Dəstəmaz və qüsl əvəzinə təyəmmümün qaydası
Məsələ 690: Dəstəmaz və ya qüsl əvəzinə edilən
təyəmmümdə üç şey vacibdir:
1) Əllərin ikisinin içini birlikdə təyəmmüm
səhih olan şeyə vurmaq, ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki
əlin içində birlikdə əmələ gətirilsin.
2) Hər iki əlin içini tük bitən yerdən
başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun
yuxarısına, vacib ehtiyata əsasən; və ehtiyat müstəhəbb odur ki, əlləri
qaşların üstünə çəksin.
3) Sol əlin içini, tamam sağ əlin arxasına
çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Vacib ehtiyat
odur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki,
dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyətlə, qürbət qəsdi ilə yerinə
yetirsin.
Məsələ 691: Təyəmmümün – istər dəstəmaz əvəzi
olsun, istərsə qüsl əvəzi, bu tərtiblə əmələ gətirilməsi ehtiyat müstəhəbbdir:
Bir dəfə əlləri yerə vursun, sonra alnına və əllərinin arxasına çəksin. Sonra
əlini yenə də yerə vursun və əllərinin arxasına çəksin.