» » » Alqı-satqı hökmləri-7


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Alqı-satqı hökmləri-7
    0
    Müəllif: Qonaq | 3-09-2014, 17:27 | Baxılıb: 1 188
     
     

    ÖZ MALLARINDAN İSTİFADƏ ETMƏKDƏN MƏN` (QADAĞAN) EDİLMİŞ ŞƏXSLƏR

     

    Məsələ 2211: Baliğ olmamış bir uşaq, kamilən muməyyiz olsa belə, şər`ən öz zimmətindən və ya malından istifadə haqqına malik deyildir. Bu halda vəlinin sabiq icazəsi də faydasızdır, sonrakı icazəsi də işkallıdır. Amma bununla belə, bir neçə halda uşağın istifadə etməsi səhihdir. Keçən 2041-ci məsələdə qiymətsiz əşyaları alıb-satma və gələcək 2655-ci məsələdə onun qohumlarına bir şey vəsiyyət etməsi bu cümlədəndir. Baliğ olmaq, qız uşağında qəməri tarixi ilə 9 yaşı tamam olmaqla, oğlan uşağında isə bu üç şərtdən biriylə müəyyənləşir:

     

    1. Övrətinin yuxarısına qalın tüklərin çıxması;

     

    2. Məninin xaric olması;

     

    3. Qəməri ili ilə 15 yaşın tamam olması.

     

    Məsələ 2212: Üzdə və dodağın üstündə (bığ yerində) qalın tük çıxmasının baliğ olma nişanəsi olması uzaq deyildir, amma sinədə və qoltuq altında qalın tük çıxması, səsin qalınlaşması və buna bənzər şeylər, baliğ olma nişanəsi deyildir.

     

    Məsələ 2213: Dəli insan öz malından istifadə edə bilməz. Müfəlləs, yə`ni tələbkarların alacaq olduqları şeyi tələb etməklə şəriət hakimi tərəfindən öz malında istifadə etməkdən mən` edilən kimsə də tələbkarların icazəsi olmazsa, ondan istifadə edə bilməz. Səfeh, yə`ni öz malını boş işlərə xərcləyən kimsə, vəlisinin icazəsi olmazsa, öz malından istifadə edə bilməz.

     

    Məsələ 2214: Bə`zən dəli, bə`zən ağıllı olan bir şəxsin dəlilik zamanında malından etdiyi istifadə səhih deyildir.

     

    Məsələ 2215: İnsan, ölməsinə səbəb olan bir xəstəliyə düçar olanda (ölüm xəstəliyində) malından istədiyi qədər özünə, uşaqlarına, qonaqlarına və israf sayılmayan işlərə xərcləyə bilər. Həmçinin əgər öz malını, öz qiymətinə satarsa və ya kirayə verərsə, eybi yoxdur. Amma əgər məsələn; öz malını bir kəsə bağışlasa və ya normal qiymətdən ucuz qiymətə satarsa, bağışladığı və ya ucuz satdığı miqdar onun malının üçdə biri qədər, ya az olsa, onun istifadə etməsi səhihdir. Amma əgər üçdə birdən çox olarsa, varislər icazə verdiyi halda səhihdir. İcazə verməzlərsə, onun malının üçdə birindən çoxlu olan miqdardakı istifadəsi batildir.

    VƏKALƏTİN HÖKMLƏRİ

     

    Vəkalət odur ki, insan özü görə bildiyi bir işi, məsələn; əqd (iki tərəfli) və ya iyqa` (bir tərəfli) müamilə kimi, yaxud təhvil vermə və ya təhvil götürmə kimi, insanın öz haqqı olan bir işi başqa bir adama tapşıra ki, onun tərəfindən bu işi görsün, məsələn bir kəsi vəkil edər ki, onun evini satsın, ya bir qadını onun üçün əqd etsin. Lakin səfeh adam öz malını istifadə edə bilmədiyindən öz malını satmaqdan ötrü bir kəsi vəkil edə bilməz.

     

    Məsələ 2216: Vəkalətdə, vəkalət əqdinin oxunması lazım deyildir. Əgər insan, digərinə onu vəkil etdiyini bildirsə, o da qəbul etdiyini anladırsa, məsələn; insan, malını satması üçün başqa birinə versə, o da malı alırsa, vəkalət səhihdir.

     

    Məsələ 2217: Əgər insan başqa şəhərdə olan bir kəsi vəkil etsə və onun üçün vəkalətnamə göndərsə və o qəbul etsə, vəkalətnamə bir müddətdən sonra yetişsə də vəkalət düzdür.

     

    Məsələ 2218: Müvəkkilin yə`ni başqasını vəkil edənin və vəkil olanın aqil olmaları və öz qəsd və iradələriylə bu işi görmələri və müvvəkkilin də baliğ olması şərtdir. Amma müməyyiz uşağa səhih olan şeylər istisnadır.

     

    Məsələ 2219: İnsan yerinə yetirə bilmədiyi və ya şər`ən etməməli olan işi başqası tərfindən onu yerinə yetirməyə vəkil ola bilməz, məsələn; həccin ehramında olan bir şəxs evlənmək əqdinin siğəsini oxuya bilmədiyindən, siğə oxumaqdan ötrü başqası tərəfindən vəkil ola bilməz.

     

    Məsələ 2220: Əgər insan bir kəsi özünün bütün işlərini yerinə yetirməkdən ötrü vəkil etsə, səhihdir, amma əgər öz işlərindən biri üçün vəkil etsə və o işi müəyyən etməsə, vəkalət səhih deyildir. Amma onu bir neçə işdən birini onun özü seçməklə yerinə yetirməkdə vəkil edərsə, məsələn; evini satmaq və ya kirayə etmək üçün vəkil tutarsa, vəkalət səhihdir.

     

    Məsələ 2221: Əgər vəkili əzl, yə`ni işdən kənar etsə, xəbər ona yetişəndən sonra o işi yerinə yetirə bilməz, amma əgər xəbər yetişməzdən qabaq o işi yerinə yetirmiş olsa, səhihdir.

     

    Məsələ 2222: Vəkil olan, vəkil tutanın ğaib olduğu bir zamanda belə olsa, vəkalətdən çəkilə bilər.

     

    Məsələ 2223: Vəkil, ona tapşırılmış işi yerinə yetirməkdən ötrü başqasını vəkil edə bilməz. Amma müvəkkil, ona vəkil tutması üçün icazə vermişdirsə, ona göstəriş verildiyi kimi rəftar edə bilər. Belə ki, ona, «mənim üçün vəkil tut» – demişdirsə, onun tərəfindən vəkil tutması lazımdır. Öz tərəfindən isə vəkil tuta bilməz.

     

    Məsələ 2224: Əgər vəkil, müvəkkilin icazəsi ilə bir kəsi onun tərəfindən vəkil etsə, o vəkili əzl edə bilməz, əgər birinci vəkil ölsə, ya müvəkkil onu əzl etsə, ikincinin vəkaləti batil olmayır.

     

    Məsələ 2225: Əgər vəkil müvəkkilin icazəsi ilə bir kəsi öz tərəfindən vəkil edərsə, müvəkkil və birinci vəkil o vəkili əzl edə bilərlər və əgər birinci vəkil ölsə, ya əzl olunsa, ikincinin vəkaləti batil olur.

     

    Məsələ 2226: Əgər bir neçə nəfəri bir işi görməkdən ötrü vəkil etsə və onların təklikdə hər birinə o işə iqdam etməsinə icazə vermişdirsə, onlardan hər biri o işi əmələ gətirə bilər və əgər onlardan biri ölsə, başqalarının vəkaləti batil olmayır. Amma əgər desə ki, birlikdə yerinə yetirsinlər, təklikdə yerinə yetirə bilməzlər və onlardan biri ölsə, başqalarının vəkaləti batil olur.

     

    Məsələ 2227: Əgər vəkil ya müvəkkil ölsə, vəkalət batil olur. Həmçinin o şey ki, ondan istifadə etməkdən ötrü vəkil olub, aradan getsə, məsələn; bir qoyunu satmaqdan ötrü vəkil olsa və o qoyun ölsə, vəkaləti batil olur. Həmçinin əgər onlardan biri həmişə dəli, ya bihuş olsa, vəkalət batil olur. Amma əgər vaxtaşırı dəlilik və bihuşluq halları olarsa, nəinki onların aradan getdiyi vaxtda, hətta dəlilik və bihuşluq zamanında olan vəkalətin batil olması, məhəlli-işkaldır.

     

    Məsələ 2228: Əgər insan bir şəxsi bir işi görməkdən ötrü vəkil etsə və ondan ötrü bir şeyi qərar qoysa, o iş görüləndən sonra qərar qoyduğu şeyi ona verməlidir.

     

    Məsələ 2229: Əgər vəkil onun ixtiyarındakı bir malın qorunmasında səhlənkarlıq etməsə və ona icazə verilmiş istifadədən başqa, ondan bir başqa cür istifadə etməsə və təsadüfən o mal aradan getsə, ona zamin deyildir.

     

    Məsələ 2230: Əgər vəkil ixtiyarındakı malın qorunmasında səhlənkarlıq etsə, ya ona icazə verilmiş istifadədən başqa, ondan daha bir başqa cür istifadə də etsə və o mal aradan getsə, zamindir, əgər bir libasın satılmasını demişlərsə, onu geyinsə və o libas tələf olsa, gərək onun əvəzini versin.

     

    Məsələ 2231: Əgər vəkil ona icazə verilmiş istifadədən başqa, maldan daha bir başqa cür istifadəni etsə, məsələn; satılması söylənilən bir libası geyinərsə və sonradan icazə verilmiş istifadəni etsə, o istifadə səhihdir.

    BORCUN HÖKMLƏRİ

     

    Mö`minlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə edilən müstəhəbb işlərdəndir. Həzrət Rəsuli-əkrəm səlləllahu ələyhi və alihdən rəvayət olunur ki: «Hər kəs öz müsəlman qardaşına borc versə, qaytarmağa imkanı olan vaxta qədər möhlət verə, onun malı artar, məlaikələr ona borcunu aldığı vaxta qədər rəhmət göndərərlər». İmam Sadiq (ə)-dan rəvayət olunur: «Hər mö`min başqa mö`minə qürbət qəsdi ilə borc versə malını aldığı vaxta qədər Allah onun üçün sədəqə vermək savabını yazar.»

     

    Məsələ 2232: Borcda siğənin oxunması lazım deyildir, hətta bir şeyi borc niyyəti ilə verərsə və o da həmin qəsdlə alarsa, səhihdir.

     

    Məsələ 2233: Borcun ödənilməsi üçün tələbkarın və ya hər iki tərəfin də istədiyi ilə müəyyən bir zaman tə`yin etməmişlərsə, hər zaman borclu borcunu ödəsə, tələbkar qəbul etməlidir. Müəyyən bir zaman tə`yin etmişlərsə, o zaman qurtarmazdan qabaq tələbkar öz borcunu almaqdan imtina edə bilər.

     

    Məsələ 2234: Borc əqdini oxuyarkən, onun ödənməsi üçün müəyyən bir zaman tə`yin etmişlərsə, əgər bu vaxtın tə`yin etmə işi borclunun və ya hər iki tərəfin istəyi ilə olmuşsa, bu zaman qurtarmazdan qabaq tələbkar tələbini istəyə bilməz. Amma əgər vaxtın tə`yin edilməsi tələbkarın öz istəyi ilə olsa və ya borcun ödənməsi üçün ümumiyyətlə bir vaxt tə`yin etməmişlərsə, tələbkar istədiyi zaman borcunu tələb edə bilər.

     

    Məsələ 2235: Əgər vaxt tə`yin olunmayan, yaxud vaxtı çatan zaman tələbkar öz tələbini istəsə və borclu öz borcunu verə bilsə, gərək dərhal onu qaytarsın. Əgər tə`xirə salarsa, günahkardır.

     

    Məsələ 2236: Əgər borclu yaşadığı evdən, mənzil əşyalarından və ictimai mövqeyini nəzərə almaqla ehtiyacı olduğu və onlarsız zəhmətə düşdüyü digər əşyalardan başqa bir şeyi olmasa, tələbkar öz tələbini ondan istəyə bilməz, borclunun borcu ödəyə bilənə qədər səbr etməlidir.

     

    Məsələ 2237: Borclu olub borcunu ödəyə bilməyən şəxs, ticarətdə işləməsi onun üçün asandırsa və ya sənəti ticarətdirsə, o işləyib borcunu ödəməsi vacibdir. Hətta bu haldan başqa da şə`ninə layiq olan bir iş görə bilərsə, vacib ehtiyat odur ki, işləyib borcunu ödəsin.

     

    Məsələ 2238: Tələbkarına əli çatmayan şəxsin, əgər gələcəkdə onu və ya varislərini tapacağına ümidi yoxdursa, ona verəcəyi borcu sahibinin tərəfindən fəqirlərə verməsi lazımdır. Vacib ehtiyata əsasən bu iş üçün şəriət hakimindən icazə də almalıdır. Amma əgər onun sahibini və ya varislərini tapacağına ümidi vardırsa, səbr edib onu axtarmalı, əgər onu tapmazsa, öldüyü təqdirdə onun malından ondan alacaqlı olan şəxsə və ya varisi tapılarsa, alacağını vermələrinə dair vəsiyyət etməlidir.

     

    Məsələ 2239: Əgər meyyitin malı kəfən, dəfn və borcun vacib xərclərindən artıq olmasa, gərək malını həmin yerlərə xərcləsinlər. Onun vərəsələrinə heç bir şey yetişmir.

     

    Məsələ 2240: Əgər bir kəs bir qədər «misli» olan pul, buğda ya arpa və bu kimi şeylər borc etsə və onun qiyməti artsa, yaxud azalsa, aldığı həmin miqdarı o malın keyfiyyətində, camaatın rəğbətini cəlb etməkdə dəxaləti olan xüsusiyyətlərlə geri qaytarmalıdır və bu kifayətdir. Amma əgər borclu və tələbkar ondan başqasına razı olsalar, eybi yoxdur. Əgər borc aldığı şey qoyun kimi «qiyməti» olan şeydirsə, borc aldığı qoyunun qiyməti ilə pulunu verməlidir.

     

    Məsələ 2241: Əgər borc olunmuş mal itməsə və mal sahibi onu tələb etsə, borclunun həmin malı ona qaytarması vacib deyil. Əgər borclu onu qaytarmaq istəsə, tələbkar onu qəbul etməyə bilər.

     

    Məsələ 2242: Borc verən şəxs, borc verdiyi miqdardan daha artıq alacağını şərt qoymuşdursa, məsələn; bir kiloqram buğda borc verib, bir kiloqram yüz qram alacağını və ya on yumurta borc verib, on bir yumurta alacağını şərt qoymuşdursa, riba və haramdır. Hətta əgər borclunun onun üçün bir iş görməsini və ya borc verdiyi şeyə, bir miqdar da başqa bir şey əlavə edərək verməsinə şərt qoymuşdursa, məsələn; borc verdiyi bir manatı, bir kibrit də əlavə olaraq geri qaytarmasını şərt qoymuşdursa, riba və haramdır. Habelə, əgər borc verdiyi şeyi xüsusi formada geri qaytarmasını, məsələn; bir miqdar işlənməmiş qızıl verib, onu işlənmiş olaraq geri qaytaracağına şərt qoymuşdursa, yenə riba və haramdır. Amma bir şərt qoymamışdırsa və borclu özü borc aldığını artıqlaması ilə ödəyirsə, işkalı oxdur. Hətta belə etməsi müstəhəbbdir.

     

    Məsələ 2243: Riba vermək, riba almaq kimi haramdır, amma borcun əsli səhihdir və ribalı borc edən şəxs, aldığına malik olur. Amma borc verən aldığı artıq miqdara sahib olmur, onda təsərrüf etməsi haramdır. Əgər onun eyni ilə bir şey alsa, o şeyə də malik olmur. Əgər riba almayacağını qərara almış olsaydılar belə, borc alan borc verənin o puldan istifadə etməsinə razı olarmışsa, ondan istifadə etməsi caizdir. Həmçinin, əgər məsələni bilmədiyinə görə riba alsa, agah olduqdan sonra tövbə etsə, bu halda cahil olduğu (bilmədiyi) zaman aldığı pul ona halal olur.

     

    Məsələ 2244: Əgər buğda, ya onun kimi bir şeyi ribalı borc alsa və onun ilə əkinçilik etsə, məhsuluna malik olur.

     

    Məsələ 2245: Əgər bir paltar alıb sonradan pulunu faiz olaraq aldığı puldan və ya faiz pul ilə qarışmış puldan verərsə, o paltara sahib olur və onu geyməyin və o paltarla namaz qılmağın eybi yoxdur. Amma əgər paltarı satana «bu paltarı bu pul ilə alıram» deyərsə, o paltarın geyilməsi haramdır.

     

    Məsələ 2246: Əgər insan birinə bir qədər pul versə ki, başqa şəhərdə onun tərəfindən az alsın eybi yoxdur və buna «sərfi-bərat» deyirlər.

     

    Məsələ 2247: Əgər insan başqa bir şəhərdə artıq almaq üçün bir şəxsə bir şey verərsə, o şeyin cinsi qızıl və ya gümüşdən olarsa, ya buğda və arpa kimi, ölçülən və çəkilən şeylərdən olsa, riba və haramdır. Amma əgər artıq alan şəxs, aldığı artıq miqdarın müqabilində bir şey verərsə və ya bir iş görərsə, işkalı yoxdur. İndiki eskinaslarda artıq almaq caiz deyil. əgər onu satsa və nəqd olsa, yaxud nisyə olsa, amma iki cinsdən olsalar , məsələn biri tümən, digəri dinar olsa, artıq almağın işkalı yoxdur, amma əgər nisyə və bir cinsdən olsa, artıq almaq məhəlli işkaldır.

     

    Məsələ 2248: Əgər bir insanın digərindən ölçülən və ya çəkilən şeylərdən olmayan bir alacağı olsa, onu borclu olana və başqa bir şəxsə, daha ucuz satıb, əvəzini nəqd ala bilər. Buna görə indiki zamanlarda tələbkarın borcludan aldığı çek və e`tibarnaməni (səftəni) öz alacağından daha ucuz şəkildə (ki, ona xalq arasında qiyməti endirmək deyərlər) banka və ya başqa birinə satıb, əvəzini nəqd ala bilər.

    HƏVALƏ ETMƏ HÖKMLƏRİ

     

    Məsələ 2249: Əgər insan öz tələbkarını, alacağını başqasından alması üçün həvalə edərsə və alacaqlı olan da qəbul edərsə, həvalə işi sonradan deyiləcək şərtlərə uyğun olaraq gördüyü təqdirdə, həvalə edilən şəxs borclu olur. Bu halda alacaqlı olan şəxs, alacağını birinci borcludan istəyə bilməz.

     

    Məsələ 2250: Borclu, alacaqlı və həvalə olunmuş şəxslərin mükəlləf, ağıllı olmaları, məcbur olunmamaları və malını lazımsız yerlərə xərcləyən səfeh olmamaları lazımdır. Həmçinin borclu və tələbkarın müfəlləs olmamaları şərtdir. Amma həvalə edənə borclu olmayan şəxsdən başqa, bu halda əgər həvalə edən müfəlləs olsa, eybi yoxdur.

     

    Məsələ 2251: Həvalə olunan bütün yerlərdə gərək bir kəs ki, ona həvalə olunur, qəbul etsin və əgər qəbul etməsə, əzhərə əsasən həvalə səhih deyildir.

     

    Məsələ 2252: İnsan həvalə verdiyi zaman borclu olmalıdır. Belə olan halda əgər bir şəxsdən borc almaq istəsə, ondan borc almayınca, o şəxsi sonradan borc olaraq verəcəyi şeyi alması üçün başqa bir şəxsə həvalə edə bilməz.

     

    Məsələ 2253: Həvalənin miqdarı və onun cinsi mə`lum olmalıdır. Deməli, əgər bir kəs əgər məsələn; on batman buğda və on manat pul bir nəfərə borclu olsa və ona desə ki, öz iki tələbindən birini filankəsdən al və onu müəyyən etməsə, həvalə düz deyildir.

     

    Məsələ 2254: Əgər borc həqiqətən müəyyən olsa, amma borclu və tələbkar həvalə verən anda onun miqdarını ya cinsini bilməsələr, həvalə düzdür. Məsələn; əgər bir kəsin tələbi dəftərdə yazılmış olsa və dəftəri görməzdən qabaq həvalə verərsə və sonra dəftəri görər və tələbkar da öz tələbinin miqdarını deyərsə, həvalə düz olur.

     

    Məsələ 2255: Həvalə verilən adam varlı olsa və həvaləni qaytarmaqda səhlənkarlıq etməsə də, tələbkar həvaləni qəbul etməyə bilər.

     

    Məsələ 2256: Əgər həvalə verənə borclu olmayan bir şəxs, həvaləni qəbul etsə, həvaləni qaytarmazdan qabaq da həvalənin miqdarını həvalə verəndən istəyə bilər. Amma əgər ona həvalə olunan borc müddətli olsa və onun vaxtı da hələ tamam olmamış olsa, bu halda onu ödəmiş olsa belə, vaxt tamam olmazdan qabaq həvalə miqdarını həvalə edəndən istəyə bilməz, hərçənd onu hazırlamış olsa belə. Əgər tələbkar tələbini az bir miqdar üzərindən həvalə olunanla sülh edərsə, o təkcə o qədəri həvalə edən kimsədən tələb edə bilər.

     

    Məsələ 2257: Həvalə işi tamamlandıqdan sonra, həvalə edən və həvalə olunmuş şəxs həvaləni poza bilməzlər. Əgər həvalə olunmuş şəxs, həvalə olunan vaxt fəqir olmazsa, sonradan fəqir olsa belə, alacaqlı da həvaləni poza bilməz. Həmçinin əgər həvalə olunan vaxt fəqir olsa, amma alacaqlı onun fəqir olduğunu bilərsə, yenə də həvaləni poza bilməz. Amma əgər fəqir olduğunu bilməzsə və sonradan öyrənərsə, əgər o zaman imkanlı olmuşdursa, həvaləni pozub alacağını həvalə verəndən ala bilər. Amma əgər o zaman imkanlı olmamışdırsa, müamiləni pozmaq haqqına sahib olduğu məhəlli-işkaldır.

     

    Məsələ 2258: Əgər borclu, tələbkar və həvalə olunan ya onlardan biri özü üçün həvaləni pozma haqqı olmasını qərar qoysa, qoyduqları qərara əsasən həvaləni poza bilərlər.

     

    Məsələ 2259: Həvalə verən özü tələbkarın tələbini versə, belə ki, ona həvalə olunmuş şəxsin xahişi ilə olsa və həvalə verənin borclusu olsa, verdiyi şeyi ondan ala bilər. Amma əgər onun istəyi olmadan ödəyərsə və ya həvalə edənə borclu olmazsa, verdiyi şeyi ondan istəməyə haqqı yoxdur.

     


     
     
    Bölmə: Risalələr / Ayətullah Sistani
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.