili qrammatikasının ibtidai bölmələrindən biri) oxuduğum zamanlarda ustadımız tez-tez bizdən imtahan götürürdü. Mən imtahanın öhdəsindən gələ bilmirdim. Müəllim mənim əlimdən narahat olub dedi: 
    Həm özünü avara qoydun, həm də bizi!
    Müəllimin bu sözü mən bərk tutdu. Sanki bu sözlər bütün vücudumda və ruhumda səsləndi.
    Elə sarsılmışdım ki, hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Axırı şəhərdə qala bilməyib, Təbrizin ətrafına − çöllüyə üz tutdum. Biyabanda, təpələrin üstündə bir əməli həyata keçirdim ki, onun nəticəsində Allahın fəzlinə qovuşdum.
    Daha demədi ki, o nə əməl idi; səcdə idi, yoxsa başqa bir əməl.
    Mən ərz etdim: O gündən sonra bütün çətin məsələləri həll edə bilirsinizmi? Yəni nə qədər çətin elmi məsələ də olsa öz həllini tapırmı?
    Dedi? İndiyə qədər belə olmuşdur.
    Həzrət Ayətullah Əbdülhəmid Şərəbyani də yuxarıdakı əhvalatı eyni məzmunda nəql edib əlavə olaraq deyirdi:
    Əllamə dedi: 
    Həmin əməldən sonra evə qayıdıb həmin günün axşamı "Əbu Talibin Siyutiyə haşiyəsi” kitabına haşiyə olaraq öz nəzərlərimi yazdım.

     
    Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

     
     
    Bölmə: İslam alimləri
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.