» » Məad


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məad
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 9-09-2014, 23:50 | Baxılıb: 3 023
     
     
    Beşinci: "Məad” 

    Öləndən sonra bir daha dirilib, dünyada etdiyimiz əməllər üçün Allah qarşısında cavab vermək (Qiyamət, Behişt, Cəhənnəm, haqq-hesab və sairəyə inanmaq).
    Məadın lüğətdə mənası qayıdış deməkdir. Yəni insanlar öldükdən sonra bir daha dirilib Axirət aləminə qayıdacaqlar. Bu əqidə dinin zəruri məsələlərindən biridir və hər bir şəxsin buna etiqadı və inamlı olması gərəkdir. Yəni hər bir şəxs inanmalıdır ki, insan  öləndən sonra bir daha dirilib, dünyada etdiyi əməlləri müqabilində hesab verəcək və nəhayət Cənnət və ya Cəhənnəmə gedəcəkdir. Həmçinin qəbirdə olan sorğu-sual və Bərzəx aləminin məsələləri də bu mövzuya aiddir. Amma çox təəssüflər olsun ki, bu mühüm məsələyə bəziləri soyuq münasibət göstərirlər. Buna baxmayaraq bu məsələ çox mühüm olduğundan Allah-taala Qurani-Kərimdə «iman» sözündən sonra məadı bəyan etmişdir. Buna misal olaraq bir neçə ayəni nəzərinizə çatdırırıq:
    مَنْ ءَامَنَ بِاللَّهِ وَالْيَوْمِ الأَخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُون
    «Hər kəs Allaha, Axirət gününə (sədaqətlə) inansa və yaxşı iş görsə onun mükafatı Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar.» 
    Başqa bir ayədə belə oxuyuruq:
    اللَّهُ لَآ إِلَـهَ إِلاَّ هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللّهِ حَدِيثًا
    «Allahdan başqa heç bir məbud yoxdur. Olacağına şübhə etdilməyən Qiyamət günü, əlbəttə hamınızı (bir yerə) toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!» 
    Allah-taala Öz ədaləti ilə Qiyamətdə insanlara onların dünyada etdiyi əməllər müqabilində hökm edəcəkdir. Necə ki, Quranda belə buyurulur:
    فَاللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ الْقِيَامَةِ 
    «Qiyamət günü Allah sizin aranızda hökm edəcəkdir».
    Bəziləri belə fikirləşirlər ki, insan öldüyü zaman torpaq olub aradan gedəcək və heç bir zaman dirilməyəcək. Quran bu cür insanlara belə cavab verir:
    «وَيَقُولُ الْإِنسَانُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا * أَوَلا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا »
    «(Qiyaməti inkar edən) insan: «Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?»- deyə soruşur. Məgər insan öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?» 
    Әziz oxucular! Bu barədə olan əqidənizi bir az da möhkəm etməkdən ötrü, qeyd etdiyimiz ayələrdən əlavə bir neçə ayəni suallara cavab şəklində diqqətinizə çatdırırıq.
    1. Sual:  Qiyamət günü mütləq olacaqmı?
    Cavab: O saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların bir çoxu (buna) inanmaz.  (əl-Muminun surəsi, ayə 59)
    2. Sual:  Qiyamət günü necə olacaqdır?
    Cavab: O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən və onları bir yerə toplayacağıq və onların heç birini [qələmdən salıb] kənarda qoymayacayıq. Onlar Rəbbinin hüzuruna cərgə-cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək:) «Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi gəldiniz. Lakin siz elə güman edirdiniz ki, Biz sizə verdiyimiz vədi (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!»  (əl-Kəhf surəsi, ayə 47-48)
    3. Sual: Qiyamət günündə müttəqilərin (təqva əhlinin, Allahdan qorxanların) və günahkarların halı necə olacaqdır?
    Cavab: O gün (Qiyamət günü) Biz müttəqiləri (pərhizkarları) Rəhmanın hüzuruna möhtərəm elçilər kimi cəm edərik. Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik  (Məryəm surəsi, ayə 85-86)
    4. Sual:  Qiyamət günündə Qiyaməti qəbul etməyənlərin halı necə olacaqdır?
    Cavab: Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət günü) qəflətən başlarının üstünü aldığı 
    zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: «Dünyadakı təqsirlərimizə görə vay halımıza!» Bir baxın daşıdıqları şey (günah yükü) necə də pisdir! 
     (əl-Әnam surəsi, ayə 31)
    5. Sual:  Qiyamət günündə insanların bədən üzvlərinin nə kimi rolu olacaqdır?
    Cavab: Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.  (ən-Nur surəsi, ayə 24)
    6. Sual:  Qiyamət günündə kafirlər nə arzu edəcəklər?
    Cavab: Həqiqətən, Biz sizi yaxın bir əzabla (Qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı və pis) əməlləri görəcək, kafir isə: «Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!»- deyəcəkdir.  (ən-Nəbə surəsi, ayə 40)
    7. Sual: Allah-taala Qiyamət günündə insanları necə dirildəcəkdir?
    Cavab: (Ey insanlar!) Sizi (yoxdan) yaratmaq və (Qiyamət günü Allah üçün) diriltmək ancaq bir nəfəri yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah (hər şeyi) eşidən və görəndir!  (Loğman surəsi, ayə 28)
    8. Sual:  Qiyamət günündə insanlar bir-birinin günahını daşıya biləcəklərmi?
    Cavab: Heç bir günahkar başqasının günahını daşımaz. (Fatir surəsi, ayə 18)
    9. Sual:  Qiyamət günündə Allahın buyurduğu vaciblərə əməl edib, haram buyurduqlarından çəkinərək Peyğəmbər və onun Әhli-beytini qəbul edən xalis bəndələrin aqibəti necə olacaqdır?
    Cavab: Allahın xalis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir). Məhz onlar üçün məlum bir ruzi vardır. (Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar. Nəim cənnətlərində. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən və behiştdə çay kimi axan) şərab (məin) dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən (bir şərab). Onun içində (dünyadakı şərabdan fərqli olaraq) əqli başdan çıxaran (başağrısı, süstlükverən) heç bir şey yoxdur. Onlar məst də olmazlar. Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır. Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər). Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətinə) başlayacaqlar. 
     (əs-Saffat surəsi,40-50-ci ayələr.)
    Qeyd: Hər bir müsəlmana vacibdir ki, saydığımız bu beş əqidəyə, dəlil-sübut əsasında inansın. Bu məsələlərdə müctəhidə təqlid etmək olmaz.

    Kitabın adı: Bəşəriyyətin nicat yolu
    Müəllif: Rüstəm Badkubeyi

     
     
    Bölmə: Məad
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 21 Eylül 2015 03:23 | Redaktor | Şərh yazdı
    Allah bizleri qiyamet günü cehennem ezabından qorusun Amin.Allah senden razı oldun bacım Allah axiretini gözel etsin İnşAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 10 Eylül 2014 23:13 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN AMIN COX-COX TESEKKUR  EDIREM REHIMLI ALLAHIM HAMININ GUNAHLARINI BAGISLASIN BIZLERINDE AMIN AMIN AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.