Bir əsgər namaz qılan əsgərdən soruşdu:
- Neçənci əsrdə yaşayırıq? Niyə özünü zəhmətə salıb hər gün 5 dəfə namaz qılırsan?
Namaz qılan əsgər elə həmin vaxt uzaqdan görünən komandiri göstərib dedi:
Bu insan niyə hər yanından keçəndə düz durursan, salam verib bütün əmrlərinə tabe olursan? Yat desə yatırsan, qalx desə qalxırsan? Oda sənin kimi 2 əli, 2 ayağı, 1 başı olan insan deyilmi?
Digər əsgər cavab verdi:
Bəli, o da mənim kimi biridi. Amma rütbəsi var, çiynində ulduzu var.
Namaz qılan əsgər bunun cavabında dedi:
Ey dost! Sən çiynində 1 dənə ulduzu var deyə sənin kimi birinə itaət edirsənsə, mən niyə yerdəki qum dənəcikləri qədərində səmada ulduzları olan ALLAHa itaət etməyim? Niyə namaz qılıb əmrini yerinə yetirməməliyəm?