Fikri oxumaq
Höccəti nəql edir ki, bir gün dostumla bərabər Ayətullah Behcətin "üsul” dərsində iştirak etdik. Behcət dərsdə "inşa” və "əxbar” haqqında söhbət edirdi. O zamanlar mən hələ evlənməmişdim. Birdən ağlıma belə bir fikir gəldi ki, namaz halında Allah-təaladan saleh həyat yoldaşı istəmək üçün dua etmək olarmı? Behcət elə həmin dəqiqə dedi: "Bəli insan namaz halında bu cür dua edə bilər.”
Dərs bitdikdən sonra evli dostlarımdan biri mənə dedi: "Dərsdə söhbət "inşa” və "əxbar”dan gedəndə övladım olmasını arzuladığım üçün fikrimdə–namaz halında Allah-təaladan övlad payı istəmək olarmı?– sualı yarandı. Elə bu vaxt Behcət həmin mətləbə cavab verdi. Onun bizim hər ikimizin fikrindən xəbərdar olmasını başa düşdük.
Batindən xəbər
Seyyid bir şəxs belə deyirdi: Bir gün həmişəki adətim üzrə yenə şam namazından sonra Behcətlə birlikdə onun mənzilinin qapısına qədər getdim. Yolda gedərkən birdən ağlıma gəldi ki, Behcətdən bizim şəcərənaməmizin düzgün olub-olmaması barədə soruşum. Öz-özümə fikirləşdim ki, görən o şəcərənamə haqqında nəsə bilirmi? Behcətin mənzilinin qapısına çatanda tələbələr bir-bir onun əlini öpüb getdilər. Növbə mənə çatanda, o heç bir şey soruşmadan dedi: "Əgər şəcərənamə haqqında bir şey bilmək istəyirsənsə, filankəsin yanına get.”
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.