Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məsələ 2260: Rəhn odur ki, insan bir malı borcunun əvəzinə və ya onun zamin olduğu malı başqasının yanında qalmasını qərar versin, belə ki, o borcu ya malı hazır etməsə, onun əvəzini o maldan götürə bilsin.
Məsələ 2261: Rəhndə siğə oxumaq lazım deyil. Girov verən öz malını girov qəsdi ilə alana versə və o da həmin qəsd ilə alsa, rəhn səhihdir.
Məsələ 2262: Girov verən və girov alan gərək həddi-büluğa çatmış və ağıllı olsunlar, onları bir kəs məcbur etməsin, həmçinin girov verən gərək müfəlləs və səfeh olmasın (səfeh və müfəlləsin mə`nası 2213-cü məsələdə deyildi) amma, əgər müfəlləs olsa, girov qoyulan mal, onun malı olmasa və ya ondan istifadə etməyə mən` olunmasa, eybi yoxdur.
Məsələ 2263: İnsan o malı girov qoya bilər ki, şər`ən o maldan istifadə edə bilsin, əgər başqa bir adamın malını onun icazəsiylə girov qoysa, düzdür.
Məsələ 2264: Girov qoyulan şeyin, gərək alış-verişi düz olsun, əgər şərab və onun kimi şeyi girov qoysalar, düzgün deyildir.
Məsələ 2265: Girov qoyulan malın mənfəəti, o malın sahibinə aiddir, istər girov qoyan olsun, istər başqası.
Məsələ 2266: Girov alan kimsə, mal sahibinin, istər girov verən olsun, istər başqası icazəsi olmadan girov qoyulan malı, başqasına bağışlaya və sata bilməz. Amma əgər onu bağışlasa və ya satsa, sonra mal sahibi ona icazə versə, eybi yoxdur.
Məsələ 2267: Əgər girov götürən, girov götürdüyü şeyi sahibinin icazəsiylə satarsa, onun pulu da malın özü kimi girov olmur. Həmçinin, ondan icazəsiz satarsa və sonra malın sahibi imza etsə və ya girov verən o şeyi girov alanın icazəsi ilə satıb, onun əvəzini girov qərar verərsə, gərək həmin işi etsin. Amma bu razılaşmaya xilaf əməl edərsə, müamilə batildir. Amma əgər girov götürən icazə verərsə, müamilə batil deyil.
Məsələ 2268: Əgər borcun ödənməsi lazım olduğu bir vaxtda, tələbkar tələbini istəsə və o verməzsə, tələbkar girov aldığı malı satıb, tələbini onun pulundan almağa dair vəkaləti varsa, girov götürdüyünü sataraq tələbini ondan ala bilər. Belə bir vəkaləti olmasa, borcludan icazə almalıdır. Əgər borclunu tapa bilməsə, vacib ehtiyata görə şəriət hakimindən icazə alması lazımdır. Hər iki halda əgər artıq qalarsa, gərək artığını borcluya versin.
Məsələ 2269: Əgər borclunun, oturduğu evindən və ev əşyaları kimi, ehtiyacı olduğu ləvazimatdan başqa bir şeyi olmazsa, tələbkar öz alacağını ondan tələb edə bilməz. Amma əgər girov qoyduğu mal, ev və ləvazimatı olsa, tələbkar əvvəlki məsələdə deyilən şərtlərə riayət etməklə onu satıb, öz tələbini götürə bilər.
ZAMİN OLMAĞIN HÖKMLƏRİ
Məsələ 2270: Əgər insan bir kəsin borcunu vermək üçün zamin olmaq istəsə, onun zəmanəti ancaq, ərəbcə olmasa belə, hər hansı dillə ya da başqa bir yolla tələbkara «sənin tələbini ödəmək üçün mən zaminəm» desə və tələbkar da razılığını bildirsə səhihdir. Borclu olanın razı olması isə şərt deyil. Bu müamilənin iki halı vardır: 1-Zamin, borclunun borcunu zimməsindən öz zimməsinə keçirsin. Deməli əgər, o, borcu verməmiş vəfat etsə, sair borcları kimi irsdən irəlidir. Adətən, fəqihlərin zamin deməkdə məqsədləri qeyd olunandır. 2-Zamin borcu ödəməyə dair iltizam versin, amma onun zimməsinə gəlməsin. Bu halda əgər vəsiyyət etməzsə, ölümündən sonra, onun malından verilməz.
Məsələ 2271: Zamin və tələbkar gərək həddi-buluğa çatmış və ağıllı olsunlar, bir kəs də onları məcbur etməsin və həm də gərək səfeh olmasınlar. Həmçinin tələbkar gərək müfəlləs olmasın. Amma bu şərtlər borcluya aid deyil, məsələn; əgər bir kəs uşağın, divanənin, ya səfehin borcunu verməyə zamin olsa, düzdür.
Məsələ 2272: Zamin olması üçün şərt qoyarsa, məsələn; «əgər borclu olan sənin borcunu verməzsə, mən verirəm»-deyərsə, onun zamin olması 2280-cı məsələnin birinci bəndində deyilənə görə məhəlli-işkaldır, amma, ikinci bəndində deyilənə görə eybi yoxdur.
Məsələ 2273: İnsanın, borcuna zamin olduğu kimsənin borclu olması gərəkdir. Buna görə əgər bir adam, başqa birindən borc almaq istəsə, borc etməyincə insan ona zamin ola bilməz. Bu şərt ikinci bənddə deyilən zəmanətdə yoxdur.
Məsələ 2274: İnsan o surətdə zamin ola bilər ki, tələbkar, borclu və borcun cinsi həqiqətdə müəyyən olsunlar. Əgər iki nəfər bir adamdan tələbkar olsalar və insan desə: «mən zaminəm ki, sizdən birinin tələbini verəm», hansı birinin tələbini verməyi müəyyən etmədiyi üçün onun zəmanəti batildir. Əgər bir kəsin, iki nəfərdən tələbi (alacağı) olsa və insan «mən o iki nəfərdən birinin borcunu sənə ödəmək üçün zaminəm» desə, onlardan hansının borcunu ödəməyə zamin olduğunu müəyyən etmədiyi üçün zəmanət batildir. Həmçinin əgər bir kəsin, başqa birisindən on batman buğda və on manat pul alacağı olsa, insan «mən, sənin o iki tələbindən birini ödəmək üçün zaminəm» desə və müəyyən etməsə ki, buğdaya zamindir, ya pula, onun zəmanəti səhih deyil.
Məsələ 2275: Əgər bir kəs borcludan icazəsi olmadan onun borcunu verməyə zamin olsa, ondan bir şey ala bilməz.
Məsələ 2276: Əgər bir kəs borclunun icazəsi ilə onun borcunu verməyə zamin olsa, onu verməzdən əvvəl olsa belə, zamin olduğu miqdarı ondan tələb edə bilər. Amma əgər borclu olduğu bir malın yerinə başqa malı onun tələbkarına versə, verdiyi şeyi ondan tələb edə bilməz. Məsələn; əgər on batman buğda borclu olsa və zamin on batman düyü versə, düyünü ondan tələb edə bilməz, amma əgər özü düyü verməsinə razı olsa, eybi yoxdur.
Məsələ 2277: Əgər tələbkar öz tələbini zaminə bağışlasa, zamin borcludan bir şey ala bilməz və əgər ondan bir miqdarını bağışlasa, o miqdarı tələb edə bilməz. Amma əgər onun hamısını, ya bir hissəsini hibə etsə, ya xums və ya zəkat və s. babətindən hesab etsə, zamin onları borcludan istəyə bilər.
Məsələ 2278: Əgər insan zamin olsa ki, bir kəsin borcunu versin, öz zamin olmağından geri qayıda bilməz.
Məsələ 2279: Zamin və tələbkar vacib ehtiyata əsasən, zəmanəti istədikləri vaxt poza bilmədiklərini şərt qoya bilməzlər.
Məsələ 2280: Əgər insan zamin olan vaxtda tələbkarın tələbini verməyə qadir olsa, sonradan fəqir olsa da, tələbkar onun zamin olmağını pozub öz tələbini əvvəlinci borcludan tələb edə bilməz. Həmçinin əgər o vaxtda onun tələbini verə bilməsə, amma tələbkar bilərsə və onun zamin olmasına razı olarsa, onun zaminliyini poza bilməz.
Məsələ 2281: Əgər insan, zamin olduğu zaman tələbkarın tələbini verməyə qadir olmasa, tələbkar bunu o zaman bilməsə və sonra onun zaminliyini pozmaq istəsə, ələlxüsus tələbkar işdən agah olmazdan qabaq zamin borcu ödəmək üçün qüdrət taparsa, bu, işkallıdır.
KƏFALƏTİN HÖKMLƏRİ
Məsələ 2282: Kəfalət odur ki, insan öhdəsinə alsın ki, hər vaxt tələbkar borclunu istəsə, tapıb ona təhvil verəcəkdir, bu cür adama kəfil deyilir.
Məsələ 2283: Kəfalət ancaq, kəfil olan şəxsin, ərəbcə olmasa belə tələbkara, hər hansı bir dillə və ya bir yolla «borclunu nə vaxt istəsən, sənə təhvil verməyə kəfiləm» – desə və tələbkar da qəbul edərsə, səhihdir. Vacib ehtiyata əsasən, kəfalətin səhih olmasında borclunun da buna razı olması şərtdir. Hətta vacib ehtiyat odur ki, o da əqd tərəfində olsun, yə`ni borclu və tələbkar hər ikisi bunu qəbul etsin.
Məsələ 2284: Kəfil gərək həddi-büluğa çatmış və ağıllı olsun və onu kəfalətə məcbur etməsinlər və onun kəfili olduğu adamı hazır etmə qüvvəsinə sahib olması gərəkdir. Həmçinin borclunu hazır etmək, malından istifadə etməyi lazım gətirdiyi təqdirdə, səfeh və müfəlləs olmaması lazımdır.
Məsələ 2285: Kəfalət beş şeydən biri ilə pozulur;
1) Kəfil borclunu tələbkara təhvil versə və ya onun özü tələbkara təslim olarsa.
2) Tələbkarın tələbi verilmiş olsa.
3) Təlbkar öz tələbindən keçərsə və ya onu başqasına nəql edərsə.
4) Borclu və ya kəfil ölərsə.
5) Tələbkar kəfili kəfalətdən azad edərsə.
Məsələ 2286: Əgər bir adam zorla borclunu tələbkarın əlindən azad edərsə, tələbkar onu tapa bilməzsə, borclunu azad etmiş bir kəs onu tələbkara təslim etməli və ya onun borcunu ödəməlidir.
VƏDİ`ƏNİN (ƏMANƏTİN) HÖKMLƏRİ
Məsələ 2287: Bir şəxs malını başqa birisinə verib, ona «bu sənin yanında əmanət qalsın» deyərsə və o da qəbul edərsə, ya da mal sahibi heç bir şey söyləmədən malını mühafizə etmək üçün ona verdiyini başa salarsa, o da mühafizə etmək qəsdi ilə alarsa, sonra söyləniləcək olan əmanət hökmlərinə görə hərəkət etməlidir.
Məsələ 2288: Əmanətçi və malını əmanət verənin hər ikisinin ağıllı və baliğ olmaları gərəkdir. Başqa birisi tərəfindən də məcbur edilməməlidirlər. Buna görə əgər insan bir malı dəlinin və ya uşağın yanına əmanət qoyarsa, ya da dəli və ya uşaq bir malı kimsənin yanında əmanət qoyarsa, səhih deyildir. Lakin ağlıkəsən uşağın başqasının malını onun icazəsi ilə bir şəxsin yanında əmanət qoyması caizdir. Həmçinin əmanət qoyan şəxsin səfeh və ya müfəlləs olmaması da lazımdır. Amma əgər müfəlləs olmasına baxmayaraq, əmanət qoyduğu mal istifadəsi onun üçün qadağan olunmuş mallardan olmazsa, eybi yoxdur. Həmçinin əmanəti qorumaq əmanətçinin öz malından istifadə etməsini yaxud malın tələf olub aradan getməsini gərəkli etdiyi halda əmanətçinin də səfeh və ya müfəlləs olmaması gərəkdir.
Məsələ 2289: Əgər bir uşaqdan mal sahibinin izni olmadan bir şeyi əmanət olaraq alarsa, o şeyi sahibinə verməlidir. Əgər əmanət aldığı o şey uşağın öz malıdırsa, onu uşağın vəlisinə çatdırmalıdır. Belə ki, o şey onlara təhvil verməzdən öncə tələf olarsa, əvəzini verməlidir. Amma əgər o malın zay olmasından qorxduğu üçün onu sahibinə çatdırmaq qəsdi ilə uşaqdan alıb və onu qorumaq və çatdırmağa da səhlənkarlıq etməzsə və icazə verilməyən təsərrüf etməzsə, zamin deyildir. Əmanət qoyan şəxs dəli olsa da, eyni hökmü daşıyır.
Məsələ 2290: Əmanəti qorumağa qadir olmayan şəxs, əmanət qoymaq istəyən şəxsin onun vəziyyətindən xəbəri yoxdursa, əmanəti qəbul etməməlidir. Əgər qəbul etsə və tələf olsa, zamindir.
Məsələ 2291: İnsan, mal sahibinə onun malını qorumağa hazır olmadığını başa salsa və malı əmanətə götürmədiyi halda mal sahibi malı qoyub gedərsə və o mal tələf olarsa, əmanəti qəbul etməyən şəxs zamin deyildir. Lakin, mümkün olduğu təqdirdə o malı qoruması, müstəhəbb ehtiyatdır.
Məsələ 2292: Bir şeyi əmanət qoyan şəxs istədiyi vaxt əmanət qərarını poza bilər. Həmçinin əmanəti qəbul edən şəxs istədiyi vaxt əmanət qərarını poza bilər.
Məsələ 2293: Əgər insan əmanəti qorumaq fikrindən dönüb əmanət əqdini pozarsa, mümkün qədər tez bir zamanda o malı sahibinə, ya sahibinin vəkilinə, ya da vəlisinə çatdırmalıdır, yaxud malı qorumağa hazır olmadığını onlara xəbər verməlidir. Əgər üzrsüz olaraq malı onlara çatdırmazsa, xəbər də verməzsə, o mal tələf olduğu təqdirdə əvəzini ödəməlidir.
Məsələ 2294: Əmanəti qəbul edən şəxsin əmanəti qorumaq üçün münasib bir yer yoxdursa, münasib bir yer tapmalıdır və əmanəti camaatın onu qorumaqda «səhlənkar davrandı» deməyəcəyi bir şəkildə qorumalıdır. Əgər bu mövzuda qüsurlu davransa və əmanət tələf olsa, əvəzini ödəməsi lazımdır.
Məsələ 2295: Əmanəti qəbul edən bir şəxs onun qorunmasında səhlənkarlıq və israfçılıq (yə`ni icazə verilməyən istifadə) etmədiyi halda təsadüfən əmanət tələf olarsa, zamin deyildir. Amma əgər onu qorumaqda səhlənkarlıq etsə, məsələn; onu bir zalımın xəbərdar olub götürə biləcəyi yerə qoyarsa və ifrata vararsa, (yə`ni o maldan sahibinin icazə vermədiyi şəkildə istifadə edərsə) məsələn; paltarı geyərsə və ya heyvana minərsə, tələf olduğu təqdirdə bunun əvəzini sahibinə verməlidir.
Məsələ 2296: Əgər mal sahibi malının qorunması üçün müəyyən bir yer tə`yin edərsə və əmanəti qəbul edən şəxsə «bu malı burada saxlamalısan, tələf olacağına ehtimal versən belə, başqa bir yerə qoymamalısan» deyərsə, onu başqa bir yerə qoya bilməz. Əgər başqa bir yerə qoyarsa və zay olarsa, zamindir. Amma əgər malın orada tələf olacağına yəqin etsə, bu halda daha möhkəm yerə aparması caizdir.
Məsələ 2297: Əgər mal sahibi malının qorunması üçün müəyyən bir yer tə`yin edərsə, amma sözündən o yeri tə`yin etməsinin o yerin onun nəzərində xüsusi əhəmiyyət daşıdığından deyil, sadəcə qoruma yerlərindən biri olduğu üçündürsə, əmanəti qəbul edən şəxs onu malından daha yaxşı olan və ya əvvəlkinin bənzəri olan başqa bir yerə qoya bilər. Bu halda mal orada zay olsa da, zamin deyildir.
Məsələ 2298: Əgər mal sahibi həmişəlik olaraq dəli və ya bihuş olarsa, əmanət əqdi batil olur və əmanəti qəbul edən şəxs dərhal əmanəti onun vəlisinə verməli və ya onu xəbərdar etməlidir. Bundan qeyri hallarda mal tələf olduğu halda onun əvəzini ödəməsi gərəkdir. Amma əgər mal sahibinin dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da vacib ehtiyata görə həmin işi etməlidir.
Məsələ 2299: Əgər mal sahibi ölərsə, əmanət əqdi batil olur. Bu halda o mal başqasının bir haqqı deyilsə və meyyitin varislərinə keçirsə, əmanətçinin onun varislərinə verməsi, ya da xəbər çatdırması gərəkdir. Bundan qeyri halda əgər o mal tələf olarsa, zamindir. Amma əgər meyitin başqa varisinin olub-olmadığını, ya varisinin kim olmasını öyrənmək üçün malı saxlasa bu səbəbdən də mal tələf olarsa, zamin deyildir.
Məsələ 2300: Əgər mal sahibi ölərsə və mal onun varislərinə keçərsə, əmanəti qəbul edən şəxs, o malı meyyitin bütün varislərinə, ya da bütün varislərin vəkilinə verməlidir. Əgər o biri varislərin icazəsi olmadan malın hamısını varislərin birinə verərsə, qalanların payına zamindir.
Məsələ 2301: Əgər əmanəti qəbul edən şəxs ölərsə və ya həmişəlik olaraq dəli ya da bihuş olarsa, əmanət əqdi batil olur və onun varis və ya vəlisi mümkün qədər tez mal sahibinə vəziyyəti xəbər verməli, ya da əmanəti ona çatdırmalıdır. Amma əgər onun dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da vacib ehtiyata görə həmin işi etməlidir.
Məsələ 2302: Əgər əmanəti qəbul edən şəxs, özündə ölüm əlamətləri görməyə başlarsa, mümkün olduğu halda vacib ehtiyata görə əmanəti ya onun sahibinə, ya vəli, ya da vəkilinə yetirməli, ya da xəbər verməlidir. Əgər mümkün deyilsə, onun ölümündən sonra malı sahibinə çatdırılacağına əmin olduğu bir şəkildə əməl etməlidir. Məsələn; şahid tutub vəsiyyət etməli və vəsiyyət etdiyi şəxsə və şahidə mal sahibinin adını, malın cinsini, xüsusiyyətlərini və yerini söyləməlidir.
Məsələ 2303: Əgər əmanətçi üçün bir səfər qarşıya çıxsa, əmanəti öz əhl-əyalının yanında saxlaya bilər. Amma əgər onun qorunması həmin şəxsin onun yanında olmasına bağlıdırsa, bu halda ya səfərdən qalmalı, ya da onu sahibinin vəlisinə, ya vəkilinə qaytarmalıdır, ya da vəziyyəti ona xəbər verməlidir.
ARİYƏNİN HÖKMLƏRİ
Məsələ 2304: Ariyə odur ki, insan öz malını digərinin istifadə etməsi üçün versin və əvəzində heç nə almasın.
Məsələ 2305: Ariyədə əqd oxumaq lazım deyil və əgər, məsələn; paltarını ariyə niyyəti ilə bir kəsə versə və o da həmin niyyətlə alsa, ariyə düzdür.
Məsələ 2306: Qəsb edilmiş bir şeyi və ya mənfəəti başqasına aid olan malı (məsələn; kirayə verdiyi bir şeyi) başqasına ariyə vermək, ancaq qəsb edilən şeyin sahibinin və ya o şeyi kirayəyə götürənin ariyəyə verməyə icazə verdiyi təqdirdə səhih olur.
Məsələ 2307: İnsan, mənfəəti özünə aid olan bir şeyi, məsələn; kirayələdiyi bir şeyi, ariyə verə bilər. Amma əgər icarə əqdində şərt edilsə ki, təkcə özü istifadə etsin, onda ariyə verə bilməz. Birinci halda vacib ehtiyata əsasən, onun sahibinin razılığı olmadan onu o şəxs ki, ariyə etmişdir, təhvil verə bilməz.
Məsələ 2308: Əgər uşaq, dəli, müfəlləs və ya səfeh öz malını ariyə verirsə, düz deyildir, amma əgər vəlisi məsləhət bildiyi surətdə o kəsin malını ki, ona vilayəti var, ariyə versə, eybi yoxdur. Həmçinin uşağın, malı ariyə edənə çatdırmaqda vasitə olması, işkalsızdır.
Məsələ 2309: Əgər ariyə etdiyi bir şeyi qorumaqda səhlənkarlıq etməsə və ondan icazə verilməyən istifadə etməsə təsadüfən o şey xarab olsa, zamin deyil. Amma əgər şərt etsələr ki, əgər ariyə edilmiş şey xarab olsa, zamin olsun, ya ariyə edilmiş şey qızıl və gümüş olsa, gərək onun əvəzi verilsin.
Məsələ 2310: Əgər qızıl və gümüşü ariyə etsə və şərt etsə ki, əgər tələf olsa, zamin deyil, əgər tələf olarsa, zamin deyildir.
Məsələ 2311: Əgər ariyə verən ölərsə, ariyə alan şəxs (əmanət bölümünün) 2300-cü məsələdə mal sahibinin ölməsi barəsindəki əmanət hökmünün tərtibi ilə əməl etməlidir.
Məsələ 2312: Əgər ariyə verən, şər`ən öz malından istifadə edə bilməsə, məsələn; dəli və ya huşsuz olsa, ariyə edən şəxs (əmanət bölümünün) 2298-ci məsələdə açıqlanan hökmə görə əməl etməlidir.
Məsələ 2313: Bir şeyi ariyə verən adam istədiyi vaxt onu poza bilər və ariyə edən adam da istədiyi vaxt ariyəni poza bilər.
Məsələ 2314: Halal istifadəsi olmayan bir şeyi məsələn; əyləncə, qumar alətləri, yeməkdə və içməkdə istifadə olunan qızıl və gümüş qabların, hətta lazım ehtiyata əsasən, bütün istifadələrdə də, ariyəyə verilməyi batildir. Amma zinətdən ötrü ariyə verilməsi caizdir.
Məsələ 2315: Süd və dərisindən istifadə etməkdən ötrü qoyunu ariyə vermək və dişi heyvanın mayalanmasından ötrü erkək heyvanı ariyə vermək düzdür.
Məsələ 2316: Əgər ariyə etdiyi bir şeyi sahibinə, ya onun vəkil və ya vəlisinə versə və sonra o şey tələf olsa, ariyə edən zamin deyildir. Amma əgər malın sahibindən, ya onun vəkil və ya vəlisindən icazəsiz olaraq hətta sahibinin adətən apardığı bir yerə apararsa, məsələn, atı sahibi at üçün düzəltdiyi tövləyə apararsa və sonra tələf olarsa ya bir kəs onu tələf edərsə, zamindir.
Məsələ 2317: Əgər nəcis bir şeyi ariyə versə, gərək 2014-cü məsələdə deyildiyi vəziyyətdəki kimi, onun nəcis olduğunu ariyə edən şəxsə deməlidir.
Məsələ 2318: Ariyə etdiyi bir şeyi sahibindən icazəsiz başqasına icarə və ya ariyəyə verə bilməz.
Məsələ 2319: Əgər ariyə etdiyi bir şeyi sahibinin icazəsi ilə başqasına ariyə versə, belə ki, bir şəxs birinci şeyi ariyə etdikdən sonra ölsə və ya dəli olsa, ikinci ariyə batil olmur.
Məsələ 2320: Əgər ariyə etdiyi malın qəsbi olduğunu bilsə, onu sahibinə çatdırması lazımdır; ariyəyə verən şəxsə geri verə bilməz.
Məsələ 2321: Əgər qəsbi olduğunu bildiyi bir malı ariyə edib, ondan istifadə etsə və onun əlində tələf olsa, malın sahibi malın əvəzini və ariyə edənin etdiyi istifadənin əvəzini ondan və ya malı qəsb edən adamdan tələb edə bilər və əgər ariyə edəndən alsa, o, sahibə verdiyi şeyi ariyə verəndən tələb edə bilməz.
Məsələ 2322: Əgər ariyə etdiyi malın qəsbi olmasını bilməsə və onun əlində tələf olsa, belə ki, mal sahibi əvəzini ondan alsa, o da mal sahibinə verdiyini ariyə verən şəxsdən tələb edə bilər. Amma əgər ariyə etdiyi şey qızıl və gümüş olsa, ya ariyə verən onun ilə şərt etmiş olsa ki, əgər o şey aradan getsə, onun əvəzini versin, malın sahibinə verdiyinin əvəzini ariyə verəndən tələb edə bilməz. Amma əgər malik ondan, bu maldan istifadə etmək müqabilində bir şey alsa, ariyəyə verəndən ala bilər.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |