Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Meyyit namazı
    0
    Müəllif: Qonaq | 10-09-2014, 21:55 | Baxılıb: 3 837
     
     

    Meyyit namazı

    Məsələ 560: Hər bir müsəlman və büluğ həddinə çatmış şəxsin meyyiti üçün namaz qılmaq vacibdir. Büluğ həddinə çatmamış uşağın yaşı altıdan az deyilsə, vacib ehtiyata əsasən, onun meyyiti üçün namaz qılınmalıdır.

    Məsələ 561: Meyyit namazı qüsül, hənut və kəfəndən sonra qılınır. Hətta unutqanlıq səbəbindən bu namaz qüsül, hənut və kəfəndən qabaq və ya onlar arasında qılınarsa batildir.

    Məsələ 562: Meyyit namazında dəstəmaz, qüsül və ya təyəmmüm, bədən və libasın pak olması şərt deyil. Amma müstəhəb ehtiyat budur ki, başqa namazlar üçün nəzərdə tutulmuş şərtlərə riayat edilsin.

    Məsələ 563: Meyyit namazını üzü qibləyə qılmaq vacibdir. Vacib ehtiyat budur ki, meyyiti namaz qılan şəxsin qarşısında arxası üstə uzatsınlar, onun baş tərəfi namaz qılanın sağında, ayaq tərəfi namaz qılanın solunda yerləşsin.

    Məsələ 564: Namaz qılanın yeri meyyitin yerindən yuxarı və ya aşağı olmamalıdır. Amma azca fərqin eybi yoxdur. Namaz qılan şəxs meyyitdən uzaqda dayanmamalıdır. Amma bu namazı cəmiyyətlə qılan şəxs uzaq dayandıqda yaxın dayanmış şəxsə cərgə ilə bağlı olarsa eybi yoxdur.

    Məsələ 565: Namaz qılan şəxs meyyitin qarşısında dayanmalıdır, onlar arasında pərdə və divar kimi arakəsmə olmamalıdır. Amma meyyiti tabut və bu kimi şeylərə qoymağın eybi yoxdur.

    Məsələ 566: Meyyit namazını ayaq üstə, Allaha yaxınlıq məqsədi ilə qılmaq lazımdır. Niyyətdə meyyit müəyyənləşdirilməlidir. Məsələn, niyyət edilir ki, bu meyyitə namaz qılıram, qürbətən iləllah. Meyyit namazını ayaq üstə qılacaq şəxs olmasa, ona oturaq vəziyyətdə namaz qılınmalıdır.

    Məsələ 567: Meyyit vəsiyyət etsə ki, ona meyyit namazını müəyyən bir şəxs qılsın, onun vəsiyyətinə əməl etmək vacibdir. Bu işdə meyyit sahibindən icazə almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, icazə alınsın.

    Məsələ 568: Bir meyyitə bir neçə meyyit namazı qılmaq məkruhdur, bəyənilmir. Hətta bir nəfərin həmin namazı bir neçə dəfə qılmasına irad var. Amma meyyit elm, fəzl, təqva əhli olarsa, bu iş məkruh sayılmaz.

    Məsələ 569: Əgər meyyiti bilməzlikdən, unutqanlıqdan və ya hər hansı başqa bir üzürlü səbəbdən namazsız dəfn edərlərsə və ya dəfndən sonra ona qılınan namazın batil olduğu bilinərsə, həmin qaydada qəbrə namaz qılmaq vacibdir.

    Meyyit namazının qaydası

    Məsələ 570: Meyyit namazının beş təkbiri var və əgər namaz qılan şəxs aşağıdakı qaydada beş təkbir deyərsə bəs edər. Niyyət və təkbirdən sonra deyilir:

    اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ

    "Əşhədu ənla ilahə illəllahu və ənnə Muhəmmədən rəsulullah.”

    İkinci təkbirdən sonra deyilir:

    أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ

    "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”

    Üçüncü təkbirdən sonra deyilir:

    أَلّلهُمَّ اغفِرللمؤمِنِينَ وَالمؤمِنَاتِ

    "Əllahum-məğfirlil mu’mininə vəl-mu’minat”.

    Dördüncü təkbirdən sonra meyyit kişidirsə:

    أَلّلهُمَّ اغفِر لِهَذَا المَيِّتِ

    "Allahumməğfir lihazəl-məyyit” meyyit qadındırsa:

    أَلّلهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ

    "Allahumməğfir lihazihil-məyyit” deyilir.

    Sonra beşinci təkbir söylənilir. Yaxşı olar ki, birinci təkbirdən sonra belə deyilsin:

    أَشهَدُ اَن لاَاِلهَ إِلاَاللهُ وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ اَرسَلهُ بِالحَقِ بَشِيرًا وَنَذِيرًا بَينَ يَدَىِ السَاعِةِ

    "Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu ərsələhu bil həqqi bəşirən bi nəzirən bəynə yədəyh saə”.

    İkinci təkbirdən sonra deyilsin:

    أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِك عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً كََاَفضَلِ مَاصَلَّيتَ وَبَارَكتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِيمَ وَآلِ اِبراهِيمَ اِنَّكَ حَمِيدً مَجِيدً وَصَلَّ عَلَى جَمٍيعِ الاَنبِيَاءِ وَ المُرسَلِينَ و الشهداء و الصدیقین و جمیع عباد الله الصالحین

    "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və barik əla Muhəmmədin və ali Muhəmməd və vərhəm Muhəmmədən və ali Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərhəmtə əla İbrahimə və ali İbrahimə innəkə həmidun məcid və səlli əla cəmiil ənbiyai vəl mursəlin vəşuhədai və siddiqin və cəmii ibadillahi salihin.”

    Üçüncü təkbirdən sonra deyilsin:

    أَلّلهُمَّ اغفِر لِلمؤمِنِينَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِينَ وَالمُسلِمَاتِ الاَحيَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَينَنَا وَبَينَهُم بِاالخَيرَاتِ اِنَّكَ مجیب الدعوات اِنَّكَ عَلَى كُلَّ شَىءٍ قَدِيرً

    "Allahumməğfirlil-mumininə vəl muminat vəl musliminə vəl muslimat əl əhyai minhum vəl əmvat tabi bəynəna və bəynəhum bilxəyrat innəkə mucibud-dəəvat innəkə əla kulli şəyin qədir.”

    Dördüncü təkbirdən sonra meyyit kişidirsə belə deyilir:

    أَلّلهُمَّ اِنَّ هَذا عَبدُكَ وَابنُ عَبدِكَ وَابنُ اَمَتِكَ نَزَلَ بِكَ وَاَنتَ خَيرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ اِتًا لاَنَعلَمُ مِنهُ اِلاَ خَيرَا وَاَنتَ اَعلَمُ بِهِ مَنًا أَلّلهُمَّ اِن كَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن كَانَ مُسِيئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَكَ فِى اَعلَى عِلًيِّيِنَ وَاخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِينَ وَارحَمهُ بِرَحمَتِكَ يَااَرحَمَ الرَّاحِمينَ

    "Allahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzuri bihi allahummə inna la nəələmu minhu illa xəyrən və əntə əələmu bihi minnə Allahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musiən fətəcavəh ənhu vəğfir və hu Allahumməcəlhu indəkə fi əla illiyyinə vəxluf əla əhdihi fil-ğabirinə vərhəmhu birəhmətikə ya ərhəmər-rahimin.”

    Əgər meyyit qadındırsa dördüncü təkbirdən sonra belə deyilir:

    أَلّلهُمَّ اِنَّ هَذِهِ اَمَتُكَ وَاَبنَتُ عَبدِكَ وَابنَتُ اَمَتِكَ نَزَلَت بِكَ وَاَنتَ خَيرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ اِنَّا لاَنَعلَمُ مِنهَا الاَّ خَيرَا وَانتَ اَعلَمُ بِهَا مِنًا أَلّلهُمَّ اِن كَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَاِن كَانَت مُسِيتُةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عِندَكَ فِى اعلىَ عَلِّييِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِرِنَ وَارحَمهَا بِرَحمَتِكَ يَا اَرحَمَ لرَّاحِمِنَ

    "Allahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt-bikə və əntə xəyru mənzulin bihi. əllahummə inna la nəələmu minha illa xəyrən və əntə ələmu biha minna allahummə in kanət muhsinətən fəzid fi ihsaniha və in kanət musiətən fətəcavəz ənha vəxfir ləha Allahumməcəlha indəkə fi əla illiyyinə vəxluf əla əhliha fil-ğabilinə vərhəmha birəhmətikə ya ərhəmər rahimin.”

    Sonra beşinci təkbir söylənilir.

    Bu ardıcıllıqla əvəzliklər kişi cinsinə aid edilər. Namaz bir qadın bir neçə qadın meyyiti üçün qılındıqda əvəzliklər və adlar qadın cinsi üçün nəzərdə tutulur. Əgər həm kişi, həm də qadın meyyiti üçün qılınırsa, hər ikisi (ikilik) nəzərdə saxlanılır.

    Məsələ 571: Təkbirləri və duanı elə ardıcıl oxumaq lazımdır ki, namazın şəkli dəyişməsin. Vacib ehtiyata əsasən, namazın ortasında kimsə ilə danışılmasın.

    Məsələ 572: Müstəhəbdir ki, meyyit namazı camaatla qılınsın. Amma camaatla meyyit namazı qılan şəxs bütün təkbirləri və duaları deməlidir. Qeyd olunduğu kimi, yuxarıdakı geniş duaları demək müstəhəbdir. Bir şəxs onları əzbər bilmirsə üzünə oxuya bilər.

    Meyyit namazının müstəhəb keyfiyyətləri

    Məsələ 573:stəhəbdir ki, meyyit namazı qılan şəxs dəstəmazlı, qüsül və ya təyəmmüm etmiş olsun. Ehtiyata əsasən, dəstəmaz və qüsül mümkün olmadıqda təyəmmüm edilir. Bir şəxs dəstəmaz alıb qüsül versə namaza çatmayacaqsa, müstəhəbdir ki, meyyit namazının o biri şərtlərinə savab məqsədi ilə əməl etsin: Əvvəla, meyyit kişidirsə imam-camaat və ya meyyit namazı qılan şəxs meyyitin düz orta bərabərində dayansın. Əgər meyyit qadındırsa sinəsi istiqamətində dursun. İkincisi, namazı ayaqyalın qılsın. Üçüncüsü, hər təkbirdə əllərini qaldırsın. Dördüncüsü, meyyitlə fasiləsi o qədər az olsun ki, külək libasını tərpətsə cənazəyə toxunsun. Beşincisi, əgər namaz camaatla qılınırsa, imam təkbir və duaları ucadan söyləsin, onunla namaz qılanlar astadan desinlər. Altıncısı, namaz qılan şəxs meyyit və mö’minlər üçün çox dua etsin. Yeddincisi, namazdan öncə üç dəfə "Əssəlat” söyləsin. Səkkizincisi, namazı elə bir yerdə qılsın ki, meyyit namazında daha çox insan iştirak etsin. Doqquzuncusu, yaxşı olar ki, meyyit namazı məsciddə qılınsın. Yalnız Məscidül-həramda belə etmək olmaz. Onuncusu, heyiz qadın meyyit namazını camaatla qılarsa, bir cərgədə tək dayansın.

     


     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.