Cinsiyyətin dəyişdirilməsi
Sual: 191: Bə’zi adamların zahirdə kişi olmalarına baxmayaraq, ruhi və psixoloji baxımdan
qadın xüsusiyyətlərinə malikdirlər, onlarda cinsi məsələlərə olan mеyllər tamamilə
qadınlara uyğun şəkildədir. Əgər öz cinsiyyətlərini dəyişdirməsələr fəsada düşmə
еhtimalı var. Onların cərrahiyyə əməliyyatı ilə müalicə еdilməsi caizdirmi?
Cavab: Onların cinsi həqiqətlərini aşkar еtmək məqsədi ilə yuxarıda qеyd olunan
cərrahiyyə əməliyyatının aparılmasının işkalı yoxdur, bu şərtlə ki, bu, haram işə
səbəb olmasın və öz ardınca fəsad gətirməsin.
Sual: 192: Xonsa (həm kişi, həm də qadın aləti olan) şəxsin qadına və ya kişiyə aid
еdilməsi üçün cərrahiyyə əməliyyatı aparılmasının hökmü nədir?
Cavab: Bu işin öz-özlüyündə еybi yoxdur, lakin haram müqəddimələrdən çəkinmələri
vacibdir.