Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Dəstəmazın səhih olma şərtləri
Dəstəmazın səhih olmasında lazım olan şərtlər bunlardan ibarətdir:
1-ci şərt: Dəstəmazın suyu pak olmalıdır. Başqa bir fikirə görə şər`i baxımdan pak olsa belə, əti halal heyvanın bövlü, pak olan murdarın əti və yara çirki kimi insanın nifrət etdiyi şeylərlə də qatışıq olmamalıdır. Bu nəzər ehtiyata uyğundur.
2-ci şərt: Su mütləq olmalıdır.
Məsələ 264: Nəcis və muzaf su ilə alınan dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və ya muzaf olduğunu bilməzsə, yaxud unutsa belə, hökm eynidir. Əgər o dəstəmazla namaz qılmışsa da, həmin namazı yenidən səhih dəstəmazla qılması gərəkdir.
Məsələ 265: Əgər dəstəmaz alması üçün palçıqlı muzaf sudan başqa bir su yoxdursa, bu halda namazın vaxtı təngdirsə, təyəmmüm etməlidir; vaxt varsa suyun durulmasını gözləməli və ya başqa bir vasitə ilə suyu duruldub saf su ilə dəstəmaz almalıdır. Amma palçıqlı su o vaxt muzaf olur ki, artıq ona su deyilməsin.
3-cü şərt: Dəstəmazın suyu mübah olmalıdır.
Məsələ 266: Qəsb edilmiş olan və ya sahibinin razı olub-olmadığı bəlli olmayan su ilə dəstəmaz almaq haram və batildir. Həmçinin əgər dəstəmazın suyu üz və əllərindən qəsbi olan yerə tökülərsə və ya dəstəmaz aldığı yerin fəzası qəsbi olarsa, o yerdən başqa bir yerdə dəstəmaz almaq imkanı da yoxdursa, şəxsin vəzifəsi təyəmmümdür. Əgər ayrı bir yerdə dəstəmaz alması mümkündürsə, həmin yerdə dəstəmaz almalıdır. Bununla belə, əgər hər iki təqdirdə də günah edib orada dəstəmaz alarsa, dəstəmazı səhihdir.
Məsələ 267: İnsanın hamı üçün, yoxsa yalnız o mədrəsənin tələbələri üçün vəqf edildiyini bilmədiyi bir mədrəsənin hovuzundan dəstəmaz almasının, adətən camaatın hovuzun suyundan dəstəmaz aldığı və kimsənin bunu qadağan etmədiyi təqdirdə bir maneçiliyi yoxdur.
Məsələ 268: Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun hamı üçünmü, yoxsa orada namaz qılanlar üçünmü vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan dəstəmaz ala bilməz. Amma əgər adətən orada namaz qılmaq istəməyən şəxslər də o hovuzdan dəstəmaz alırsa və bir kimsə də bunu qadağan etmirsə, həmin hovuzdan dəstəmaz ala bilər.
Məsələ 269: Otellərin, balaca bazarların və buna bənzər yerlərin hovuzlarından orada yaşamayan şəxslərin dəstəmaz almaları, ancaq orada yaşamayan kimsələrin də onların suyundan dəstəmaz aldığı və bir kimsənin də bunu qadağan etmədiyi təqdirdə səhihdir.
Məsələ 270: İnsan, sahiblərinin razı olduqlarını bilməzsə belə, onlardan istifadə etməyin caiz olmasına əql sahiblərinin nəzər verdiyi nəhrlərdə, istər sahibi böyük olsun, istərsə kiçik, dəstəmaz almağın maneçiliyi yoxdur. Hətta əgər onların sahibləri dəstəmaz almağı qadağan edərsə və ya insan sahibinin razı olmadığını bilərsə və yaxud həmin nəhrin sahibi uşaq və ya dəli olarsa, onların suyundan istifadə etmək caizdir.
Məsələ 271: Əgər insan suyun qəsb edilmiş olduğunu unudaraq onunla dəstəmaz alarsa, səhihdir. Amma suyu özü qəsb etmiş olan kimsə onun qəsb etmiş olduğunu unudub həmin su ilə dəstəmaz alarsa, dəstəmazın səhih olması məhəlli-işkaldır.
Məsələ 272: Əgər dəstamazın suyu onun öz mülkü olsa, amma qəsbi qabda olsa, şəxsin ondan başqa bir qabı da olmazsa, suyu o qabdan şər`i bir yolla ayrı bir qaba boşalda bilərsə, bu halda onu boşaldaraq dəstəmaz alması lazımdır; bu da mümkün deyilsə, təyəmmüm etməlidir. Amma əgər ayrı bir suyu varsa, onunla dəstəmaz alması lazımdır. Hər iki təqdirdə əgər günah edib qəsbi qabda olan su ilə dəstəmaz alarsa, dəstəmazı səhihdir.
Məsələ 273: Bir daşı və ya kərpici belə qəsbi olan hovuzdan su götürmək, ümumxalqın nəzərində o daşlardan və ya kərpicdən istifadə etmək sayılmasa, dəstəmaz almağın maneçiliyi yoxdur. İstifadə etmək sayıldığı təqdirdə isə ondan su götürmək haramdır, amma dəstəmazı səhihdir.
Məsələ 274: İmamlardan (ə) və ya imam övladlarından birinə aid olan yer əvvəlcədən qəbiristanlıq olub, sonra orada hovuz düzəldilərsə və ya oradan çeşmə axıdılarsa, insan o səhnin (İmamlara aid olan yer) yerinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu bilməzsə, onda həmin hovuz və ya arxda dəstəmaz almağın maneçiliyi yoxdur.
4-cü şərt: Dəstəmaz üzvləri yuma və məsh etmə anında pak olmalıdır. Hərçənd dəstəmaz halında, onu yumazdan və ya məsh etməzdən əvvəl paklasa belə; Əgər kürr və bu kimi su ilə yuyursa, yumaqdan qabaq paklamaq lazım deyil.
Məsələ 275: Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu və ya məsh etdiyi bir yer nəcis olarsa, dəstəmaz səhihdir.
Məsələ 276: Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcis olsa, dəstəmaz səhihdir. Amma əgər bövl və ğait məhəllini yumamışsa, əvvəlcə onu paklaması və daha sonra dəstəmaz alması müstəhəbb ehtiyatdır.
Məsələ 277: Dəstəmaz üzvlərindən biri nəcis olarsa və dəstəmaz aldıqdan sonra dəstəmazdan əvvəl oranı pak edib etmədiyində şəkk edərsə, dəstəmazı səhihdir. Amma nəcis olan yeri yuması gərəkdir.
Məsələ 278: Üzündə və ya qollarında qanaxması dayanmayan, suyun zərər vermədiyi bir kəsik yer və ya yara olarsa, tərtib üzrə o üzvün sağlam yerlərini yuduqdan sonra kəsik və ya yara olan yeri kürr və ya axar suya salıb qanı kəsilincəyə qədər sıxmalı və onun üzərindən su axması üçün suyun altında yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və ya kəsiyi sıxmalıdır. Sonra aşağı hissələri yumalıdır. Belə alınan dəstəmaz səhihdir.
5-ci şərt: Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır.
Məsələ 279: Dəstəmaz alacağı təqdirdə namazın hamısı və ya bir miqdarı vaxtından sonraya (qəzaya) qalacaq qədər vaxt azdırsa, təyəmmüm etməlidir. Amma əgər həm dəstəmaz, həm də təyəmmüm üçün eyni qədər vaxt tələb olunursa, dəstəmaz almalıdır.
Məsələ 280: Namazın vaxtının darlığı üzündən təyəmmüm etməli olan bir şəxs, əgər Allaha yaxınlıq niyyəti ilə və ya Qur`an oxumaq kimi müstəhəbb bir iş üçün dəstəmaz alarsa, dəstəmazı səhihdir. O namazı qılmaq üçün dəstəmaz alarsa da, hökm eynidir. Əgər bu zaman qürbət (Allaha yaxınlıq) qəsdi gerçəkləşməzsə, dəstəmaz batildir.
6-cı şərt: Qürbət qəsdi ilə, yə`ni aləmlərin Rəbbi olan Həqq-təalanın əmrini yerinə yetirmək üçün dəstəmaz almalıdır. Əgər sərinləmək üçün və ya ayrı bir məqsədlə dəstəmaz alsa, batildir.
Məsələ 281: Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım (vacib) deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir.
7-ci şərt: Dəstəmazı göstərilən tərtiblə almalıdır, yə`ni əvvəlcə üzü, sonra sağ qolu, daha sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət ayaqlara məsh çəkməlidir. Hər iki ayağı birlikdə məsh etməmək və hətta sol ayağa sağ ayaqdan sonra məsh etmək müstəhəbb ehtiyatdır.
8-ci şərt: Dəstəmazın əməllərini ardıcıl və arada fasilə vermədən yerinə yetirmək lazımdır.
Məsələ 282: Dəstəmazın əməlləri arasında camaatın nəzərində ardıcıl sayılmayacaq qədər fasilə versə, dəstəmaz batil olur. Amma insan üçün unutmaq və ya suyun qurtarması kimi bir üzrlü səbəb əmələ gəldiyi zaman bu məsələ şərt deyildir. Əgər yumaq və ya məsh etmək istədiyi bir yerdən əvvəl yuduğu və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olsa dəstəmaz batildir. Amma əgər yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin nəmliyi qurusa, amma ondan da əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qolunu yumaq istədiyi zaman sağ qolunun rütubəti qurusa və üzünün nəmliyi qalırsa, dəstəmaz səhihdir.
Məsələ 283: Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda havanın istiliyi, bədənin hərarətinin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi quruyarsa, dəstəmaz səhihdir.
Məsələ 284: Dəstəmaz əsnasında yeriməyin maneçiliyi yoxdur, belə ki, əgər üzünü və qollarını yuduqdan sonra bir neçə addım yeriyib sonra başına və ayağına məsh çəkərsə, dəstəmazı səhihdir.
9-cu şərt: Üz və qollarının yuyulması, baş və ayaqlarının məshini insanın özü etməlidir. Əgər ayrısı ona dəstəmaz aldırsa və ya suyu üz və qollarına tökməkdə və ya başına və ayağına məsh çəkməkdə ona kömək edərsə, dəstəmazı batildir.
Məsələ 285: Özü dəstəmaz ala bilməyən şəxs, hərçənd yuma və məsh etmə iki nəfərin iştirakı ilə olsa belə, başqasından yardım almalıdır. Belə ki, köməkçi ücrət (muzd) istəsə də imkanı olub və halına zərər verməzsə, gərək ödəsin. Amma niyyəti özü etməli və öz əli ilə məsh çəkməlidir. Əgər özünün də iştirak etməsi mümkün olmazsa, başqasından ona dəstəmaz aldırmasını xahiş etməlidir. Bu zaman vacib ehtiyat olaraq hər ikisi niyyət etməlidir. Əgər özünün məsh etməsi mümkün deyilsə, köməkçi onun əlindən tutub məsh ediləcək yerlərə çəkməlidir. Əgər bu da mümkün deyilsə, köməkçi onun əlindəki nəmliyi əlinə alaraq başına və ayaqlarına məsh çəkməlidir.
Məsələ 286: Dəstəmazın əməllərində hansını özü təkbaşına edə bilirsə, onu özü etməli və başqasından kömək diləməməlidir.
10-cu şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir maneçiliyi olmamalıdır.
Məsələ 287: Dəstəmaz aldığı zaman xəstələnəcəyindən və ya suyu dəstəmaz üçün istifadə etdiyi təqdirdə susuz qalacağından qorxan şəxsin vəzifəsi, dəstəmaz almaq deyildir. Əgər sudan istifadə etdiyi zaman ona zərərli olduğunu bilməyib dəstəmaz alarsa, həqiqətdə isə suyun ona zərəri varsa, dəstəmazı batildir.
Məsələ 288: Əgər üz və qollarına dəstəmazın səhih olacağı az bir miqdarda su toxundurmasının zərəri olmazsa və ondan çoxunun zərəri olarsa, o az miqdar su ilə dəstəmaz almalıdır.
11-ci şərt: Dəstəmaz üzvlərində suyun bədənə yetişməsinin qarşısını alacaq bir maneə olmamalıdır.
Məsələ 289: Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilirsə, amma onun suyun yetişməsinə mane olub-olmadığında şəkk edirsə, onu aradan aparmalı və ya suyu onun altına çatdırmalıdır.
Məsələ 290: Dırnağın altının çirkli olmasının dəstəmaz üçün maneçiliyi yoxdur; amma əgər dırnaq kəsildiyi zaman, o çirklər suyun dəriyə çatmasına maneçilik törədərsə, dəstəmaz üçün onların təmizlənməsi lazımdır. Həmçinin əgər dırnaq normadan artıq uzun olarsa, normadan artığının altındakı çirklər təmizləmək gərəkdir.
Məsələ 291: Üzdə, qollarda, başın ön hissəsində və ya ayaqlarının üstündə yanıq və ya başqa bir səbəbdən qabarma olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu qabarma deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər qabarın bir bölümünün dərisi soyulsa belə, suyu soyulmamış olan qisminin altına çatdırmaq vacib deyil. Amma soyulmuş dəri bə`zən bədənə yapışır, bə`zən də qalxırsa, onu qopartmalı və ya suyu onun altına çatdırmalıdır.
Məsələ 292: İnsan dəstəmaz üzvlərinə bir şeyin yapışıb-yapışmadığında şəkk edərsə, bu halda əgər onun ehtimalı camaatın nəzərində yerli bir ehtimal sayılarsa, məsələn, palçıq qarışdırdıqdan sonra qoluna palçıq yapışıb-yapışmadığında şəkk edərsə, ona baxmalı və ya olduğu təqdirdə belə, aradan qaldırıldığına və ya suyun onun altına yetişdiyinə əmin oluncaya qədər o üzvü sürtməlidir.
Məsələ 293: Əgər yuyulması və ya məsh edilməsi lazım gələn bir yer çirkə bulaşmışsa, amma suyun bədənə yetişməsinə mane olmasa, bir eybi yoxdur. Həmçinin gəc düzəltmə və buna bənzər işlərdən sonra əlin üstündə qalan və suyun dəriyə yetişməsinə mane olmayan ləkələrin də maneçiliyi yoxdur. Amma əgər onların olduğu təqdirdə suyun bədənə yetişib-yetişməməsində şəkk edərsə, gərək onları aradan qaldırsın.
Məsələ 294: Dəstəmazdan əvvəl dəstəmaz üzvlərinin bə`zisində suyun dəriyə yetişməsinə mane olan bir şeyin olduğunu bilərsə və dəstəmaz aldıqdan sonra dəstəmaz alarkən suyu ora çatdırıb-çatdırmadığında şəkk edərsə, dəstəmazı səhihdir.
Məsələ 295: Əgər dəstəmaz üzvlərindən bə`zisində suyun bə`zən onun altına keçdiyi, bə`zən də keçmədiyi bir maneə olarsa və insan dəstəmaz aldıqdan sonra suyun onun altına keçib-keçmədiyində şəkk edərsə, bu halda dəstəmaz alarkən suyun onun altına keçməsini nəzərdə tutmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır.
Məsələ 296: Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan maneənin olduğunu görsə və onun dəstəmaz alanda mövcud olduğunu, yoxsa sonradan meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir. Amma dəstəmaz alarkən o maneədən agah olmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır.
Məsələ 297: Dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan bir maneənin olub-olmadığında şəkk edərsə, dəstəmazı səhihdir.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |