İmam Rza (ə)-dan kəlamlar
İmam Rza (ə) buyurur:
"İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqları) düşünməkdir.”
İmam Rza (ə) buyurur:
"Sükut hikmət qapılarından olan bir qapıdır.”
İmam Rza (ə) buyurur:
"Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir."
İmam Rza (ə) buyurur:
"Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”
İmam Rza (ə) buyurur:
"Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə sə`y göstərmənizi tərk etməyin.”
İmam Rza (ə) buyurur:
"Günahları və mö`minə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”
İmam Rza (ə) buyurur:
"Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Qur`an tə`lim etməkdir.”
İmam Rza (ə) buyurur:
"Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”