» » 2-ci xütbə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    2-ci xütbə
    +7
    Müəllif: Fatimə Nuri Xuda | 27-08-2014, 22:00 | Baxılıb: 1 519
     
     
    2-ci xütbə

    İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra oxuduğu xütbələrdəndir:(Siffeyn Fəratın Şama tərəf olan qərb istiqamətində yerləşən ərazidir. Burada o Həzrətlə Müaviyə arasında olan məşhur döyüş baş vermişdir.)
    Verdiyi nemətini tamamladığına, izzəti müqabilində itaət etdiyim və məni günahlardan saxladığına görə Allaha həmd edirəm. (Hər bir nemətin müqabilində şükür etmək neməti artırmaqdan əlavə, günah etməmək və bəndəlik üçün də bir vasitədir.) Möhtaclıqdan qurtarmaq üçün Ondan kömək diləyirəm, çünki Onun hidayət etdiyi şəxs azmaz və Onunla düşmənçilik edib Ona itaət etməyən şəxs isə nicat tapmaz. Onun ehtiyacdan qurtardığı kəs möhtac olmaz, çünki Onun ehtiyacdan qurtarmağı (əgər əql tərəzisi ilə ölçülsə) eyni çəkidə və bərabərində olan hər bir şeydən daha artıqdır, saxlanıb, qorunan hər şeydən (xəzinələrdəki cəvahirlərdən) daha yaxşıdır.
    Şəhadət verirəm ki, bütün kamal sifətləri özündə cəmləşdirən Allahdan başqa heç bir məbud yoxdur və şəriki olmayan yalnız Odur. Şəhadət verirəm, doğru və ixlaslı bir şəhadətlə (dildə deyib qəlbdə inanmadan deyil), diri olduqca özümüzü onunla (kəlmeyi-şəhadətlə) günahlardan qoruyur, qiyamətdə bizi gözləyən qorxular və çətinliklər üçün ona olan imanı azuqə saxlayırıq. Çünki kəlmeyi-şəhadət imanın şərti, ilahi ehsanı vüsətləndirən, Allah-təalanın razılığına, şeytanın isə uzaqlaşmasına səbəbdir.53 Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Allahın bəndəsi və Onun elçisidir. Allah onu, şöhrəti bütün dünyanı bürümüş dinlə, çatan nişanələrlə (o Həzrətin möcüzələri), gətirdiyi kitabla (ki, xalqın arasındadır), parlaq nur və işıq saçan aydınlıqla (əqli və nəqli dəlillərlə), haqla batili bir-birindən ayıran fərmanla batil şübhələri (küfr və şirki) aradan götürüb, xalqla dəlillər əsasında söhbət etmək, öz möcüzələrini göstərmək, onları Quran ayələriylə tənbeh edərək əvvəlki ümmətlərə verilmiş əzablarla (ibrət götürərək günah və itaətsizlikdən əl çəkmələrindən ötrü) qorxutmaq üçün göndərdi. Onu insanların (müxtəlif inanclara, fikir ayrılığı və azğınlığa görə) çoxsaylı fitnələrə mübtəla olduğu bir vaxtda göndərdi. O zaman dinin kəndiri qırılmış, imanın dirəkləri sarsılmışdı, dinin əsası ixtilaflı idi, işi (əhkamı) isə bir-birinə qarışmışdı, bu fitnələrdən qurtulmaq üçün yol daralmışdı (ondan qaçmaq qeyri-mümkün olmuşdu), doğru yola yönəlmək üçün heç bir vasitə yox idi. Beləliklə, doğru yol göstərmə və hidayət itib-batmış, korluq və azğınlıq yayılmışdı. Allaha asi, şeytana isə köməkçi olmuşdular. İman zəlil, onun dayaqları viran olmuş, iz və nişanələri dəyişmiş, yolları dağılıb məhv olmuşdu. İnsanlar şeytana tabe olaraq, onun yolu ilə gedir, şeytanın bulağından su içirdilər (azğınlıq suyu içirdilər. Yəni, onun göstərişlərini qəbul edirdilər. Beləliklə, o gücləndi və) onların köməyilə hiylələri işə düşdü və onun küfr və azğınlıq bayrağı dalğalandı. Öz fitnələrilə (dördayaqlılar ayaqlarının altındakı hər şeyi tapdaladıqları kimi), insanları tapdalayıb əzdiyi hamının sərgərdan, nadan, giriftar olduğu vaxt, dünyanın ən yaxşı yerində (Məkkeyi Müəzzəmədə) yuxuları yuxusuzluq, gözlərinin sürməsi ağlamaq olan ən pis qonşuların (Məkkə əhalisi) arasında (fitnəkarlığa, qantökməyə və çətinliyə elə düçar olmuşdular ki, bir an belə istirahət etmirdilər), düşüncəlisinin ağzının bağlandığı, zəlil olduğu, nadanının isə cilovu qırılmış və möhtərəm sayıldığı bir əraziyə onu (Həzrət Məhəmmədi səllallahu əleyhi və alih) göndərdi.
    Bu xütbənin Peyğəmbər (salavatullah) nəslinin (on iki İmamın) kamalı barədə olan hissəsində buyurur: 
    Peyğəmbər (səlləllahu əleyhi və alih) nəsli o Həzrətin gizli sirrinin qoruyucusu, fərmanının pənahı (o böyük şəxsiyyətin Haqq-təala tərəfindən əmr etdiyinə itaət göstərdilər), o hörmətli vücudun elm xəzinəsi (Həzrətin bildiyini onlar da bilirdilər), o cənabın (xalqın onlara müraciət edib bilmədiklərini soruşması üçün) hikmətlərinin mərcəyi, kitablarının (Quran və sünnənin) hafizi və dininin (müxalif küləklərdən və düşmənlərin dağıntılarından sarsılmaması və onlara görə qorunub, saxlanılması üçün) arxasında dayanan dağlar kimidirlər. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) onların köməyilə qamətini düzəltdi (əvvəlcə zəif və gücsüz olan dinini onların yayması sayəsində maarifi bütün dünyanı bürüyəcək səviyyəyə qədər gücləndirdi), bədəninin titrəyişlərinə sakitlik gətirdi (pak İmamlar əleyhimus-salamın xidmətləri sayəsində İslam dininin düşmənlərindən olan iztirab və narahatlıqları özündən uzaqlaşdırdı).

    Bu xütbənin bir hissəsi haqdan əl çəkərək batil yola qədəm qoyanlar barəsində buyurulmuşdur (və sonra isə yenidən Peyğəmbərin Əhli-Beytini mədh etmiş, öymüşdür): 

    (Xəvaric, ya münafiqlər və ya Müaviyənin tərəfdarları və ya başqaları ürəklərində) itaətsizlik (toxumu) əkərək onu yalan və qəflətlə suvarıb həlakət biçdilər.54 (Deməli,) bu ümmətdən heç kim Məhəmməd (səlləllahu əleyhi və alih) Əhli-Beyti ilə müqayisə oluna bilməz və həmişə onların nemət və bəxşişindən (elm və maariflərindən) bəhrələnənlər, onlarla eyni deyildirlər (belə isə, necə özlərini onlardan üstün bilərək xalqı öz tərəflərinə çağırırlar, halbuki) Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti dinin əsası və təməli, iman və yəqinliyin dirəyidir. (Çünki onların hidayəti və yol göstərmələri sayəsində İslam dini mövcuddur və Məhəmmədin (səlləllahu əleyhi və alih) Əhli-Beyti onlardır ki,) Haq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara qoşularlar. İmamətin xüsusiyyətləri (haq elmlər, ayələr və möcüzələr) onlarda cəm olmuşdur və onların haqqıdır. Onlar barəsində (Allah Rəsulunun) vəsiyyəti və (O hörmətli vücuddan) irs aparmaq sabit olmuşdur (Onlar hər bir baxımdan o Həzrətə daha yaxın və layiqlidirlər. Buna baxmayaraq, ümmətdən bəziləri o böyük şəxsiyyətin vəsiyyətinə əməl etməyərək onun irsini tapdalamış, yer üzündə fəsad toxumu səpmişlər.) İndi haqq öz əhlinə tərəf qayıtmış, tərk etmiş olduğu yerə dönmüşdür (çünki bundan əvvəl əmirlik və xilafəti qəsb, bu mənsəbə layiqli olanı isə dustaq etmişdilər).

    Kitabın adı: Nəhcül-bəlağə (xütbələr)
    Müəllif: Seyyid Rəzi

     
     
    Bölmə: Nəhcül Bəlağə
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 27 Ağustos 2014 22:46 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacım.Çox maraqlı yazıdı

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 27 Ağustos 2014 22:14 | İstifadəçi | Şərh yazdı
    ALLAH  RAZI  OLSUN  BACIM.ÇOX  SAĞ OLUN.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.