» » Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır
    0
    Müəllif: Fatimə Nuri Xuda | 9-09-2014, 23:11 | Baxılıb: 989
     
     
    Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır

    Mütəvatir rəvayətlərə əsasən Peyğəmbər (s.ə), Quran və Əhli-beyt (ə)-dan uzaq düşməməyi və onlara itaət etməyi bizə əmr etmişdir. Və İslam Peyğəmbəri (s) hidayət yolunu məhz Quran ilə Əhli-beyt (ə)-in əmrlərinə tabe olmaqda görmüşdür. Peyğəmbər (s.ə)-in Əhli-beyti (ə) məsum insanlar olaraq, onların hər bir sözü, əməli və təqriri31 biz müsəlmanlar üçün möhkəm bir dəlil, etimad və nümunədir. Elə bu səbəbdən də Quran və Peyğəmbər (s.ə)-in sünnəsindən sonra Əhli-beyt (ə)-ın (imamların) buyurduğu, əməli və təqriri fiqhin ən etimadlı mənbələrindən biri hesab edilir.
    Əhli-beyt imamların (ə), ən mötəbər və çoxlu sayda olan rəvayətlərə əsasən; "Biz hər nə söyləyiriksə, atalarımızın vasitəsilə Peyğəmbər (s.ə)-dən söyləyirik!”−deyə buyururlar. Deməli onların rəvayət və hədisləri əslində Peyğəmbər (s.ə)-in buyurduğu kəlamlardır. Və "siqə” (etimadlı və doğru danışan) şəxsin Peyğəmbər (s.ə)-dən rəvayət etdiyi hədislərin bütün İslam alimləri tərəfindən qəbul edildiyini də bilirik.
    İmam Muhəmməd ibn Əli Baqir (ə) Cabir adlı səhabəsinə belə buyurur: "Ey Cabir! Əgər biz öz nəfsimizin istəklərinə uyaraq və öz şəxsi rəyimizə əsasən sizə bir hədis söyləsək, həqiqətdə həlak olmuş (azğın) insanlardan olarıq. Amma sizə söylədiyimiz bütün hədislər Həzrət Peyğəmbər (s.ə)-in seçilmiş kəlamlarıdır! ("Cameu-əhadisiş-şiə”, c. 1, s. 18, hədis 116)
    İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)-ın hədislərinin birində oxuyuruq: "Bir nəfər İmam (ə)-dan sual etdi. Həzrət Sadiq (ə) ona cavab verdi. Sual edən şəxs imamın nəzərini əvəz etmək üçün onunla mübahisəyə görişdi. İmam (ə) buyurdu: "Bu sözləri kənara qoy! Soruşduğun şeyin (sualın) barəsində sənə verdiyim hər bir cavab Peyğəmbər (s.ə)-in buyurduqlarındandır. (Mübahisəyə yer yoxdur!”)” ("Üsuli-kafi”, c. 1, s. 58, h 121)
    Diqqət: Biz müsəlmanların "Kafi”, "Təhzib”, "İstibsar” və "Mən la yəhzəruhul-fəqih” və s. bu kimi etibarlı hədis mənbələrimiz, kitablarımız vardır. Lakin bu kitabların etibarlı mənbə sayılması, onlarda yazılmış bütün hədislərin sorğu-sualsız qəbul edilməsi demək deyildir. Biz rəvayət-hədis kitablarından əlavə "Rical” kitablarına da sahibik. Rical kitablarında, hədisin sənəd silsiləsi boyu mövcud olan ravilərin vəxsiyyəti (Şəxsiyyəti-sadiq şəxs olub-olmadığı) aydınlaşmışdır. Və yalnız o hədis qəbul olunmalıdır ki, onun raviləri "siqə”−etimadlı və doğru danışan şəxslər olsun. Deməli, biz söylənilən mötəbər kitablarda yalnız etimadlı və doğru danışan ravilərə malik olan hədisləri qəbul etməliyik. Bütün bunlardan əlavə hətta söylənilən şərtlərə malik olan bəzi hədislər, onlarda mövcud olan digər çatışmamazlıqlara görə böyük alimlər və fəqihlər tərəfindən (İslam tarixi boyu, əvvəldən-axıradək) qəbul olunmamış və daim kənara qoyulmuşdur. Belə hədisləri, biz, "Murəzin ənha” adlandırırıq. Və bu hədisləri etibarsız sayırıq!
    Elə buradaca aydın olur ki, bizim əqidəmizi öyrənmək niyyətində olan hər şəxs, heç bir axtarış və tədqiq etmədən söylənilən kitablarda yazılmış bəzi hədislərə istinad edirsə, sözsüz ki, uğursuzluğa düçar olacaqdır. Və bizim əqidəmizi olduğu kimi, düzgün şəkildə əldə edə bilməyəcəkdir.
    Başqa bir təbirlə desək, bəzi İslam məzhəblərinin malik olduğu "Sihah” adlı kitablar, mövcuddur. Onlarda yazılmış hədislərin səhihliyi yalnız bu kitabların müəlliflərinin tərəfindən təzmin olunmuşdur. (Bir halda ki, onlarda mövcud olan bir çox hədislər etibarsızdır.−Mütərcim) Amma bizim sahib olduğumuz kitabların müəllifləri tanınmış və etibarlı şəxsiyyətlərdir. Bununla belə biz müəllifin təzmininə kifayətlənməyərək, onlarda mövcud olan hədislərin doğru olub-olmadığını öyrənmək üçün "Rical” kitablarına da müraciət edirik.
    Söylədiyimiz həqiqətlərə diqqət edən bir şəxs, bizim əqidəmizin ətrafında olan bir çox suallara cavab tapmış olur. Bu həqiqətlərə diqqət etmədən hər hansı bir nəticəyə gəlmək isə, bizim əqidəmiz barəsində çoxlu anlaşılmamazlıqlara və səhvlərə gətirib çıxara bilər.
    Bir sözlə desək, Qurani-kərim və Peyğəmbər (s.ə)-in hədislərindən sonra Əhli-beytin və məsum imamların (ə) rəvayətləri bizim üçün çox etibarlı və əsasdır. Bir şərtlə ki, bu hədislərin dəqiqən məsum imamlarımızdan (ə) nəql olunduğu mötəbər ravilərlə sübuta yetsin.
     
    Kitabın adı: Bizim dini əqidəmiz
    Müəllif: Ayətullah Məkarim Şirazi

     
     
    Bölmə: İmamət
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.