31-ci dərs: Qohumluq əlaqələri
Qohum və yaxınlarla əlaqələr təkid edilmiş məsələlərdən ən fəzilətli ibadətlərdəndir. Onun başqa bir fəziləti ömrün uzanması, malın artması və Qiyamət günü hesab-kitabının asanlaşmasıdır ("Usulul-Kafi" c.2, səh.121, "Camiul-Əxbar" Səbzəvari, səh.288, 6-cı hədis)
Bu əlaqələri kəsmək dünyada bəlanın nazil olmasına və axirətdə əzaba düçar olmağa səbəb olar.
Təcrübələr göstərir ki, qohumluq əlaqələrini kəsən insanın ömrü az olur ("Usulul-Kafi" c.2, səh.26, 7-ci hədis)
Allah-Təala Qurani-Kərimdə buyurur:
وَالَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۙ أُولَٰئِكَ لَهُمُ اللَّعْنَةُ
"Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar." ("Rad" surəsi, ayə 25)
فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ
"Əgər üz döndərsəniz, sizdən yer üzüdə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi?!". ("Muhəmməd" surəsi, ayə 22)
Mənbə: Əxlaq elmində 50 dərs kitabı
Müəllif: Şeyx Abbas Qummi