Əfv etmək İlahi bir sifətdir. Uca Allah həmd və sənalar zamanı bu sifətlə zikr olunur ( "Nisa surəsi atə 43)
Rəsulullah (s) buyurub:
"Əməllərin ən yaxşısı əfv etməkdir"
"Allah əfv etməyi sevir"
"Bir-birinizi əfv edin ki, düşmənçilik aradan qalxsın"
"Sizə əfv etməyi tövsiyə edirəm, çünki əfv etmək insanın izzətini artırır".("Usuli-Kafi" c.2, səh 88)
İmam Zeynəlabidin (ə) uca Allaha minacatda buyurub:
"Ey Rəbbim, Sən özünü əfv edən adlandırmısan, məni əfv et!" (Səhifeyi Səccadiyyə" 11-ci dua)
Bil ki, günah nə qədər böyük olsa, onu əfv etmək daha böyükdür" (Rəsulullah (s) buyurub: " Sizə dünya və axirət əxlaqının nə olduğunu deyimmi? Səni xatırlamayanı xatırlamaq, səni məhrum edənləri məhrum etməmək və sənə zülm edənləri bağışlamaq")
Bir şair nəsr formasında əfv etmək haqda deyir:
" Pisliyə pislik etmək asandır, lakin yaxşı insan pislik əvəzində yaxşılıq edəndir"
Kitabın adı: Əxlaq elmindən 50 dərs
Müəllif: Şeyx Abbas Qummi