"Cümə” surəsi
İmam Sadiq (ə) buyurdu: Bizim davamçılarımızdan sayılan mömin şəxsin vacibatlarından biri də budur ki, cümə surəsini, ikinci rükətində isə səbbihismə rəbbikəl əəla surəsini oxusun. Cümə gününün zöhr namazının birinci rük`ətində cümə surəsini, ikinci rük`ətində isə münafiqun surəsini oxusun. Beləliklə əgər belə edərsə, elə bil ki, Allahın Rəsulunun (s.ə.v.v) əməlini yerinə yetirmiş və Allah dərgahında onun savabı, dəyəri Behiştdir.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Cümə surəsini oxuyan şəxsə, müsəlman şəhərlərində iştirak edən və yaxud iştirak etməyən kəslərin sayı qədər on həsənə yazılar.
Hər kəs sübh və şam Cümə surəsini oxusa, lə`nətlənmiş Şeytan rəcimin vəsvəsəsindən aman qalar.
Mənbə: "Quranla dərman" kitabı