» » » Haizin hökmləri-2


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Haizin hökmləri-2
    0
    Müəllif: Qonaq | 1-09-2014, 23:08 | Baxılıb: 1 874
     
     
    Haizin hökmləri

    5. Mübtədiə

     

    Məsələ 486: İlk dəfə qan görən qadına «mübtədiə» deyilir. Əgər bu qadın on gündən çox qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olsa, 479-cu məsələdə deyilən iki şərtlə gərək qohumlarından birinin adətini özünə heyz, qalanını isə özü üçün istihazə qərar versin. Əgər bu mümkün olmasa, 481-ci məsələdə izah olunan göstərişə əsasən, üç ilə on gün arasında olan bir neçə günü özünə heyz qərar verməlidir.

     

    Məsələ 487: Əgər mübtədiə olan bir qadın bir neçə günü heyz və digər bir neçə günü istihazə nişanələrini daşıyan on gündən çox qan görərsə, əgər heyz nişanələrini daşıyan qan üç gündən az və on gündən çox olmasa, onun hamısı heyzdir. Amma əgər heyz nişanələrini daşıyan qanın üzərindən on gün keçməmiş, yenidən heyz nişanələrini daşıyan bir qan görərsə, məsələn; beş gün qara qan və doqquz gün sarı qan və yenidən beş gün qara qan görərsə, müztəribədə deyildiyi kimi, birinci qanı heyz, qalan iki qanı da istihazə qərar verməlidir.

     

    Məsələ 488: Mübtədiə, əgər on gündən artıq qan görsə, ondan bir neçə günü heyz nişanəsi və digər neçə günü istihazə nişanəsi olarsa, amma heyz nişanəsi olan qan üç gündən az, yaxud on gündən çox olarsa, gərək 479-cu məsələdə deyilmiş göstərişə əməl etsin.

      

    6. Nasiyə

     

    Məsələ 489: «Nasiyə» – öz adətinin zamanını, ya miqdarını, ya hər ikisini unudan qadına deyilir. Əgər üç gündən az on gündən çox olmayan bir qan görsə hamısı heyzdir. Əgər on gündən artıq olsa, o bir neçə qismdir:

     

    1-Say baxımından, ya vaxt ya da hər ikisində adət sahibi olur və öz adətini bütünlüklə unudur; hətta icmalən olsa belə, vaxt və sayını yadına sala bilməsə, bu qadın yuxarıda deyilən mübtədiə hökmündədir.

     

    2-Vəqtiyyə adəti olsun, istər ədədiyyə də olsun, istər olmasın, amma öz adətinin vaxtından icmal olaraq bir şey xatırlayır. Məsələn bilir ki, filan gün onun adətinin bir hissəsi idi, yaxud onun adət dövrü ayın birinci yarısında olurdu. Belə qadının hökmü mübtədiə kimidir. Amma heyzin elə bir vaxta qərar verməməlidir ki, dəqiq şəkildə adətinin əksinə olsun. Məsələn, ayın 17-si onun adətinin bir günü olduğunu, ya onun adəti ayın ikinci yarısında olduğunu bilsə, indi isə ayın əvvəlindən 20-ə qədər qan görsə öz adətini ayın ilk on günündə qərar verə bilməz. Hətta əgər heyzin nişanələrini, ikinci on günlük isə istihazənin nişanələrini daşısa belə.

     

    3-Ədədiyyə adət sahibi olub adətinin miqdarını unutmuş olsun; bu qadın da mübtədiə hökmündədir, amma heyz qərar verdiyi miqdar, heyzin sayı ondan az olduğunu bildiyi bir miqdardan az qərar verə bilməz. Həmçinin adətinin sayının ondan artıq olmadığı miqdardan artıq da qərar verə bilməz.

     

    Bu məsələyə naqis (əskik) ədədiyyə adətində də riayət etmək lazımdır. Yə`ni adət sayı üç gündən artıq və on gündən az olmaq arasında dəyişən bir qadın, habelə hər ay ya altı gün, ya yeddi gün qan görən bir qadın on gündən artıq qan gördüyü zaman, heyz xüsusiyyətlərini və ya qohumlarından bə`zisinin adətini əsas götürərək, ya da bir sayı seçərək, bu iki saydan az bir miqdarı və ya çox miqdarı heyz qəbul edə bilməz.

    Heyzin müxtəlif məsələləri.

     

    Məsələ 490: Mübtədiə, müztəribə, nasiyə və adəti-ədədiyyəsi olan qadınlar, əgər heyzin nişanələri olan bir qan görsələr, ya yəqin etsələr ki, üç gün çəkəcək, gərək ibadəti tərk etsinlər. əgər sonradan heyz olmadığını başa düşsələr, gərək yerinə yetirilməmiş ibadətləri qəza etsinlər.

     

    Məsələ 491: Heyzdə adət sahibi olan qadın, istər bu adət heyzin vaxtında olsun, istərsə heyzin sayında və ya həm vaxt, həm də say baxımından adət sahibi olsun, əgər iki ay dalbadal öz adətinin əksinə olaraq, vaxt və ya günlərin sayı, ya da həm vaxtı, həm də sayı eyni olan bir qan görərsə, onun adəti bu iki ayda gördüyünə qayıdır. Məsələn; əgər ayın birindən yeddisinə qədər qan görüb paklanırdısa, əgər iki ayın onundan on yeddisinə qədər qan görür və paklanırsa, onun adəti ayın onundan on yeddisinə qədər olur.

     

    Məsələ 492: Bir aydan məqsəd, adəti vəqtiyyənin tə`yin olunduğu haldan başqa qan görmənin əvvəlindən otuz gün keçməsidir, ayın əvvəlindən axırına qədərki müddət deyil. Amma vəqtiyyə adətin tə`yin olunduğu hal isə şəmsi deyil, qəməri, ayıdır.

     

    Məsələ 493: Adətən ayda bir dəfə qan görən qadın, əgər bir ayda iki dəfə qan görərsə və onların biri heyz nişanələrini daşımasa da, arada pak olduğu günlərin sayı on gündən az olmasa, hər ikisini də heyz hesab etməlidir.

     

    Məsələ 494: Əgər heyzi, qanın xüsusiyyətlərindəki fərqə görə ayırd edən qadın üç gün və daha artıq bir müddətdə, heyz xüsusiyyətlərini daşıyan qan görsə, bundan sonra on gün və ya daha çox istihazə xüsusiyyətlərini daşıyan qan görsə, ikinci dəfə üç gün heyz xüsusiyyətlərini daşıyan qan görsə, heyz xüsusiyyətlərini daşıyan əvvəlki və sonrakı qanı heyz saymalıdır. Əgər iki qandan biri adət günlərində olsa, aradakı on günün də hamısının istihazə olması, yaxud bir qisminin heyz olması mə`lum olmasa, bu halda adət günlərində gördüyü qan heyz, qalanları istihazədir.

     

    Məsələ 495: Əgər qadın on gündən qabaq paklanıb və batində qan qalmadığını bilərsə, on gün tamamlanmazdan qabaq yenidən qan görəcəyini zənn etsə belə, ibadətləri üçün qüsl etməlidir. Əgər on gün tamamlanmazdan qabaq təkrar qan görəcəyinə əmin olsa, əvvəldə deyildiyi kimi, ehtiyata əsasən qüsl edib, ibadətlərini yerinə yetirməli, heyzliyə haram olan şeyləri də tərk etməlidir.

     

    Məsələ 496: Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan olduğuna ehtimal verərsə, ya ibadətlərin ehtiyatən əncam verməli, ya istibra etməlidir. İstibra etmədən ibadətləri tərk etməsi caiz deyil. İstibra bundan ibarətdir ki, fərcinə bir az pambıq daxil edib, bir müddət gözlədikdən sonra çıxarmalıdır (əlbəttə, qadınlar arasında adət sayılan heyz zamanı pak olduqları müxtəsər miqdardan çox gözləməlidir). Pambıq pakdırsa, qüsl etməli və ibadətlərini yerinə yetirməlidir. Əgər pak deyilsə, pambığa sarı rəngli su belə bulaşmış olsa, əgər heyz də adəti yoxdursa və ya adəti on gündürsə, ya da adət günləri hələ tamam olmamışdırsa, gözləməlidir. Əgər on gündən əvvəl paklanarsa qüsl etməlidir. Müddət on günə çatmış və ya qanı on gün həddini keçmişsə, onuncu günün tamamında qüsl etməlidir. Amma əgər adəti on gündən azdırsa, on gün tamamlanandan və ya onuncu günün başında paklanacağını bilirsə, qüsl etməməlidir.

     

    Məsələ 497: Əgər qadın bir neçə günü heyz sayıb, ibadət etməzsə və sonradan o zaman heyz olmadığını başa düşərsə, o günlərdə yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər bir neçə günü də «heyz deyil» – zənniylə ibadət edib sonradan o zaman heyz olduğunu başa düşərsə, o günlərdə vacib oruc da tutmuşdursa, onları qəza etməlidir.

     


     
     
    Bölmə: Risalələr / Ayətullah Sistani
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.