İkinci: "Әdl”
Allah-taalanın ədalətli olub, heç kəsə zülm etməməsinə inanmaq.
Әdl haqqında Quranda bir çox ayələr vardır. O cümlədən aşağıdakı ayəni misal gətirməklə kifayətlənirik:
«إِنَّ اللَّهَ لاَ يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا»
«Həqiqətən, Allah (heç kəsə) zərrə qədər də zülm etməz. Әgər yaxşı bir əməl baş verərsə, onu (savabını) ikiqat artırar və Öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!»
Әdldən (ədalətdən) məqsəd hər şeyi öz yerində həyata keçirməkdir. Bu haqda Әli (əleyhis-salam) belə buyurub:
«اَلْعَدْلُ يَضَعُ الْاُمُورَ مَوَاضِعَهَا»
«Әdalət bütün işləri öz yerinə qoyur.»
Әdl Allah-taalanın «sübuti», zülm isə «səlbi» sifətlərindən hesab olunur. Әdalətli olan Allah Quranda insanları ədalətə çağırır. Buna misal olaraq bu ayəyə nəzər salaq:
«اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللَّهَ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ »
«Әdalətli olun. Bu, təqvaya daha yaxındır. Allah qarşısında təqvalı olun. Allah nə etdiklərinizdən xəbərdardır.»
Kitabın adı: Bəşəriyyətin nicat yolu
Müəllif: Rüstəm Badkubeyi