Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Sual 63: Doğrudanmı, İslam qılınc dinidir?
Cavab: «İslam qılınc dinidir» atmacası ilə, yalnız Qurani-kərimdən xəbərsiz insanları aldatmaq olar. Allah-təala öz peyğəmbəri Məhəmmədə (s) belə buyurur: «Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!».
Ayədən məlum olur ki, məcburi imanın heç bir faydası yoxdur. Bundan əlavə, insanlardan bir qrupunun iman gətirib, digər qrupunun iman gətirməməsi, onların iradə azadlığının sübutudur.
Bu gün məzlum kütlələrin qanını içib, başına mərmi yağdıran dünya zorluları, İslamı və müsəlmanları zorda ittiham edirlər. Müsəlman torpaqlarını işğal edənlər sülhsevər, vətənini müdafiə edənlər isə, terrorist adlandırılırlar. Bədənini satan qadın azad, örtüklü qadın isə, kölə kimi təqdim olunur. Bununla belə, İslam topsuz-tüfəngsiz Avropa və Amerikada anbaan genişlənir.
Yuxarıda deyilənlərdən heç də bu nəticəni çıxarmaq olmaz ki, İslam özbaşınalıq tərəfdarıdır. İslam, əqidənin zorla qəbul edilməsinə tərəfdar olmadığı kimi, cəmiyyətdəki intizamsızlıqlara da tərəfdar deyil. Bir insanın əqidə seçməkdə azad olması o demək deyildir ki, o öz istədiyi əqidəni cəmiyyətə qəbul etdirə bilər. Bir insan gizlində şərab içə bilirsə, bu o demək deyildir ki, o sərxoş vəziyyətdə cəmiyyətə çıxıb, ictimai asayişi poza bilər.
Bəli, İslam azadlıq tərəfdarıdır. Amma elə bir azadlıq ki, bəşəriyyəti əbədi səadətə qovuşdura bilsin. İslam kişinin kişi, qadının qadınla evlənməsinə «xeyr» deyir və bunu azadlıq yox, cəhalət adlandırır.Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |